Məhəmməd İltizam oğlu Əmənov (18 sentyabr 1996, İsmətli, Biləsuvar rayonu – 12 oktyabr 2020, Şıxarx, Tərtər rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Ağdərə uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.[1]
Məhəmməd Əmənov | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 sentyabr 1996(1996-09-18) |
Doğum yeri | |
Vəfat tarixi | 12 oktyabr 2020(2020-10-12) (24 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Müdafiə Nazirliyi |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2014—2020 |
Rütbəsi | |
Döyüşlər |
• Qarabağ müharibəsi (2020)
|
Təltifləri |
![]() ![]() ![]() ![]() |
Məhəmməd İltizam oğlu Əmənov 1996-cı il, sentyabrın 18-də Biləsuvar rayonunun İsmətli kəndində anadan olub.[2][1]
2014-cü ildə orta təhsilini başa vurub.[1][1]
2015-ci ildə Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2015–2016-cı illərdə N saylı hərbi hissədə xidmət edib.[1]
Ehtiyata buraxıldıqdan sonra, Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı kursu"nu bitirib.[1]
Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun müvafiq əmrinə əsasən "gizir" hərbi rütbəsi verilib.[1]
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 4 il ərzində tank bölüyünün tank taqımının tank komandiri vəzifəsində xidmət edib.[1]
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı cəbhənin Tərtər-Ağdərə istiqamətlərində, həmçinin Madagizin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 12-də Tərtər rayonu ərazisində, Şıxarx istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub.[1] Biləsuvar rayonunun İsmətli kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə[3], həmçinin "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif edilib.[4][5][6]
Subay idi.