. Love.az

Hikmet Quliyev - Wikipedia - Love.az

Ana Səhifə - Hikmet Quliyev

Hikmət Quliyev (d. 10 aprel 1985, Azərbaycan SSR, Zəngilan rayonu) — Azərbaycan folklorşünası, filologiya elmləri doktoru, AMEA-nın Folklor İnstitutunun direktoru.[1]

Hikmət Quliyev
Quliyev Hikmət Valeh oğlu
Doğum tarixi 10 aprel 1985 (40 yaş)
Doğum yeri Azərbaycan SSR, Zəngilan rayonu
Vətəndaşlığı Azərbaycan Respublikası
Elm sahələri filologiya,folklor
Elmi dərəcəsi filologiya elmlər doktoru
Elmi adı dosent
Alma-mater Bakı Dövlət Universiteti

Mündəricat

  • 1 Həyatı və təhsili
  • 2 Əmək fəaliyyəti
    • 2.1 Kitabları
  • 3 İstinadlar

Həyatı və təhsili

redaktə

Hikmət Valeh oğlu Quliyev 10 aprel 1985-ci ildə Zəngilan rayonunda anadan olmuşdur. 2002–2006-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2006–2008-ci illərdə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2015-ci ildə AMEA Folklor İnstitutunda "Azərbaycan folklorunda Müdrik qoca arxetipi" mövzusunda dissertasiyasını uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2018-ci ildə folklorşünaslıq üzrə dosent elmi adına layiq görülmüşdür. 2024-cü ildə "İnternet folkloru: nəzəri–metodoloji kontekst və folklorik məna yaradıcılığı" mövzusunda filologiya elmləri doktoru dissertasiyasını uğurla müdafiə etmişdir.[2] Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 20 iyun 2025-ci il tarixli Qərarı ilə filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir [3]

Əmək fəaliyyəti

redaktə

Əmək fəaliyyətinə 2005-ci ildə AMEA Folklor İnstitutunda böyük laborant vəzifəsi ilə başlamış, müvafiq olaraq, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2010–2013-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində akademik məsləhətçi vəzifəsində işləmişdir; 2013–2025-ci illərdə AMEA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışmışdır [4]

2023-cü ildən Xəzər Universitetində Azərbaycan humanitar təhsil sistemi üçün yeni bir fənn sahəsi olan "İnternet folkloru"nu magistratura pilləsində tədris edir. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ulakbim Dergipark Elmi platformasında bir sıra xarici jurnalların Redaksiya heyətinin üzvü və Azərbaycan üzrə təmsilçisidir; 2016–2019-cu illərdə Azərbaycan Dövlət Televiziyası (AzTv) ilə AMEA-nın birgə layihəsi olan və 60 buraxılışı efirdə yayımlanan "Elm və innovasiya" elmi–publisistik proqramının redaktoru olmuşdur.

Kitabları

redaktə

Hikmət Quliyev 6 kitabın, o cümlədən, 2 monoqrafiyanın və 50-dən çox elmi məqalənin müəllifidir.

  1. Müdrik qoca arxetipinin semantik strukturu və paradiqmaları. Bakı: Elm və təhsil, 2016. [5]
  2. Folklorun funksional strukturu: multidissiplinar kontekst (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2016.
  3. Virtual mühitdə folklor: ənənə və kommunikasiya. Bakı: Sabah, 2018. [6]
  4. Azərbaycan nağılları: obrazlar və funksiyalar (Səfa Qarayevlə birgə). Bakı: Savad, 2021.
  5. Zəngəzur folkloru: kollektiv yaddaşdan metaforik düşüncəyə (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2023. [7]
  6. Zengezur: Mekandan Anlama Folklorun Semantiği. (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2023.

İstinadlar

redaktə
  1. ↑ Hikmət Quliyev vəzifəyə təyin olundu
  2. ↑ AMEA Folklor İnstitutu
  3. ↑ https://aak.gov.az/phd?full_name=Quliyev+Hikmət+Valeh&science=9&code=0&p_name=0
  4. ↑ "AMEA Folklor İnstitutu". 2025-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-04.
  5. ↑ "Arxivlənmiş surət" (PDF). 2024-03-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-07-06.
  6. ↑ https://www.researchgate.net/publication/331374818_VIRTUAL_MUHITD_FOLKLOR_NN_V_KOMMUNIKASIYA_SANAL_ORTAMDA_FOLKLOR_GELENEK_VE_ILETISIM_FOLKLORE_IN_VIRTUAL_ENVIRONMENT_TRADITION_AND_COMMUNICATION
  7. ↑ https://www.preslib.az/az/book/gCYq5pvnbSa2BFt
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hikmət_Quliyev&oldid=8247685"
LOVE.AZ