. Love.az

Kapital Bank - Wikipedia - Love.az

Ana Səhifə - Kapital Bank
Bu adın digər istifadə formaları üçün bax: Kapital (dəqiqləşdirmə).
Bu məqalədə həddən artıq ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur.
Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz.
Bu məqalənin neytrallığı şübhə doğurur.
Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən, və ya mübaliğəli fikirlərin olduğu iddia edilir. Xahiş olunur, bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz.
Bu məqalə və ya bölmə reklam xarakteri daşıyır.
Mətnin yazı üslubunu dəyişərək layihəyə kömək edə bilərsiniz. (iyun 2025)

Kapital Bank, Azərbaycan Əmanət Bankının varisi kimi 1874-cü ildən etibarən uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 5 milyondan çox fiziki və 40 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.  

Kapital Bank
Kapital Bank Logo
Kapital Bank-ın loqosu
Ümumi məlumatlar
Tipi Açıq Səhmdar Cəmiyyəti
Sənaye Bank sektoru
Məhsulları kreditlər, kartlar, ipotekalar, əmanətlər, istiqraz
Təsis tarixi Rusiya Əmanət Bankının kassası: 24 iyul 1874
Baş qərargahın yeri
  • Azərbaycan Respublikası
Struktur
İşçi sayı 5000-dən çox
Rəhbərlik
Rəhbərlik Müşahidə Şurasının sədri
Məmmədov Fərid
İdarə Heyətinin sədri
Hüseynov Fərid
kapitalbank.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixçə
  • 2 Xidmət şəbəkəsi
  • 3 Birbank Biznes
  • 4 Birbank - Rəqəmsal Bankçılıq
  • 5 Birbank Private
  • 6 Red Hearts
    • 6.1 Sosial məqsədli layihələr
    • 6.2 Təhsilə dəstək layihələri
    • 6.3 Sahibkarlığın inkişafına dəstək layihələri
  • 7 Reytinqi
  • 8 Müşahidə Şurası
  • 9 Rəhbərlik
  • 10 Audit komitəsi
  • 11 İstinadlar
  • 12 Xarici keçidlər

Tarixçə

redaktə

1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu.

Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra 30 sentyabr 1919-cu ildə Azərbaycanda Dövlət Bankının açılışı oldu, 1 dekabr 1919-cu ildə əmanət kassalarının fəaliyyəti də bərpa edildi.

1920-ci ilin 28 aprelində ADR-in süqutunun ardınca Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi və bütün bank-kredit təşkilatları kimi bu qurum da yeni yaradılmış Xalq Bankına birləşdirildi. 1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı. 1988-ci ildə həmin kassalar SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi. 11 fevral 1992-ci ildə bu bankın bazasında Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 "s" nömrəli sərəncamı ilə Əmanət Bankının, Azərbaycan Aqrar-Sənaye Bankının və Azərbaycan Sənaye-İnvestisiya Bankının birləşdirilməsi nəticəsində Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradıldı.

29 dekabr 2004-cü il tarixində Bank səhmdarlarının növbədənkənar iclasında BUSBank adının dəyişdirilməsi və Banka "Kapital Bank" adının verilməsi qərara alındı.

Xidmət şəbəkəsi

redaktə

Hazırda "Kapital Bank" ASC-nin səhmlərinin 81.08%-i "Paşa Holdinq"-ə məxsusdur. Bankın nizamnamə kapitalı 265 mln AZN-dir. 121 filialı və 52 şöbəsi ilə Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.[1] 7 milyondan çox aktiv ödəniş kartlarının sayı ilə də Bank Azərbaycanda liderdir.[2]

Universal bank olan Kapital Bank həm fiziki, həm də korporativ müştərilərə xidmət göstərir. Bank tərəfindən 5 milyondan çox fiziki və 40 mindən çox korporativ müştəriyə xidmət göstərilir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda da yaxından iştirak edir.

Birbank Biznes

redaktə

Birbank Biznes, Kapital Bank tərəfindən mikro, kiçik və orta sahibkarlar, habelə korporativ müştərilər üçün xüsusi olaraq hazırlanmış rəqəmsal bankçılıq platformasıdır. Platforma istifadəçilərə onlayn bank hesabı açmaq, sürətli və girovsuz kreditlərə müraciət etmək, ödəniş və köçürmələri 7/24 həyata keçirmək imkanı yaradır.

Hazırda bu platformadan 40 000-dən çox biznes müştəri istifadə edir. Təkcə 2024-cü il ərzində açılmış yeni hesabların 94%-i tam onlayn formada gerçəkləşmişdir. Platforma üzərindən həyata keçirilən köçürmə və ödənişlər bankın bu sahədəki əməliyyatlarının 98%-dən çoxunu təşkil edir.

Birbank Biznes həmçinin ekoloji dəyərlərə önəm verən bizneslərə xüsusi dəstək imkanları təqdim etməklə yaşıl sahibkarlıq təşəbbüslərinin də yanında yer alır.

Birbank - Rəqəmsal Bankçılıq

redaktə

Birbank, Kapital Bank-ın əmtəə nişanı olaraq, 2018-ci ildə istifadəyə verilmişdir. Azərbaycanda ilk rəqəmsal bank olaraq tanınan Birbank ölkədə ən çox yüklənilən mobil tətbiqdir, bütün əməliyyatları mobil tətbiqdən idarə etmək mümkündür. 3 milyondan çox istifadəçisi olan Birbank Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi — Bir ekosistemi-nin əsas brendlərindən biridir.

İstifadəçilərə ödənişlərin həyata keçirilməsi, köçürmələr, kredit müraciətləri, kart əməliyyatları və əmanətlərin idarə olunması kimi xidmətlər tamamilə onlayn şəkildə təqdim edən Birbank ölkədə rəqəmsal davranışların formalaşmasına önəmli töhfə verir.  Rəqəmsal bankçılıq fəaliyyətinin nəticəsində milyonlarla kağıza qənaət olunmuş, enerji və su istehlakı azaldılmışdır ki, bu da bankın dayanıqlı maliyyə modeli kimi çıxış etməsinə şərait yaradıb.

Müştəri ehtiyaclarını uyğun məhsul dizaynı, şəffaflıq və sadəlik prinsipləri əsasında qurulan xidmət təcrübəsi Birbank-a bir sıra beynəlxalq mükafatlar da qazandırıb.

Birbank Private

redaktə

Birbank Private, yüksək gəlirli fərdi müştərilər üçün nəzərdə tutulmuş, fərdiləşdirilmiş maliyyə xidmətləri təqdim edən premium bankçılıq modelidir. Fərdi müştərilər maliyyə məsləhətləri, şəxsi menecer xidməti, xüsusi kredit və depozit məhsulları və fərdiləşdirilmiş faiz şərtləri kimi bir çox özəl imkanlardan faydalana bilirlər.

Birbank Private maksimum rahatlıq, vaxt səmərəliliyi və fərdi yanaşma təklif edərək müştərilərinin hər bir maliyyə ehtiyacına uyğun, çevik və yüksək səviyyəli həllər təqdim edir.

Red Hearts

redaktə

“Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.

Sosial məqsədli layihələr
redaktə
  • 6 fevral 2023-cü il tarixində Türkiyədə baş verən zəlzələ zamanı “Türkiyə üçün bir ürək olaq” aksiyasında 26 mindən çox Azərbaycan vətəndaşının ianəsi hesabına toplanan 742 245 manat vəsait “AHBAP” dərnəyinə ianə edilib.[3]
  • “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində sosial həssas qruplardan olan 51 nəfər tələbə proqramdan yararlanıb. Bundan əlavə, “Onu oxut” ianə toplama aksiyası çərçivəsində 2024/2025-ci tədris ilindən etibarən Təhsilin İnkişafı Fondu ilə birgə 600-dən yuxarı bal toplamış 23 nəfər birinci kurs tələbəsinə təhsil müddətində aylıq 200 manat təqaüd verilir. [4][5]
  • 2025-ci ildə Kapital Bank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi  “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə qoşulub. Əməkdaşlıq nəticəsində bankın baş ofisi və filiallarında 149 zərərli tullantı qutusu yerləşdirilib. Bundan əlavə 21 məntəqədən 319 kiloqram batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi”nə təhvil verilib.[6][7]
  • Kapital Bank 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində növbəti sosial layihəni həyata keçiririb. “YAŞA” Mərkəzinin üzvləri komandalar şəklində ənənəvi intellektual oyunda biliklərini sınayıblar. Yarışma məşhur “Nə? Harada? Nə Zaman?” oyunları formatında keçirilib. [8]
Təhsilə dəstək layihələri
redaktə
  • Kapital Bank 1992-ci ildən keçirilən Respublika Fənn Olimpiadasının baş sponsorudur. Respublika fənn olimpiadaları ümumi təhsil müəssisələrinin 8-11-ci sinifləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedada malik şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, məktəblilərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə hər il keçirilən, ölkənin bütün şəhər və rayonlarını əhatə edən elm yarışıdır. [9]
  • Kapital Bank-ın tələbələr  üçün “Birbank” təqaüd proqramı. Proqrama müraciət edən 3000 tələbədən 15 nəfəri  “Birbank təqaüdçüsü” adını qazanıb və onlara ayda 300 AZN təqaüd verilir. [10]
  • Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramı həyata keçirir.[11]
  • Birbank-ın təşəbbüsü və sponsorluğu, “Dərs Evi” Tədris Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi ilə “Dəyişiklik səndən başlayır!” ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsi keçirilir.  [12]
  • 2020ci ildən etibarən Kapital Bank-ın dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil Oyunları Platforması” layihəsi keçirilir. [13] [14]
  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərafdaşlığı, Kapital Bank-ın dəstəyi və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Autizm Konfransı keçirilib.[15]
  • Təhsilin İnkişafı Forumu hər il Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə keçirilir. Kapital Bank-ın baş sponsorluq etdiyi forumun əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına dəstək olmaq, eləcə də bu prosesin təşviqinə dəstək istiqamətində faydalı platforma olaraq fəaliyyət göstərməkdir. [16]
Sahibkarlığın inkişafına dəstək layihələri
redaktə
  • Birbank Biznes qadın sahibkarlara dəstək olmaq və onların inkişafına töhfə vermək məqsədilə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində xüsusi təşəbbüslə çıxış etdi. Tədbir çərçivəsində xanım sahibkarlar üçün həm öz məhsul və xidmətlərini təklif edə biləcəkləri, həm də yeni tərəfdaşlıqlar qurub, öyrənə, özlərini inkişaf etdirə biləcəkləri mühit yaradıldı. [17]
  • Birbank Biznes-in tərəfdaşlığı, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində sahibkarlar tədbir keçirilib. [18]
  • Birbank Biznes-in təşkilatçılığı ilə Gəncə şəhərində və ətraf regionlarda yaşayan sahibkarlar üçün satış yarmarkası təşkil edilib. [19]
  • Birbank-ın dəstəyi ilə “Qadın Liderləri Zirvəsi” keçirilib.[20]

Reytinqi

redaktə

2025-ci ildə Kapital Banka beynəlxalq reytinq agentlikləri Standard & Poor's və Moody’s tərəfindən reytinqlar verilmişdir. Standard & Poor's agentliyi Kapital Banka uzunmüddətli "BB-" reytinqini vermiş, Bankın reytinq proqnozunu "pozitiv" kimi müəyyənləşdirmişdir. Qısamüddətli reytinq "B" olmuşdur. Moody’s Investors Service isə Kapital Bankın xarici valyutada olan depozitlərinin uzunmüddətli reytinqini "Ba2" səviyyəsində təyin etmişdir. Bankın reytinq proqnozu "pozitiv" kimi qiymətləndirmişdir.[21]

Müşahidə Şurası

redaktə
 
Kapital bank. Şuşa filialı
  • Müşahidə Şurasının Sədri — Məmmədov Fərid Usad oğlu
  • Müşahidə Şurasının üzvü — Qasımov Cəlal Ələkbər oğlu
  • Müşahidə Şurasının üzvü — Aleksey Marey
  • Müşahidə Şurasının üzvü — Marqarita Koşman
  • Müşahidə Şurasının üzvü — Həsənov Oqtay Arif oğlu

Rəhbərlik

redaktə
  • İdarə Heyətinin Sədri — Hüseynov Fərid Arif oğlu [22]
  • İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı — Mirzəyev Cavid Akif oğlu [22]
  • İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı — Məmmədov Emin Ağaverdi oğlu [22]
  • İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı - Hidayətzadə Fərid Səbuhi oğlu [22]
  • İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı  – Məmmədova Fərqanə Oktay qızı[23]
  • İdarə Heyətinin üzvü, Baş Komplayens İnzibatçısı – Abudllayev Kamal Nadir oğlu[24]

Audit komitəsi

redaktə
  • Bankın Audit Komitəsinin sədri — Həsənov Oqtay Arif oğlu [25]
  • Bankın Audit Komitəsinin üzvü — Aleksey Marey [25]
  • Bankın Audit Komitəsinin üzvü — Qasımov Cəlal Ələkbər oğlu [25]

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ "Kapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdi". Kapital Bank (az.). 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-17.
  2. ↑ "Arxivlənmiş surət". 2020-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
  3. ↑ ""Ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasını təşviq edirik"". Kapital Bank (az.). İstifadə tarixi: 2025-07-02.
  4. ↑ ""Qırmızı Ürəklər Təhsil Təqaüdü" proqramı yekunlaşdı: 23 tələbəyə təqaüd veriləcək". Kapital Bank (az.). İstifadə tarixi: 2025-07-02.
  5. ↑ ""Qırmızı Ürəklər Təhsil Təqaüdü" proqramı". tif.edu.az (az.). İstifadə tarixi: 2025-07-02.
  6. ↑ "Batareyaları təhvil ver, təbiəti qoru | Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi". eco.gov.az (az.). İstifadə tarixi: 2025-07-02.
  7. ↑ ""Batareyaları təhvil ver, təbiəti qoru" layihəsinə Birbank da qoşuldu". Kapital Bank (az.). İstifadə tarixi: 2025-07-02.
  8. ↑ "Kapital Bank ahıllar üçün bilik yarışı təşkil etdi". Kapital Bank (az.). İstifadə tarixi: 2025-07-02.
  9. ↑ "Respublika fənn olimpiadalarının növbəti turunda iştirak edəcək şagirdlərin adları açıqlandı". arti.edu.az (ingilis). İstifadə tarixi: 2025-07-02.
  10. ↑ ""Birbank" tələbə təqaüdü proqramının qalibləri bəlli oldu". Kapital Bank (az.). İstifadə tarixi: 2025-07-02.
  11. ↑ ""Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu" çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi". Kapital Bank (az.). İstifadə tarixi: 2025-07-02.
  12. ↑ ""Dəyişiklik səndən başlayır!" ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinə start verilib". Kapital Bank (az.). İstifadə tarixi: 2025-07-02.
  13. ↑ "Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün "Nə? Harada? Nə zaman?" oyunu üzrə respublika çempionatı yekunlaşdı". Kapital Bank (az.). İstifadə tarixi: 2025-07-02.
  14. ↑ "Kapital Bank-ın dəstəyi ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə respublika çempionatı başa çatdı". Kapital Bank (az.). İstifadə tarixi: 2025-07-02.
  15. ↑ "Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı". Kapital Bank (az.). İstifadə tarixi: 2025-07-02.
  16. ↑ "Kapital Bank-ın baş sponsorluğu ilə "Tərəfdaşlıqdan Tərəqqiyə" şüarı ilə Təhsilin İnkişafı Forumu gerçəkləşdi". Kapital Bank (az.). İstifadə tarixi: 2025-07-02.
  17. ↑ "Birbank Biznes-in "Hər İşdə Birinci Qadınlar" yarmarkası başa çatdı". Kapital Bank (az.). İstifadə tarixi: 2025-07-02.
  18. ↑ "Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi". Kapital Bank (az.). İstifadə tarixi: 2025-07-02.
  19. ↑ "Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi". Kapital Bank (az.). İstifadə tarixi: 2025-07-02.
  20. ↑ "Birbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi". Kapital Bank (az.). İstifadə tarixi: 2025-07-02.
  21. ↑ https://kapitalbank.az/about-bank/ratings[ölü keçid]
  22. ↑ 1 2 3 4 https://www.kapitalbank.az/korporativ-struktur
  23. ↑ "Kapital Bank". www.kapitalbank.az (az.). İstifadə tarixi: 2025-07-02.
  24. ↑ "Kapital Bank". www.kapitalbank.az (az.). İstifadə tarixi: 2025-07-02.
  25. ↑ 1 2 3 "Kapital Bank korporativ idarəetmənın başlıca prinsipləri". www.kapitalbank.az (az.). İstifadə tarixi: 2023-07-28.

Xarici keçidlər

redaktə
  Vikianbarda Kapital Bank ilə əlaqəli mediafayllar var.
  • kapitalbank.az — rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kapital_Bank&oldid=8225814"
LOVE.AZ