Mehti Yalçın oğlu Şıxəliyev (16 fevral 1996, Meyniman, Hacıqabul rayonu – 10 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.[1]
Mehti Şıxəliyev | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Müdafiə Nazirliyi |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2014—2020 |
Rütbəsi |
K/gizir |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Mehti Yalçın oğlu Şıxəliyev 1996-cı il, fevralın 16-da Hacıqabul rayonunun Meyniman kəndində anadan olub.[2][1]
2013-cü ildə Hacıqabul rayonu İ. Həsənov adına Meyniman kənd tam orta məktəbindən məzun olub.[1]
2014-cü ildə Hacıqabul Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2014–2015-ci illərdə N saylı hərbi hissədə xidmət edib.[1]
2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "MAHHXHQ hazırlığı kursu"nu bitirib.[1]
Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 19 aprel 2019-cu il tarixli əmri ilə "K/gizir" hərbi rütbəsi verilib.[1]
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 5 il ərzində xüsusi təyinatlı komandanın tuşlayıcısı-operator, atəş dəstək manqasının komandiri, atəş dəstək taqımının tank əleyhinə raket kompleksləri manqasının komandiri-operator vəzifələrində xidmət edib.[1]
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı" ilə, habelə fəxri fərmanlarla təltif edilib.[1]
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən xüsusi əməliyyata, həmçinin Cəbrayılın, Hadrutun, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Noyabrın 10-da Şuşa rayonu ərazisində, Daşaltı istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub.[1] Hacıqabul rayonunun Meyniman kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə[3], həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.[4][5][6][7][8][9]
Subay idi.