. Love.az

Muzakire Mehemmed Emin Resulzade Arxiv 1 - Wikipedia - Love.az

Ana Səhifə - Muzakire Mehemmed Emin Resulzade Arxiv 1

Mündəricat

  • 1 Yanlış məlumat
  • 2 Copy-paste
  • 3 Məqalənin adı
  • 4 Bunlar da məqaləyə əlavə edilsə yaxşı olar
  • 5 Milliyәt
  • 6 Yardım
  • 7 Rasulzade Coloured Portrait.jpg
  • 8 «Məhəmməd Əmin Rəsulzadə» deyil «Məmməd Əmin Rəsulzədədir»!

Yanlış məlumat

redaktə
Son rəy: 14 il öncə18 şərhMüzakirədə 5 nəfər

"O, İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabının əsas rəhbərlərindən biri olur". Bu böyük səhvdir. O, sadəcə bir jurnalist kimi orada olub. Bu səbəblə həmin cümləni silirəm. Monakhfirst.

Əccəb etdiniz. Ancaq kiçik düzəliş etmək istəyirəm. Əslində bu cümlə tam olaraq məntiqdən xaric deyil. Çünki o, İranda jurnal buraxmaqdan başqa özünün də təsisçisi olduğu bir təşkilat İran inqilabnında çox ciddi iştirak etmiş və əsas yerlərdə olmuşdur. Həmçinin Rəsulzadə Səttərxan kimi şəxslərlə tanış və ünsiyyətdə olub. Cümləni sadəcə bir az korrektə etmək lazımdır. --Proger danış 01:52, 31 yanvar 2011 (UTC)Cavabla

Şəkillərin bəzilərində "Məhəmməd Əmin Rəsulzadə dostları ilə yazılıb" amma hansının olduğu qeyd edilməyib. Məncə şəkillərdə Rəsulzadənin hansı olduğu qeyd edilməlidir. --Robert Langdon 18:27, 29 yanvar 2011 (UTC)Cavabla

Çalışaram qeyd edim. --Proger danış 01:52, 31 yanvar 2011 (UTC)Cavabla

Nə vaxta qədər mühafizədə saxlayacaqsız məqaləni? Bir iki şey əlavə eləmək istəyirdim :) Bir də gördüm ki mühafizəlidir.--Bakuemil 08:19, 31 yanvar 2011 (UTC)Cavabla

Müzakirə səhifəsinə əlavələrinizi yaza bilərsiniz. Mühafizə 1-2 gün çəkər.--Vago 08:23, 31 yanvar 2011 (UTC)Cavabla
Ümumiyyətlə bu səhifədə mühafizə olmamalıdır. Yalnız yarım-mühafizə. Ana SƏhifədə bu məqaləni görüm o qədər redaktə etmək istəyən çıxacaq ki. Biz çox səhv edib, mühafizə edirik. Mən bundan əvvəl yarım-mühafizə qoymuşdum. Təftiş edirik onusda, redaktə səviyyəsini dəyişək. Onusda bu səhifə "Seçilmiş məqalə"yə təsiri yoxdur. Ayrı-ayrı mexanizmlərdir. --Proger danış 09:43, 31 yanvar 2011 (UTC)Cavabla

"Onusda" nə deməkdir? --Cek Li Taran 09:50, 31 yanvar 2011 (UTC)Cavabla

Onusda o deməkdir ki, Ana səhifədə olan seçilmiş məqalə mexanizmi bu səhifəyə təsiri yoxdur. --Proger danış 10:02, 31 yanvar 2011 (UTC)Cavabla

"Onusda" yoxsa "onsuz da"? --Cek Li Taran 10:06, 31 yanvar 2011 (UTC)Cavabla

Mən də deyirəm yenə şəxsi qərəzliyi tutub ). Hə, indi mən loru formada yazdım da ). Üzr istəyirəm! ) Bay Dədə.. ) --Proger danış 10:08, 31 yanvar 2011 (UTC)Cavabla

Bu üzrün qəbul olundu. Amma niyə axı "Onusda"nı hər dəfə səhv yazırsan? --Cek Li Taran 10:13, 31 yanvar 2011 (UTC)Cavabla

"Day Dədə" kimi dilimə düşüb. Hər yerdə deyirəm. Məqalələrdə elə şey etmirəm. Müzakirələrdə olur )). Deyirəm mövzudan yaman çəkildik. --Proger danış 10:21, 31 yanvar 2011 (UTC)Cavabla

Mümkünsə "Day Dədə"dən də, "Onusda"dan da uzaqlaş:))) Azərbaycan dilini lorulaşdırmaq dilimizə zərbə vurmaqdan başqa bir şey deyildir. --Cek Li Taran 10:25, 31 yanvar 2011 (UTC)Cavabla

İnandırıram ki, dilimizə bunlar zərbə vurmur. Vsö, ujelər qalıb qıraqda gör nələr vururmuş zərbə ). Bu sadəcə deyilişdir. Loru deyiliş. Qorxulu deyil. 26-dan çox məqaləm var, orada gördüyün kimi heç bir "zərbə" yoxdur. Məncə bu müzakirəni yekunlaşdırsaq yaxşıdır. Çox sağ ol. --Proger danış 10:27, 31 yanvar 2011 (UTC)Cavabla
Yekunlaşdırdım.
P.S.: Dilimizə tək məqalələrdə deyil, müzakirələrdə də hörmət qoymaq lazımdır. --Cek Li Taran 10:31, 31 yanvar 2011 (UTC)Cavabla
Əşi sən Allah bəsdir. 9 milyonun yarısından çoxu loru danışır. Bu adi haldır. Nə hörmət? Hörmətin nə dəxli? Loru deyiliş dilimizin incisidir. Hər bir dildə var! Və hamı danışıb, danışır və danışacaq da. Gələn görüşdə küçədə gedən və ya deyilişdə loruluğa yol verən kəsləri göstərərəm, onlara da dərs keçərsən. Görək reaksiyaları necə olacaq. Gör məqalədə nəyin müzakirəsini açmısan. Adamı durduğun yerdə belə özündən çıxararlar. Vsö, uje qalıb qıraqda "Onusda" ilə mən dilə hörmətsizlik edirəm də? Bərəkallah. Sağ ol. --Proger danış 10:39, 31 yanvar 2011 (UTC)Cavabla

Çünki "Onusda"nın müəllifi sənsən. "Onusda" kəliməsini səndən başqa heç bir kəsdən eşitməmişəm. Küçədə kimin nə danışmasının Vikipediyaya nə dəxli var axı? Mən özüm də deyilişdə loruluğa yol verirəm. Amma yazılışda onu yazmıram. Xüsusilə də Vikipediyada bunu etməməyə çalışıram. Mən indiyə kimi düşünürdüm ki, sən sadəcə texniki səhv edərək, "onsuz da"nı "onusda" yazırsan... Amma yanılmışam. Sən sadəcə Azərbaycan dilinin belini qırırsan. Dili ədəbiləşdirməklə yaşatmaq olar, lorulaşdırmaqla yox! --Cek Li Taran 10:56, 31 yanvar 2011 (UTC)Cavabla

Məncə belə məsələləri öz aranızda həll etmək daha münasibdir.--Vago 11:04, 31 yanvar 2011 (UTC)Cavabla

Copy-paste

redaktə
Son rəy: 14 il öncə12 şərhMüzakirədə 2 nəfər

Hörmətli Proger, tamamılə copy-paste olan bu məqaləni normal bir ensiklopedik məqalə etmək lazımdır. Xahiş edirəm mane olmayasınız, diqqət eləsəniz hətta ensiklopedik olamasına rəğmən heç bir fikir silinməsin deyə hər bir yazı saxlanılır. Sadəcə quruplaşdırıram, sonrasın müzakirə edərik. --Melikov Memmed⇒email 10:00, 10 fevral 2011 (UTC)Cavabla

Siz yazıları silirsiniz axı. Heç bir yazı silinməməli, ixtisar edilməməlidir. Hamısının istinadı var. Köklü və mənbəlidir. Nə edirsiniz edin, amma heç nəyi kəsib, doğramayın çox xahiş edirəm! İkinci redaktə müharibəsinə nə halım, nə də həvəsim var. Sınaq göstərişi ilə baxın, düzəldin. Heç nəyi silməyin. --Proger danış 10:09, 10 fevral 2011 (UTC)Cavabla
Konkret nəyi nəzərdə tutursunuz, əhəmiyyətli bildiyiniz bir şey varsa geri almadan əlavə edin. Bir də "M.Ə.Rəsulzadənin Bakıya qayıdışı" bölçəsini "Azərbaycan Demokratik Respublikası" ilə birləşdirmək lazımdır və sonra "M.Ə.Rəsulzadənin Bakıya qayıdışı" yenidən yazılsın, mən məqalənin bir normal ensiklopedik hala salmaq istəyirəm ki, sonra hər şey müzakirə edilərək əlavə edilsin. Boş yerə vaxt sərf etmək istəmirəm--Melikov Memmed⇒email 10:25, 10 fevral 2011 (UTC)Cavabla
Qulaq asın... Mən də burada əbəs yerə vaxt itirmək fikrində deyiləm. Heç kim digərini burada redaktə etməyə, "boş yerə vaxt sərf etməyə" vadar etmir. Məncə bu hissədə biz konsensusa gəldik və hər şey aydındır. İkinci məsələ, nəyi ixtisar etmək istəyirsiniz? Nə qalır, nə redaktə edilir? Yazın burada. "Düzəldib", sonra müzakirə etmək nədir? Kiməsə sizin "düzəlişiniz" düzəliş gəlməyə bilər. O üzdən müzakirə edin. Üçüncü məsələ də bu məqalədə nə yazılıbsa hamısı doğru və faktlıdır. Ona görə də heç bir ixtisar olmadan "normal hala" salmaq lazımdır. Mənsə tarixçəyə baxdıqda bir sıra ixtisarlar gördüm. Niyə? --Proger danış 10:31, 10 fevral 2011 (UTC)Cavabla
Konkret, "M.Ə.Rəsulzadənin Bakıya qayıdışı" hissəsi 1913-cü ilədən inqilaba qədər dövrü əhatə etsə daha yaxşıdır, qalan isə "Azərbaycan Demokratik Respublikası" bölməsində verilsin.--Melikov Memmed⇒email 10:40, 10 fevral 2011 (UTC)Cavabla
Edin. Şəxsən mən etiraz etmirəm. Amma anlamadığım məqamlar var. Nəyə görə İstanbula getdiyi tarixi silmisiniz? Səhvdir? --Proger danış 10:46, 10 fevral 2011 (UTC)Cavabla
Silinməyib, diqqət etsəz "1911-ci ilin may ayında İstambula gedir" yazılıb--Melikov Memmed⇒email 10:52, 10 fevral 2011 (UTC)Cavabla
Oops. Üzr istəyirəm. Səhv baxmışam. --Proger danış 11:00, 10 fevral 2011 (UTC)Cavabla

Siz bu ixtisarlarla məqaləni çox pis kökə salmısınız. İxtisarlarınızı anlamıram... Bir-bir incələyəcəm. Onları düzəldib, əlavə edəcəm. Yoxsa məqaləni qeyri-ensiklopedik adı ilə kəsib, doğramısınız. --Proger danış 11:06, 10 fevral 2011 (UTC)Cavabla

Nəzərə alın ki, bu bir publistik yazı deyil, "Silah və zor gücünə kiçik xalqların torpaqlarını işğal edib, dünyanın altıda bir hissəsinə çevrilmiş nəhəng Rusiya İmperiyası dağılmağa başlayır" kimi ifadələr Vikipediya məqqaləsi üçün məqbul deyil.--Melikov Memmed⇒email 11:31, 10 fevral 2011 (UTC)Cavabla
Demək istəyirsiniz ki, bu cümlə -4000-ə kimi ixtisara səbəb olub? Bu cür cümlələri sadəcə "reformasiya" etmək olar. --Proger danış 11:39, 10 fevral 2011 (UTC)Cavabla
Ümumiyyətlə, nəyi isə ixtisar etmək fikrim olmayıb, sadəcə bu məqalə məhz Vikipediya üçün yazılmadığı üçün məqalədə olduqca kimin isə tərəfli fikirini ifadə edən və hatta Rəsulzadəyə heç aidiyyəti olmayan çox şey vardı. Məsələn, "Həmin ildə Gəncədə Nəsibbəy Yusifbəylinin (1881-1920) rəhbərliyi altında "Türk Ədəm Mərkəziyyət partiyası" fəaliyyətə başladı. Partiya öz proqramı ilə xalqı tanış etmək üçün Gəncənin Şah Abbas məscidinin həyətində böyük mitinq keçirdi. Bu mitinq "Yaşasın demokratik respublika", "Yaşasın Azərbaycan muxtariyyəti", "Yaşasın Türk Ədəm Mərkəziyyət partiyası" şüarları altında keçirilmişdir. Və ya "Təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı ki, edilən bütün ədalətsizliklər sona bitsin. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər" kimi kimin isə fikrini bildirən yerlər var, bunlar düzəldilməlidir, özünüz etsəniz daha yaxşı olar--Melikov Memmed⇒email 12:11, 10 fevral 2011 (UTC)Cavabla

Məqalənin adı

redaktə
Son rəy: 10 il öncə15 şərhMüzakirədə 6 nəfər

Məmməd Əmin Rəsulzadə yoxsa Məhəmməd Əmin Rəsulzadə. 22 noyabr 2013-cü il tarixli A.R.Prezidentinin sərəncamında Məhəmməd Əmin Rəsulzadə qeyd olunub.[1]--samral müzakirə 18:27, 24 noyabr 2013 (UTC)Cavabla

24.12.1992 və 29.12.1993 tarixli digər 2 prezident sərəncam və fərmanında isə Məmməd Əmin Rəsulzadə kimi qeyd olunub.[2] [3]--samral müzakirə 18:37, 24 noyabr 2013 (UTC)Cavabla

Vikipediyada ən əsas olan azərbaycanca hansı adın daha çox işlədilməsidir, bu da sözsüz "Məmməd Əmin Rəsulzadə"dir. --Melikov Memmed⇒email 06:14, 25 noyabr 2013 (UTC)Cavabla
Məqalənin adının heç bir müzakirə edilmədən dəyişdirilməsi düzgün deyil.--Emin | mesaj 15:30, 2 dekabr 2013 (UTC)Cavabla
Məqalənin adını "Məhəmməd Əmin Rəsulzadə" olaraq dəyişin. Buda sübutlar.Məhəmməd Əmin Rəsulzadə--☜❶☞Cavid (talk)☜❶☞ 16:17, 2 dekabr 2013 (UTC)Cavabla
Məqalənin adını esaslı şəkildə sübutlara söykənərək dəyişdim. Buda həmin subutlar 1, 2, 3--☜❶☞Cavid (talk)☜❶☞ 16:30, 2 dekabr 2013 (UTC)Cavabla
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı kifayət qədər etibarlı mənbədir. Nəzərə alsaq ki, yubileyə həsr olunmuş tədbirlər planı həyata keçiriləcək, o zaman Məhəmməd Əmin Rəsulzadə adının daha geniş istifadəsi mümkün olacaq ki, bu da məqalənin adının Sərəncamda göstərilən ada dəyişilməsini zəruri edir. --►Cekli829 17:21, 2 dekabr 2013 (UTC)Cavabla

Cekli829, bu məsələyə ciddi yanaşdığınız və məqalənin adının doğru şəkildə dəyişdiyinizə görə sizə təşəkkür edirəm. --☜❶☞Cavid (talk)☜❶☞ 17:26, 2 dekabr 2013 (UTC)Cavabla

Sərəncamla hansı tədbirlər keçiriləcəyi, orada hansı adın işlədiləcəyi də hələ bilinmir, gələcəyə istinad etmək olmaz. Əgər belədirsə, öz fərziyyələrimlə mən məqalə adı dəyişdirim? Məqalənin adının hansı formada qalmağı mənim fəaliyyətimə heç bir təsiri yoxdur, amma adının bu formada iki istifadəçinin fikirlərinə görə dəyişdirilməsini də düzgün hesab etmirəm. Əbülfəz Elçibəyin [4] və Heydər Əliyevin [5] sərəncamlarında Məmməd Əmin Rəsulzadə yazılıb, indi 20 il sonra vəfat etmiş şəxsin adının dəyişdirilməsi mümkünsüzdür.--Emin | mesaj 19:47, 2 dekabr 2013 (UTC)Cavabla

Məqalənin adı gündə iki dəfə dəyişdirilirsə, deməli adlandırma ilə bağlı problem var. Yanlış adlandırma şablonu məqaləyə geri qaytarılmalıdır.--Emin • ismarış 20:49, 30 yanvar 2014 (UTC)Cavabla

Nəvəsi də Məhəmməd deyir.[6]--samral müzakirə 19:31, 31 yanvar 2014 (UTC)Cavabla
Bugün Məhəmməd Əmin Rəsulzadə ensiklopediyasına da baxdım. Orada da Məhəmməddir. ISBN: 978-484-59-5 . --samral müzakirə 19:33, 31 yanvar 2014 (UTC)Cavabla
Google.az-da Məhəmməd 176 000, Məmməd isə 214 000-dir.--samral müzakirə 15:47, 18 dekabr 2014 (UTC)Cavabla

Daha köhnə mənbələrdə adın Məmməd Əmin Rəsulzadə formasında yazıldığı üçün məqalənin adı ilə bağlı müzakirələri nəticəsiz hesab edirəm. Həmçinin "Yanlış adlandırma" şablonunun məqalənin adı ilə bağıə narazılığı olan istifadəçiləri müzakirələrə yönəltdiyindən bu şablonun məqalədə saxlanılmalı olduğunu düşünürəm. Çünki bu şablon olmadıqda yenə də məqalənin adının müzakirəsiz dəyişdirilmə ehtimalı böyük olur. Şəkil:Nəsiman_Yaqublu._Məmməd_Əmin_Rəsulzadə.jpg, [7], [8], Əbülfəz Elçibəy və Heydər Əliyevin fərmanları--Emin • ismarış 16:56, 17 yanvar 2015 (UTC)Cavabla

Nәsiman Yaqublunun son әsәrinin adı Mәhәmmәd Әmin Rәsulzadә kimi qeyd olunub. Bir şey dә var ki, Rәsulzadә haqqında Türkiyәdә çap olunan mәqalәlәrdә Mehmet Emin Resulzade yazılıb üstәgәl Rәsulzadәnin qәbri üzәrindә dә Mehmet yazılıb. Muhammed yox. Mәnim fikrimcә mәqalәnin adı Mәmmәd Әmin Rәsulzadә olmalıdı. N1C4T97 (talk) 18:34, 17 yanvar 2015 (UTC)Cavabla

Bunlar da məqaləyə əlavə edilsə yaxşı olar

redaktə
Son rəy: 11 il öncə14 şərhMüzakirədə 3 nəfər
  • 1999-cu ildə Rəsulzadənin BDU-dakı büstü götürüldü.
  • 2000-ci ildə BDU-dan Rəsulzadənin adı silindi.
  • 2000-ci ildə Ağcabədidə büstü götürüldü.
  • 2007-ci il Ağsudan heykəli götürüldü.
  • 2007-ci ildə Kukla teatrı önündə abidə ucaldılacağı barədə məlumat olan lövhə götürülərək, əvəzində fəvvarə quraşdırıldı.
  • 2011-ci Qobustandakı heykəli götürülüb arxivə verildi.
  • 2012-ci il Sabirabaddan büstü götürüldü.
  • 2012-ci il Tərtərdən büstünü götürüb, yerində YAP binası tikildi.
  • 2013-cü ildə Bakıda 28 may metrostansiyasında qarelyefi yığışdırıldı.
  • 2013-cü il Gəncədəki abidəsi hasarlanmışdır.

Hal-hazırda

  • Novxanıda Rəsulzadənin doğulduğu ev uşaq baxçasıdır.
  • Bakıda Rəsulzadəyə məxsus mənzil BP-nin təlim mərkəzinə verilib.
  • Rəsulzadənin nəvəsinin Novxanıdakı bağ evi özəl mülkiyyətdir.--samral müzakirə 16:30, 27 noyabr 2013 (UTC)Cavabla
Mənbə yoxdursa, əlavə etmək düzgün deyil. Problemlər yarana bilər.--Emin | mesaj 17:15, 27 noyabr 2013 (UTC)Cavabla
Mənbə tapmaq olar.--samral müzakirə 23:04, 28 yanvar 2014 (UTC)Cavabla
Tapılsa müzakirə etmədən əlavə etmək lazımdır, həmçinin prezidentin fərmanı ilə həyata keçiriləcək tədbirlər planı haqda da yazmaq olar. Neytrallıq prinsipini qorumaqla.--Emin • ismarış 14:57, 29 yanvar 2014 (UTC)Cavabla
bu biri.Gəncədəki abidə --samral müzakirə 19:35, 31 yanvar 2014 (UTC)Cavabla
28 may metrosundakı qarelyefik mozaik pannosu --samral müzakirə 20:57, 31 yanvar 2014 (UTC)Cavabla
Tərtər büstü --samral müzakirə 21:09, 31 yanvar 2014 (UTC)Cavabla
Müsavat qəzetinə istinad etmək olmaz. Səbəbi bəllidir. --sefer azeri 21:54, 31 yanvar 2014 (UTC)Cavabla
Nə səbəb ?--samral müzakirə 22:06, 31 yanvar 2014 (UTC)Cavabla
Başqa da var: Şəkilli --samral müzakirə 22:08, 31 yanvar 2014 (UTC)Cavabla
Sabirabaddakı büst --samral müzakirə 22:13, 31 yanvar 2014 (UTC)Cavabla

Sabirabad büstü ilə bağlı dövlətin səbəbi cavab --samral müzakirə 22:18, 31 yanvar 2014 (UTC)Cavabla

Kukla teatrı ilə üzbəüz qoyulması düşünülmüş lakin yerində Fəvvarələr tikilmiş və indi emalatxanada qalan heykəl eskizi [9] --samral müzakirə 22:30, 31 yanvar 2014 (UTC)Cavabla
və sonda 2007-ci ildə Ağsudan götürülmüş və ümumiyyətlə bütün heykəl və büstləri haqqında [10] --samral müzakirə 22:38, 31 yanvar 2014 (UTC)Cavabla

Milliyәt

redaktə
Son rəy: 9 il öncə4 şərhMüzakirədə 3 nəfər

Salam. Fikir verirәm bu azәrbaycanlı vikipediyaçılar türk sözünü hәmişә azәrbaycanlı olaraq dәyişdirir. Azәrbaycanlı olmaq vәtәndaşlıqdır, milliyәt yox. Necә yәni talışlar, lәzgilәr vә s. millәtlәr azәrbaycanlı deyil?! Azәrbaycanlı yerinә türk yazılmalıdır.--N1C4T97 (talk) 15:29, 17 yanvar 2015 (UTC)Cavabla

Azərbaycanlı yazılanda Azərbaycan türkü nəzərdə tutulur. Talış, ləzgi, kürd - onlar heç biri azərbaycanlı yazılmır. --Sortilegus (talk) 22:58, 17 yanvar 2015 (UTC)Cavabla
Niyә bir-başa türk yazılmır?N1C4T97 (talk) 13:14, 18 yanvar 2015 (UTC)Cavabla

Azərbaycanlı millət mənasındadır yəni Azərbaycanda yaşayan və Azərbaycan vətəndaşı olan hər kəs, hər tayfa, hər irq, hər milliyət. Türk, Fars kimi sözlərsə milliyəti bildirir orda Azərbaycan türkü və ya bir başa Türk yazılsaydı daha məqsədə uyğun oları. Bu qarışıqlığın əsas səbəbi isə Türkiyə vətəndaşlarına Türkiyəli yox Türk deyilməsidi bəzi yerlərdə mən Türkəm deyəndə çoxusu mən Türkiyə vətəndaşıyam kimi anlıyır. 94.20.88.20 07:56, 30 avqust 2015 (UTC) Bəhlul Bəhlulzadə Azərbaycan, MasallıCavabla

Yardım

redaktə
Son rəy: 9 il öncə2 şərhMüzakirədə 2 nəfər

Hörmətli, Serka@nl@nd, Araz Yaquboglu (müzakirə, Nicat49 (müzakirə, Keete 37 (Farid Aliev) (müzakirə, mən bilirəm siz çox məşğulsuz amma bu məqaləni hissələrə bölməsində mənə kim yardım edə bilər?--Azerifactory (müzakirə) 07:18, 31 yanvar 2016 (UTC)Cavabla

Azerifactory Böldüyünüz indiki vəziyyətdə pis deyil. İşləyəndən sonra da bölmələrə baxmaq olar. --Araz Yaquboglu (müzakirə) 07:20, 31 yanvar 2016 (UTC)Cavabla


Rasulzade Coloured Portrait.jpg

redaktə
Son rəy: 5 il öncə3 şərhMüzakirədə 3 nəfər

Toghrul Rahimli, nəyə əsasən deyirsiz ki, bu şəklin ciddi lisenziya problemləri var?— samral müzakirə 00:48, 23 aprel 2020 (UTC)Cavabla

@Samral, qaydalara əsasən şəklin 70 ildən əvvəllə məxsus olması onun tam azad olması üçün kifayət deyil. Fotoqraf anonimdirsə, həmin müddətdə o, hansısa nəşriyyatda paylaşılmalı, anonim deyilsə müəllifin ölümündən 70 il keçməlidir. Bu şəkil isə təzəlikcə ortaya çıxıb. Müəllifi bilinmir, heç 70 il öncə ölüb, yoxsa yox. Bu yolla mənim də yüklədiyim çox şəkil silinib. Digər şəkil isə 1918-ci ildəndir. Onun tam azad olması daha məntiqəuyğundur. Həmçinin Rəsulzadənin fəaliyyəti 1918-1920-ci illərə təsadüf etdiyi və şəkil rəsmi portret formasında olduğu üçün onun şablona daha çox yaraşdığını düşünürəm. — Toghrul Rahimli • M/F 08:44, 23 aprel 2020 (UTC)Cavabla
Toghrul Rahimli ilə həmfikirəm.— Nicat49   ⋠müzakirə⋡ 09:43, 23 aprel 2020 (UTC)Cavabla

«Məhəmməd Əmin Rəsulzadə» deyil «Məmməd Əmin Rəsulzədədir»!

redaktə
Son rəy: 4 il öncə1 şərhMüzakirədə 1 nəfər

https://az.m.wikipedia.org/wiki/?q=Şəkil:Azər_Rəsulzadənin_həyat_yoldaşı.png - burda Azər Rəsulzadənin şəsiyyət vəsiqəsi var girin baxın ata adı «Мамед» yazılıb yəni «Məmməd». — Bu imzasız yazı Aqşin Abbaslı (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;

Bu haqda Ədalət Tahirzadənin açıqlamalarını dinləməyinizi tövsiyə edərdim.— Dr.Wiki54 (müzakirə) 17:03, 1 iyun 2021 (UTC)Cavabla
Mövzu əlavə et
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müzakirə:Məhəmməd_Əmin_Rəsulzadə/Arxiv_1&oldid=6506112"
LOVE.AZ