. Love.az

Mehmed Abid Efendi - Wikipedia - Love.az

Ana Səhifə - Mehmed Abid Efendi

Mehmed Abid Əfəndi (17 sentyabr 1904, Yıldız Sarayı, İstanbul ili – 8 dekabr 1973[1], Beyrut) — 34. Osmanlı sultanı II Əbdülhəmidin ən kiçik oğlu, Osmanlı şahzadəsi.

Mehmed Abid Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 17 sentyabr 1904(1904-09-17)
Doğum yeri
  • Yıldız Sarayı, Beşiktaş, İstanbul ili, Osmanlı imperiyası
Vəfat tarixi 8 dekabr 1973(1973-12-08)[1] (69 yaşında)
Vəfat yeri
  • Beyrut, Beyrut mühafəzəsi[d], Livan
Fəaliyyəti diplomat
Atası II Əbdülhəmid[1]
Anası Naciyə Qadınəfəndi
Həyat yoldaşları Fəxriyə xanım
Səniyə xanım
Ailəsi Osmanlı xanədanı

Mündəricat

  • 1 Həyatı
  • 2 Xanımları
  • 3 Mənbə
  • 4 İstinadlar

Həyatı

redaktə

Şahzadə Mehmed Abid Əfəndi 1904-cü ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun son xanımı Naciyə xanım idi. Atasının 1909-cu ildə devrilməsindən sonra ailəsi ilə birlikdə 5 yaşında Salonikiyə sürgün edildi. Sürgündə 1 il yaşadıqdan sonra atasıyla birlikdə Bəylərbəyi sarayına alındı və atasının vəfatına qədər burada qaldı. Qalatasaray və Həbibiyyə kolleclərində təhsil aldı. 1923-cü ildə anası vəfat etdi. Bir il sonra isə Osmanlı sülaləsinin sürgün qanunu ilə ölkəni tərk etdi. Əvvəlcə Beyruta, daha sonra Nitsaya köçdü. Burada bacısı Ayşə Sultanla birlikdə yaşadı. Daha sonra Parisə getdi və 1936-cı ildə hüquq və siyasi elmlər fakültəsini bitirdi. 1940–1948-ci illərdə Tuluza, Nitsa, Madrid, Lissabon, Qahirə, İsgəndəriyyə və Tiranada yaşadı. Bundan başqa Albaniyanın Fransadakı səfiri oldu. 8 dekabr 1973-cü ildə Beyrutda vəfat etdi və Dəməşqdə Süleymaniyyə təkyəsinin qəbiristanlığına dəfn edildi.

Xanımları

redaktə
  • Pınarıdil Fəxriyə xanım — Parisdəki Bobigny məzarlığındadır.
  • Səniyə Zoğu (d. 15 noyabr 1908, Albaniya — ö. 15 aprel 1969, Kann) — 1936-cı ilin martında evləndilər. Albaniya kralı Əhməd Zoğunun bacısıdır. 1948-ci ildə ayrıldılar.

Mənbə

redaktə
  • Şadiye Osmanoğlu (Sultan Abdülhamit'in Kızı), Hayatımın Acı ve Tatlı Günleri, Bedir yayınları No. 43, 1966
  • Salih Bozok, Cemil S. Bozok, Hep Atatürk'ün Yanında, Çağdaş Yayınları, 1985 s. 42
  • http://www.ekrembugraekinci.com/makale.asp?id=460

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Lundy D. R. Prince Mehmed Abid of Turkey // The Peerage (ing.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mehmed_Abid_Əfəndi&oldid=7980246"
LOVE.AZ