Harold Li Vaşinqton (ing. Harold Lee Washington; 15 aprel 1922[1][2], Çikaqo, İllinoys – 25 noyabr 1987[1][2], Çikaqo, İllinoys) — amerikalı hüquqşünas və siyasətçi.[3] O, 1983–1987-ci illərdə Çikaqo şəhərinin 51‑ci meri olmuş [4][5] və bu vəzifəyə seçilən ilk afroamerikalı siyasi fiqur kimi tarixə düşmüşdür.[6]
Harold Vaşinqton | |
---|---|
ing. Harold Washington | |
![]() | |
3 yanvar 1981 – 30 aprel 1983 | |
3 yanvar 1981 – 30 aprel 1983 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 aprel 1922(1922-04-15)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 25 noyabr 1987(1987-11-25)[1][2] (65 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, vəkil |
Hərbi xidmət | |
Döyüşlər | |
![]() |
Harold Vaşinqton 15 aprel 1922-ci ildə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. O, DyuSabl Liseyində təhsil almış, II Dünya müharibəsi səbəbindən təhsilini yarımçıq qoymuş, lakin 1946-cı ildə tamamlamışdır.[7] 1949-cu ildə Ruzvelt Universitetindən bakalavr dərəcəsi, 1952-ci ildə isə Şimal-Qərb Universiteti Hüquq Məktəbindən hüquq üzrə doktor dərəcəsi almışdır.[8] II Dünya müharibəsi zamanı ABŞ Ordu Hava Qüvvələrində xidmət etmiş, Sakit okean bölgəsində yerləşdirilmiş və “First Sergeant” (Birinci Çavuş) rütbəsinə qədər yüksəlmişdir.[9]
1950-ci illərin əvvəllərində Çikaqo şəhər prokurorluğunda çalışmış, daha sonra İllinoys Sənaye Komissiyasında fəaliyyət göstərmişdir. 1965–1976-cı illərdə İllinoys Nümayəndələr Palatasında, 1977–1980-ci illərdə isə İllinoys Senatında qanunverici kimi çıxış etmişdir. 1981-ci ildə ABŞ Konqresinə seçilərək Çikaqonu təmsil etmişdir.[10][11][12]
1983-cü ildə keçirilən seçkilərdə qalib gələrək Çikaqonun ilk afroamerikalı meri olmuşdur.[13] Onun dövründə şəffaf idarəçilik, sosial ədalət, müxtəlif etnik və sosial qrupların təmsil olunması, dövlət idarələrində islahatlar həyata keçirilmişdir. Harold Vaşinqton etnik azlıqlara və qadınlara daha çox vəzifə verilməsi ilə şəhər rəhbərliyində təmsilçiliyi artırmışdır.[14]
Onun idarəçiliyi dövründə şəhər şurasında ciddi qarşıdurmalar yaşanmış, müxalif demokratlardan ibarət “Vrdolyak 29-luğu” ilə tez-tez toqquşmalar olmuşdur.[15][16] Bu mübarizələr “Şura müharibələri” (ing. Council Wars) kimi tarixə düşmüşdür.[17]
1987-ci ilin aprelində yenidən seçilmiş və ikinci müddətinə başlamışdır.[18] Lakin 25 noyabr 1987-ci ildə iş yerində ürək tutmasından qəfil vəfat etmişdir.[19]
O, həmçinin gələcək afroamerikalı liderlər, o cümlədən Barak Obama üçün ilham mənbəyi olmuşdur.[20] Vaşinqton bərabər hüquqlu təmsilçilik və demokratik dəyərlərin təbliği baxımından mühüm bir siyasi sima hesab olunur. Harold Vaşinqtonun xatirəsi Çikaqoda bir sıra müəssisələrə verilmişdir:[21]