Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Hikmət Mirməmmədli (20 mart 1961, Bakı – 22 may 2007, Bakı) — Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi və bəstəkarı, kino bəstəkarı.
Hikmət Mirməmmədli | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 mart 1961(1961-03-20) |
Doğum yeri | |
Vəfat tarixi | 22 may 2007(2007-05-22) (46 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Həyat yoldaşı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Fəaliyyət illəri | 1982-ci ildən |
Janr | muğam |
Musiqi aləti | fortepiano |
Mükafatları |
![]() |
Əməkdar incəsənət xadimi Hikmət Mirməmmədli 22 may 2007-ci ildə ürək tutmasından vəfat edib.[1]
2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.[2]
Yaradıcılığı
Hikmət Mirməmmədli bir-birindən gözəl bəstələri ilə tanınmışdır. Həyat yoldaşı, bəstəkar Nailə Mirməmmədli ilə birgə yazdıqları mahnıları əvvəlcə adlarını bildirmədən dinləyicilərin ixtiyarına verirdilər. Musiqi təhsilinin olmamasını özləri üçün qəbahət sayırdılar. Tofiq Quliyevdən bəstəkarlıq dərsləri aldıqdan sonra, dinləyicilər və müğənnilər yeni musiqi inciləri ilə tanış olmaq imkanı əldə etdilər. Azərbaycanın məşhur müğənnilərinin əksəriyyəti bu gözəl bəstəkar cütlüyün mahnılarını ifa ediblər. Az yaşamağına baxmayaraq, Hikmət Mirməmmədli yaradıcılığı zəngin olan bəstəkarlarımızdandır. "Düşüncələr", "Sənli-sənsiz günlərim", "Sən oldun", "Röyan olum", "Azərbaycan", "Dünya boyda məhəbbətim" onun yaradıcılığında bir damladır.