Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Lotus pozası(Padmasana) — meditasiya üçün istifadə olunan bu poza Hindistanda qədim dövrlərdən bəri məşhurdur.Onun icrasında hər iki ayaq qarşı tərəfdəki budun üstünə qoyularaq bədənin tarazlığı təmin edilir.Padmasana,Hatha yoqadan əvvəl mövcud olmuş qədim yoqa asanasıdır və Hinduizm,Tantra,Caynizm və Buddist ənənələrində meditasiya üçün geniş şəkildə istifadə olunur.
Lotus pozasının müxtəlif formalarına Sukhasana(rahat oturuş),yarım lotus,bağlı lotus və ruhi vəhdət pozası daxildir.Başüstə duruş(Şirşasana) da daxil olmaqla bir çox digər asanaların inkişaf etmiş variasiyalarında ayaqlar lotus və ya yarım lotus vəziyyətində olur.Bu poza yerə oturmağa vərdiş etməmiş insanlar üçün narahatlıq yarada bilər.Ayaqları məcburi şəkldə bu vəziyyətə salmaq diz oynaqlarında zədələnməyə səbəb ola bilər.
Hinduizmdə Şiva,Buddizmdə Buddha,Caynizmdə isə Tirthankaralar çox vaxt lotus pozasında təsvir olunur,xüsusilə də heykəllərdə.Bu poza həm yoqa,həm də meditasiya ilə əlaqəli simvola çevrilərək,Qərb mədəniyyətində sağlam həyat və daxili harmoniya ideyasını təmsil edir.
Padmasana adı sanskrit dilindəki "Padma"(lotus) və "Asana"(poz,oturuş) sözlərindən yaranmışdır.Bu duruş,palçıqdan çıxaraq təmiz sular üzərində çiçəkləyən müqəddəs lotus kimi,ruhun qaranlıqdan işığa doğru səyahətini təcəssüm etdirir.Bu pozaya Çin və Tibet fəlsəfəsində "vajru duruşu" deyilir - dəyişməzlik və möhkəmliyin simvolu kimi.
VIII əsrə aid Patanjalayogashastravivarana əsərində lotus pozası,digər oturaq pozlarla birlikdə izah edilir.Eyni zamanda,bu pozanın qədim tarixi Çandragupta II (təxminən 380-415-ci illər) dövründə dövriyyəyə buraxılmış dinar pullarında lotus üzərində oturan fiqurla da əks olunur.Pozalar haqqında ilk məlumat verən tanrik mənbə olan Nisvasattvasamhita Nayasutra (təxminən 6-10-cu əsrlər),həm meditasiya praktikasını icra edənlərə,həm də mantra istifadəçilərinə lotus və ya ona bənzər bir pozada oturmağı məsləhət görür.Bu,yoqanın və tantrik ənənənin erkən mətnlərində duruşun nə qədər əhəmiyyətli olduğunu göstərir.
Hatha Yoqa ənənəsinin əsas mənbələrindən sayılan 15-ci əsr Hatha Yoqa Pradipika əsərində göstərilir ki,bu xüsusi yoqa pozası sağlamlığı bərpa edir.Bütün xəstəlikləri aradan qaldırır və Nadi adlanan enerji yolları ilə nəfəsini idarə edən yoqin ruhən azadlığına çatır.
"Sukhasan"termini sanskrit dilindəki "sukha" sözündən yaranmışdır."Zövq" və ya "rahatlıq" mənasını verir.Bu poza XIX əsrin Sritattvanidhi əsərində izah və illüstrasiya olunmuşdur."Sukhasana" və ümumiləşdirilmiş şəkildə "Yogasana"("yoqa pozası") adları bir sıra oturaq pozaları ifadə edir.Bu anlayışlara IV əsrə aid Darshana Upanishad kimi qədim mətnlərdə meditasiya üçün istifadə olunan pozalar kimi rast gəlinir.
Sukhasana - yəni ayaqlar çarpaz vəziyyətdə yerə oturduqdan sonra,ayaqlardan biri qarşı tərəfdəki budun üzərinə yerləşdirilir;daban qarına yaxın,dabanltı isə yuxarıya doğru yönəlmiş vəziyyətdə olur.İkinci ayaq da eyni zərifliklə qarşı budun üzərinə,daxili tarazlığı əks etdirəcək dərəcədə simmetrik yerləşdirilir.Bu sükunət dolu pozaya daxil olmaq üçün,ruhla yanaşı,bədən - xüsusilə də ombalar - açıq və azad olmalıdır.Bu poza yastıq və ya yorğan kimi dəstək vasitələri ilə dəyişdirilə bilər;bu cür dayağın önündə oturmaq çanağın önə doğru meyllənməsinə səbəb olur.
Sukhasana - yəni "Asan Duruş" və ya "Rahat Poz",ayaqların sadəcə bədənin qarşısında çarpaq şəkildə yerləşdirilməsi ilə xarakterizə olunur.
Ardha Padmasana və ya Yarım Lotus pozasında bir ayaq bükülü halda yerə qoyulur,digər ayaq isə bükülərək lotus pozasında yerləşdirilir.Bu,tam lotus pozası ilə mqayisədə daha asan meditasiya duruşudur.
Baddha Padmasana,yəni Bağlı Lotus pozasında yoqa praktikaçısı tam lotus vəziyyətində oturur və hər iki əl arxadan dolanaraq qarşı tərəfdəki ayağı tutur.
Yogamudrasana,yəni Ruhani birəşmə pozasında,praktikaçı tam lotus vəziyyətində öndən əyilərək alnını yerə mümkün qədər yaxınlaşdırır.Bu poza həm asana,həm də mudra kimi təsnif edilir;daha sadə variantlar Ardha Padmasana(Yarım lotus) pozasından başlayır.
Şırşasana(başüstü duruş),Sarvanqasana(çiyinüstü duruş),Simhasana(aslan pozası),Matsyasana(balıq pozası) və Gorakşasana(çoban pozası) kimi digər bəzi asanaların variantlarında ayaqlar lotus pozasında yerləşdirilir.
Vatayasana(at pozası) və Ardha Matsyendrasananın (yarım balıqların hökmdarı pozası) irəliləmiş variantları kimi bəzi asanalarda ayaqlardan biri yarım lotus formasında yerləşdirilir.
Lotus pozası,ən çox zədə ilə nəticələnən yoqa duruşlarından biri hesab olunur.Ayaqları zorla lotus pozasına salmaq cəhdləri,daxili menisk qığırdağının sıxılması və zədələnməsi nəticəsində diz oynaqlarında ciddi travmalara səbəb ola bilər.Tam lotus pozasını yerinə yetirmək üçün omba oynaqları təxminən 115 dərəcə xaricə doğru fırlanmalıdır.Omba oynağının kifayət qədər rotasiya etmədiyi hallarda bəzi tələbələr diz oynağını yana əyməklə vəziyyəti kompensasiya etməyə meyillidirlər.Bu isə diz strukturlarında travma və zədələnmə riskini əhəmiyyətli dərəcədə artırır.Dizlərin yanlara əyilməsi əvəzinə,daha təhlükəsiz və biomexanika baxımdan uyğun yanaşma budların xaricə rotasiyasının təşviq olunmasıdır.Bu,manual yardım və ya elastik qayış vasitəsilə dəstəklənə bilər.
Yoqa ustadı B.K.S Ayenqar qeyd edir ki,yerə oturmağa vərdiş etməmiş insanlar əvvəlcə dizlərində "şiddətli" ağrı hiss edəcəklər,lakin bu ağrı zamanla azalır və poza həm dincəldici,həm də rahat bir hala gəlir.Bu səbəbdən pranayama(nəfəs təlimləri) üçün ideal hesab olunur.