Heydər Əliyev adına Hərbi Lisey (1998–2004-cü illərdə: Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı) — Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 9 aprel 1998-ci il tarixli əmri ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan Muxtar Respublikasında yaradılmış filialı.[1]
Heydər Əliyev adına Hərbi Lisey | |
---|---|
![]() | |
Şüar | Bütöv Azərbaycan naminə |
Əsası qoyulub | 2004 |
Tip | Hərbi Lisey |
Direktor | v.i.e. Rəşad Əsgərov |
Şəhər | Naxçıvan |
Ölkə | |
Ünvan | Naxçıvan Muxtar Respublikası |
5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verilmişdir.
SSRİ-də Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin rəhbərliyi ilə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə ilk dəfə Naxçıvanda milli ordu hissələri yaradılmış, Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülmüş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri formalaşdırılmışdır. Bu sahədə görülən işlər çərçivəsində Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı yaradılmışdlr.[2]
1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən Ümummilli Lider bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq demişdir:
Tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meylli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları - Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ... Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi".[2] |
Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır.[1][2]
Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Bura 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test imtahanlarını verməklə qəbul olunurlar. Liseydə təhsil müddəti 2 ildir. 2 tədris ili ərzində kursantlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən 13 fənn tədris edilir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı, hərbi hazırlıq və idman dərslərində qabiliyyətlərini inkişaf etdirirlər.[1]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey 2008–2009-cu dərs ilində "İlin ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülmüş, dəfələrlə Naxçıvan MR Ali Məclisi Sədrinin təşəkkürünü almışdır. Qısa tarix ərzində liseyi 5 kursant qızıl, 5 kursant gümüş, 12 kursant isə fərqlənmə attestatı ilə bitirmişdir. Onlarla məzun xarici dövlətlərdə, o cümlədən Rusiya Federasiyasında, Türkiyə və İtaliya respublikalarında təhsillərini davam etdirirlər. Liseyin 7 nəfər əməkdaşı xüsusi xidmətlərinə görə dövlətimiz tərəfindən müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmışdır.[3]
2005-ci il iyunun 15-i Milli Qurtuluş Günündə Liseyin ərazisində yeni hərbi tədris şəhərciyinin təntənəli açılış mərasimi oldu. Mərasim iştirakçıları Liseyin həyətində Heydər Əliyevin tunc büstünün və qərargah binasının birinci mərtəbəsində yaradılmış Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin şərəfinə yaradılmış "Heydər Əliyev muzeyi"nin açılışında iştirak etdilər. 2005-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev liseydə olmuş, həmçinin həmin muzeyi ziyarət etmişdir.[3]}}
Liseyi bitirənlər Müdafiə Nazirliyinin birləşmələrində, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrində, Milli Qvardiya və Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrdə qulluq edirlər. Fəaliyyəti dövründə liseyi 4 kursant qızıl, 4 kursant gümüş, 11 kursant isə fərqlənmə attestatı ilə bitirmişdir. Liseyin 5 nəfər əməkdaşı xüsusi xidmətlərinə görə müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmışdır.[2]