Bu, Kürdüstan məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Məqalədə göstərilmiş xəritədə Qərbi Azərbaycan ostanında yerləşən Urmiya, Salmas, Maku və Xoy şəhərləri Kürdüstan sərhədləri içərisində qeyd edilib. Məqalənin preambulasında isə Kürdüstanın "kürdlərin əhalisinin böyük əksəriyyətini təşkil etdiyi, kürd mədəniyyətinin, dillərinin və milli kimliyinin tarixən əsaslandığı coğrafi-mədəni vilayət" olduğu qeyd edilir. Tələb edirəm ki, yuxarıda adlarını qeyd etdiyim şəhərlərdə kürd əhalinin böyük əksəriyyət təşkil etdiyi, həmçinin, həmin şəhərlərin "kürd mədəniyyətinin, dillərinin və milli kimliyinin tarixən əsaslandığı" ərazilər olmasına dair akademik mənbələrdən istinadlar gətirilsin. Əks halda tarixi faktların saxtalaşdırılması kimi qəbul edilməli olan xəritənin məqalədən çıxarılmasını və Kürdüstan adı altında nəzərdə tutulan ərazinin sərhədləri ilə bağlı dəqiq məlumat verilməsini təklif edirəm. Yuxarıda qeyd etdiyim mənbələr göstərilənə kimi məqalədə tərəfsizliyin kobud şəkildə pozulduğunu düşünür və məqaləyə müvafiq şablon əlavə edirəm. Ümidvaram müzakirənin sonunda daha tərəfsiz və qaydalara uyğun məqalə əldə edə bilərik. Hörmətlə --sefer azeri 19:00, 29 avqust 2019 (UTC)Cavabla
Bütün Commons səhvi, bir dənə Sefer azeri düzdü...
1) Kürdüstan vilayəti adı ilə göstərilmiş xəritədə əhalisinin 76 faizinin türk olduğu Qərbi Azərbaycan ostanının demək olar ki əksər ərazisi də buraya əlavə edilib. Ostanın Mahabad və Bukan və Sərdəşt şəhristanında kürd əhalisi çoxluq təşkil edə bilər amma ostanın Xoy , Maku , Salmas və Urmiya şəhristanında kürdlər azlıqdadırlar və ümumiyyətcə o tarixi Kürdüstan vilayətinə aidiyyatları yoxdur. Əgər yenə Urmiya Xoy şəhərləri orada göstərilməyib deyəcəksinizsə bu xəritəyə nəzər salın və şəhristanların sərhəddini tanıyın. Şəhərlər salınmaya bilər mövzu ümumi şəhristanlardan gedir.
2) Məhabad Cümhuriyyətinin qeyd olunmuş xəritəsi də təhrifə uğrayıb. Bu cümhuriyyət qurulanda Mahabad, Uşnu, Tərgəvər, Sərdəşt və Bane ərazilərini əhatə edib. Yəni bu xəritədəki kimi.
3) Kürdüstan məqaləsində Azərbaycan, Ermənistan, Gürcüstan bölmələrinə nə ehtiyac var? Sadaladığım ərazilər həmin vilayətə və yaxud da əraziyə daxildirmi? Yazdığınız hissələr Kürdlər məqaləsinə əlavə edilə bilər amma Kürdüstan məqaləsinə heç bir aidiyyatı yoxdur.
4) Daha sonra Xosrov bəy Sultanovun və Nurməmməd bəy Şahsuvarovun kürd olması ilə bağlı. Bu insanlardan milliyyətini soruşan olmayıb və "ikisi də Laçında doğulub. Laçınlılar avtomatik kürd hesab olunmur ki?" cümləsi ilə iki şəxsin milliyətini təyin etmək olmaz. Və nəzərə alın ki 1926-cı ilin Kürdüstan uyezdinin siyahıyaalınmasında Laçının əhalisi etnik tərkibinə görə 37% türk, 15% erməni, 25% kürd, 13% rus və 4% ukraynalıdan ibarət olub. İndi Xosrov bəy ukraynalı və rus da ola bilər elədir? Əhalinin sayına görə belə desəz ümumi 73 faizin yanında olan 27 faiz hara gedir? Qaldı göstərdiyin bu mənbəyə şəxslərin kürd olduğu yalnız sonluqda, heç bir istinadı olmayan fikir kimi qeyd olunub. Bu yazını jurnala tutarlı istinadı olmadan buraxanların günahıdır təbii ki. Lakin mətndə onların əsli, kökü haqqında heç bir şey yazılmayıb yalnız sonda kürd olduqları və Azərbaycanın ictimai siyasi həyatında rol oynadıqları qeyd olunub. Yəni sırf etnik kimliyi göstərmək üçün tutarlı mənbə deyil.
5) Daha sonra "Alimlər arasında qəbul edilmiş səs çoxluğuna görə, 1501-ci ildə qurulmuş Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin əcdadları əslən İran Kürdüstanındandırlar və daha sonra Cənubi Azərbaycana köçüblər. 1501-ci ildən əvvəl yazılmış Səfəvi əlyazmaları sülalənin əslini kürd əyanı olan Firuz Şaha qədər çıxardırlar." fikrində "Alimlər arasında qəbul edilmiş səs çoxluğu" söhbəti nədənsə sırf bir istinadla göstərilir. Eyni o istinadlardan Xətainin fars, ərəb və türk olduğunu göstərənləri də var. Və əgər alimlərin səs çoxluğudursa bu istinad çoxluğu ilə bərkidilsin əgər yox elə deyilsə silinməlidir. İstinada qalanda da bir çox alimlər məsələn Hans Roemer, Lucien-Louis Bellan, David Ayalon, Riçard Nelson Fray, İsmayıl Marsinkovki Şah İsmayılın türk olduğunu yazıblar. Mən hələ türkiyəli və azərbaycanlı alimlərin yazdıqlarını yazmıram.
Son əsrlərdə kürdlərin həmin ərazilərdə törətdikləri soyqırımları və onların torpaqlarımıza qarşı olan iddialarını nəzərə alaraq bu məqalənin qərəzli şəkildə belə tərəfli yazıldığını düşünürəm. Məqalədə olan həmin təhrif edilmiş hissələr mütləq düzəldilməlidir. --Rəcəb Həsənbəyov (müzakirə) 05:46, 11 sentyabr 2019 (UTC)Cavabla
Məqalədə baş verən redaktə müharibəsinə görə məqaləni mühafizə edirəm. İstifadəçilər arasında məqalənin müzakirə səhifəsində fikir mübadiləsi ilə konsensus əldə etməyə dəvət edirəm. Və təklif edirəm ki, narazıçılıqlarını və təkliflərini punkt-punkt yazsınlar ki, digər istifadəçilərə də mövqe bildirmək asan olsun. Hörmətlə, --127-ci yapon imperatoru 18:09, 31 avqust 2019 (UTC)Cavabla