. Love.az

Lotus Pozasi - Wikipedia - Love.az

Ana Səhifə - Lotus Pozasi

Lotus pozası(Padmasana) — meditasiya üçün istifadə olunan bu poza Hindistanda qədim dövrlərdən bəri məşhurdur.Onun icrasında hər iki ayaq qarşı tərəfdəki budun üstünə qoyularaq bədənin tarazlığı təmin edilir.[1]Padmasana,Hatha yoqadan əvvəl mövcud olmuş qədim yoqa asanasıdır və Hinduizm,Tantra,Caynizm və Buddist ənənələrində meditasiya üçün geniş şəkildə istifadə olunur.

Lotus pozasının müxtəlif formalarına Sukhasana(rahat oturuş),yarım lotus,bağlı lotus və ruhi vəhdət pozası daxildir.[2]Başüstə duruş(Şirşasana) da daxil olmaqla bir çox digər asanaların inkişaf etmiş variasiyalarında ayaqlar lotus və ya yarım lotus vəziyyətində olur.[3]Bu poza yerə oturmağa vərdiş etməmiş insanlar üçün narahatlıq yarada bilər.Ayaqları məcburi şəkldə bu vəziyyətə salmaq diz oynaqlarında zədələnməyə səbəb ola bilər.[4]

Hinduizmdə Şiva,Buddizmdə Buddha,Caynizmdə isə Tirthankaralar çox vaxt lotus pozasında təsvir olunur,xüsusilə də heykəllərdə.Bu poza həm yoqa,həm də meditasiya ilə əlaqəli simvola çevrilərək,Qərb mədəniyyətində sağlam həyat və daxili harmoniya ideyasını təmsil edir.[5]

Mündəricat

  • 1 Etimologiyası və Tarixi
  • 2 Duruş
  • 3 Duruş Dəyişiklikləri
  • 4 Nəticələri
  • 5 İncəsənət və Mədəniyyətdə
  • 6 İstinadlar

Etimologiyası və Tarixi

redaktə

Padmasana adı sanskrit dilindəki "Padma"(lotus) və "Asana"(poz,oturuş) sözlərindən yaranmışdır.[6]Bu duruş,palçıqdan çıxaraq təmiz sular üzərində çiçəkləyən müqəddəs lotus kimi,ruhun qaranlıqdan işığa doğru səyahətini təcəssüm etdirir.Bu pozaya Çin və Tibet fəlsəfəsində "vajru duruşu" deyilir - dəyişməzlik və möhkəmliyin simvolu kimi.[7]

VIII əsrə aid Patanjalayogashastravivarana əsərində lotus pozası,digər oturaq pozlarla birlikdə izah edilir.Eyni zamanda,bu pozanın qədim tarixi Çandragupta II (təxminən 380-415-ci illər) dövründə dövriyyəyə buraxılmış dinar pullarında lotus üzərində oturan fiqurla da əks olunur.[8]Pozalar haqqında ilk məlumat verən tanrik mənbə olan Nisvasattvasamhita Nayasutra (təxminən 6-10-cu əsrlər),həm meditasiya praktikasını icra edənlərə,həm də mantra istifadəçilərinə lotus və ya ona bənzər bir pozada oturmağı məsləhət görür.Bu,yoqanın və tantrik ənənənin erkən mətnlərində duruşun nə qədər əhəmiyyətli olduğunu göstərir.[9]

Hatha Yoqa ənənəsinin əsas mənbələrindən sayılan 15-ci əsr Hatha Yoqa Pradipika əsərində göstərilir ki,bu xüsusi yoqa pozası sağlamlığı bərpa edir.[10]Bütün xəstəlikləri aradan qaldırır və Nadi adlanan enerji yolları ilə nəfəsini idarə edən yoqin ruhən azadlığına çatır.

"Sukhasan"termini sanskrit dilindəki "sukha" sözündən yaranmışdır."Zövq" və ya "rahatlıq" mənasını verir.Bu poza XIX əsrin Sritattvanidhi əsərində izah və illüstrasiya olunmuşdur.[11]"Sukhasana" və ümumiləşdirilmiş şəkildə "Yogasana"("yoqa pozası") adları bir sıra oturaq pozaları ifadə edir.Bu anlayışlara IV əsrə aid Darshana Upanishad kimi qədim mətnlərdə meditasiya üçün istifadə olunan pozalar kimi rast gəlinir.

Duruş

redaktə

Sukhasana - yəni ayaqlar çarpaz vəziyyətdə yerə oturduqdan sonra,ayaqlardan biri qarşı tərəfdəki budun üzərinə yerləşdirilir;daban qarına yaxın,dabanltı isə yuxarıya doğru yönəlmiş vəziyyətdə olur.[12]İkinci ayaq da eyni zərifliklə qarşı budun üzərinə,daxili tarazlığı əks etdirəcək dərəcədə simmetrik yerləşdirilir.Bu sükunət dolu pozaya daxil olmaq üçün,ruhla yanaşı,bədən - xüsusilə də ombalar - açıq və azad olmalıdır.[13]Bu poza yastıq və ya yorğan kimi dəstək vasitələri ilə dəyişdirilə bilər;bu cür dayağın önündə oturmaq çanağın önə doğru meyllənməsinə səbəb olur.

Duruş Dəyişiklikləri

redaktə

Sukhasana - yəni "Asan Duruş" və ya "Rahat Poz",ayaqların sadəcə bədənin qarşısında çarpaq şəkildə yerləşdirilməsi ilə xarakterizə olunur.

Ardha Padmasana və ya Yarım Lotus pozasında bir ayaq bükülü halda yerə qoyulur,digər ayaq isə bükülərək lotus pozasında yerləşdirilir.Bu,tam lotus pozası ilə mqayisədə daha asan meditasiya duruşudur.

Baddha Padmasana,yəni Bağlı Lotus pozasında yoqa praktikaçısı tam lotus vəziyyətində oturur və hər iki əl arxadan dolanaraq qarşı tərəfdəki ayağı tutur.

Yogamudrasana,yəni Ruhani birəşmə pozasında,praktikaçı tam lotus vəziyyətində öndən əyilərək alnını yerə mümkün qədər yaxınlaşdırır.Bu poza həm asana,həm də mudra kimi təsnif edilir;daha sadə variantlar Ardha Padmasana(Yarım lotus) pozasından başlayır.

Şırşasana(başüstü duruş),Sarvanqasana(çiyinüstü duruş),Simhasana(aslan pozası),Matsyasana(balıq pozası) və Gorakşasana(çoban pozası) kimi digər bəzi asanaların variantlarında ayaqlar lotus pozasında yerləşdirilir.

Vatayasana(at pozası) və Ardha Matsyendrasananın (yarım balıqların hökmdarı pozası) irəliləmiş variantları kimi bəzi asanalarda ayaqlardan biri yarım lotus formasında yerləşdirilir.

Nəticələri

redaktə

Lotus pozası,ən çox zədə ilə nəticələnən yoqa duruşlarından biri hesab olunur.Ayaqları zorla lotus pozasına salmaq cəhdləri,daxili menisk qığırdağının sıxılması və zədələnməsi nəticəsində diz oynaqlarında ciddi travmalara səbəb ola bilər.[14]Tam lotus pozasını yerinə yetirmək üçün omba oynaqları təxminən 115 dərəcə xaricə doğru fırlanmalıdır.Omba oynağının kifayət qədər rotasiya etmədiyi hallarda bəzi tələbələr diz oynağını yana əyməklə vəziyyəti kompensasiya etməyə meyillidirlər.[15]Bu isə diz strukturlarında travma və zədələnmə riskini əhəmiyyətli dərəcədə artırır.Dizlərin yanlara əyilməsi əvəzinə,daha təhlükəsiz və biomexanika baxımdan uyğun yanaşma budların xaricə rotasiyasının təşviq olunmasıdır.Bu,manual yardım və ya elastik qayış vasitəsilə dəstəklənə bilər.[16]

Yoqa ustadı B.K.S Ayenqar qeyd edir ki,yerə oturmağa vərdiş etməmiş insanlar əvvəlcə dizlərində "şiddətli" ağrı hiss edəcəklər,lakin bu ağrı zamanla azalır və poza həm dincəldici,həm də rahat bir hala gəlir.Bu səbəbdən pranayama(nəfəs təlimləri) üçün ideal hesab olunur.[17]

Iyengar yoqası kimi bəzi məktəblərin tərəfdarları 20-ci əsrdə yoqanın bədənimizdə müəyyən orqanlara yaxşı təsir etdiyini söyləyiblər,amma bunu sübut edən heç bir fakt göstərməyiblər.[18]Iyengar iddia edirdi ki,Padmasana(lotus pozası) qarın və bel nahiyəsində qan dövranının təşviq edir,onurğanı və qarın orqanlarını möhkəmləndirir.[19]

İncəsənət və Mədəniyyətdə

redaktə

Asiya İncəsənəti Budda dini kontekstində,banisi Qautama Buddanın heykəllərində o,bəzən lotus pozasında oturmuş və lotus çiçəyi üzərində taxtda təsvir olunur.[20]Hinduizmdə,heykəltaraşlıqda tanrılar,xüsusilə də Şiva,tez-tez Padmasana pozasında meditasiya edən formada heykəlləşdirilir.Balidə "Padmasana" termini,yalnız bədən mövqeyini deyil,[21]bu adla tanınan xüsusi Hindu ibadət tikililərini də ifadə edir.Caynizm dinində isə Tirthankaralar oturaq vəziyyətdə,Lotus pozasında əks olunur.[22]

Qərb Mədəniyyəti

Din tədqiqatçısı Tomas Tviyd qeyd etmişdir ki,"Buddist təcrübəsinin hakim olan təsviri - gözləri yarı qapalı,lotus pozasında əyləşmiş,təkbaşına meditasiya edən bir şəxsin obrazıdır.[23]"İan Fleminqin 1964-cü il nəşr olunan romanında You Only Twice roomanında qəhrəman Ceyms Bond Yaponiya səfəri zamanı lotus pozasında oturmağı ciddi şəkildə tətbiq edir.Tənqidçi Liza M.Drezner vurğulayır ki,Bond obrazı Fleminqin bu pozaya qarşı yaşadığı çətinliklərin simvolik təzahürüdür.[24]2003-cü ildə BBC jurnalisti Megan Leyn bildirmişdir ki,yoqa idman kimi populyarlaşdıqdan sonra,lotus pozası(ağac pozası ilə birlikdə) reklamçılar tərəfindən müxtəlif məhsul və xidmətlərin təbliğində geniş şəkildə istifadə olunmağa başlamışdır.[25]O,bildirmişdir ki,"sağlam həyat tərzi" ilə əlaqəli məhsullar - məsələn,vitaminlər,idman klubları,su filtrləri və probiotik yoqurtlar - ilə yanaşı,avtomobillər,hava yolları,maliyyə xidmətləri və hətta pivə kimi tamamilə əlaqəsiz məhsullar da rifah və yaxşılıq ideyasını ötürmək məqsədilə yoqaya aid vizual təsvirlərdən faydalanmışdır.[26]Polşanın Obory süd müəssisəsi,Jogi yoqurt məhsulunun eksklüziv və müsbət imicə sahib olması üçün reklam agentliyinə bu istiqamətdə maarifləndirmə kampaniyası hazırlamaq məqsədi vermişdir.Agentlik,"Günə Jogi ilə başlayın" başlıqlı reklam çarxında,sübh vaxtı lotus pozasında meditasiya edən iki gənc qadının fotosunu təqdim etmişdir.Qeyd etmək lazımdır ki,"Jogi" sözü polyak dilində həm də "yoqa"mənasını daşıyır.

İstinadlar

redaktə
  1. ↑ https://books.google.az/books?id=b5pE8-Oyly0C&redir_esc=y (#bare_url_missing_title).
  2. ↑ https://web.archive.org/web/20110721184541/http://www.ashtangayoga.info/practice/asana-vinyasa-series/the-finishing-sequence/item/padmasana/ (#bare_url_missing_title).
  3. ↑ https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC3797727/ (#bare_url_missing_title).
  4. ↑ https://tricycle.org/magazine/the-lotus/ (#bare_url_missing_title).
  5. ↑ https://books.google.az/books?id=5IYVBgAAQBAJ&redir_esc=y (#bare_url_missing_title).
  6. ↑ (PDF) https://web.archive.org/web/20120328134240/http://www.longbeachmonastery.org/the_chan_handbook.pdf (#bare_url_missing_title).
  7. ↑ https://archive.org/details/indiansculpturec00losa (#bare_url_missing_title).
  8. ↑ https://books.google.az/books?id=NagKQNRaLtAC&pg=PA45&redir_esc=y#v=onepage&q&f=false (#bare_url_missing_title).
  9. ↑ Joshi, K. S.; Joshi, Dr K. S. Yogic Pranayama: Breathing for Long Life and Good Health (ingilis). Orient Paperbacks. 2006. ISBN 978-81-222-0089-8.
  10. ↑ https://books.google.com/books?id=2KFPUOLQc2oC&pg=PA101 (#bare_url_missing_title).
  11. ↑ http://www.yogajournal.com/poses/2481 (#bare_url_missing_title).
  12. ↑ https://upashanayoga.com/steps-and-benefits-of-padmasana-yoga/ (#bare_url_missing_title).
  13. ↑ https://books.google.az/books?id=c-4XAAAAIAAJ&redir_esc=y (#bare_url_missing_title).
  14. ↑ (PDF) https://web.archive.org/web/20150807084750/http://www.znakovi-vremena.net/en/Swami-Satyananda-Saraswati---Asana-Pranayama-Mudra-Bandha.pdf (#bare_url_missing_title).
  15. ↑ (PDF) http://www.znakovi-vremena.net/en/Swami-Satyananda-Saraswati---Asana-Pranayama-Mudra-Bandha.pdf (#bare_url_missing_title).
  16. ↑ https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3410203 (#bare_url_missing_title).
  17. ↑ https://www.yogajournal.com/teach/protect-the-knees-in-lotus-and-related-postures (#bare_url_missing_title).
  18. ↑ https://www.originalbuddhas.com/blog/buddha-crossed-legged-position (#bare_url_missing_title).
  19. ↑ https://www.metmuseum.org/art/collection/search/38940 (#bare_url_missing_title).
  20. ↑ https://www.metmuseum.org/essays/recognizing-the-gods (#bare_url_missing_title).
  21. ↑ https://web.archive.org/web/20151118034717/http://dharma.hostoi.com/index.php?p=1_12 (#bare_url_missing_title).
  22. ↑ https://books.google.az/books?id=QCT-CQAAQBAJ&pg=PA98&redir_esc=y (#bare_url_missing_title).
  23. ↑ https://books.google.az/books?id=-ZRuPgAACAAJ&redir_esc=y (#bare_url_missing_title).
  24. ↑ https://books.google.az/books?id=25FINpIYV-AC&redir_esc=y (#bare_url_missing_title).
  25. ↑ https://books.google.az/books?id=3TjXcAKGKUIC&pg=PA213&redir_esc=y#v=onepage&q&f=false (#bare_url_missing_title).
  26. ↑ https://books.google.az/books?id=eWOrAAAACAAJ&redir_esc=y (#bare_url_missing_title).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lotus_pozası&oldid=8233745"
LOVE.AZ