. Love.az

Kelle Vurma Heykel - Wikipedia - Love.az

Ana Səhifə - Kelle Vurma Heykel

Kəllə vurma (fr. Coup de tête) — əlcəzairli heykəltaraş Adel Abdessəməd tərəfindən hazırlanmış heykəl. Heykəldə Zidan və Materazzi arasında FİFA Dünya Kuboku 2006-nın finalında baş vermiş münaqişə öz əksini tapıb. Heykəl bürüncdən hazırlanıb[1] və hündürlüyü 5 metrdir.[2]

Kəllə vurma
Coup de tête
Ölkə
  •  Qətər
Heykəltaraş Adel Abdessəməd
Tikilib 2012
Hündürlüyü 5m
Material Bürünc

Mündəricat

  • 1 Yaranma səbəbi
  • 2 Nümayişi
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Yaranma səbəbi

redaktə

Əlcəzairli heykəltaraş Adel Abdessəməd futbol tarixində son onilliyin ən dramatik anlarından birini əbədiləşdirməyi qərara alıb. Bu, fransalı sabiq futbolçu Zinəddin Zidanın 2006-cı il dünya çempionatının finalında italiyalı müdafiəçi Marko Materatsiyə kəllə atdığı epizoddur.[3] Oyunun 110-cu dəqiqəsində vurduğu kəllədən sonra qırmızı kart alaraq meydandan qovulan futbolçu komandasını 10 nəfərlə azlıqda qoymuşdu.[4]

Nümayişi

redaktə

Bu heykəl Parisdə Pampidou Sənət Mərkəzinin önündə nümayiş etdirilib.[4] Daha sonra heykəl Qətərə gətirilib.[5] Heykəl yerləşdiriləndən cəmi bir neçə həftə sonra yığışdırılıb. Dini mühafizəkarlar heykəlin bütpərəstliyi təşviq etdiyini deyir, digərləri isə onun zorakılıq oyatdığını düşünür. Bəziləri heykəli sadəcə zövqsüz adlandırıb.[2]

Həmçinin bax

redaktə
  • Zinəddin Zidan
  • Marko Materatsi

İstinadlar

redaktə
  Vikianbarda Kəllə vurma ilə əlaqəli mediafayllar var.
  1. ↑ Zidana da heykəl qoyuldu[ölü keçid]
  2. ↑ 1 2 "Qətər "Zidan kəllə vurur" heykəlini yığışdırıb". 2013-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
  3. ↑ ""Kim böyük dəhşətli canavardan qorxur?"". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
  4. ↑ 1 2 "Zidanın Materazziyə vurduğu kəllə heykəllərlə təsvir olundu". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
  5. ↑ Qətərdə Zidan və Materazziyə heykəl qoyuldu[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kəllə_vurma_(heykəl)&oldid=7162997"
LOVE.AZ