Melanoma ( yun. μέλας) — Piqment hüceyrələrindən inkişaf edən bədxassəli şiş və xərçəng növüdür. Melanositlər əsasən dəridə yerləşir və dərinin rəngini müəyyən edən melanin piqmentini ifraz edir. Melanoma ən təhlükəli dəri xərçəngi formalarından biri hesab olunur. Onlar adətən dəridə olur, lakin bağırsaqlar və gözlər kimi bədənin digər hissələrində də görülə bilər.[1]
Melanoma | |
---|---|
![]() | |
XBT-10 | C43.9 |
XBT-9 | 172.9 |
XBT-O | 8720/3 |
OMIM | 155600 |
DiseasesDB | 7947 |
MedlinePlus | 000850 |
MeSH | D008545 |
![]() |
Melanoma digər dəri xərçəngi növlərinə nisbətən daha az rast gəlinir, lakin erkən diaqnoz qoyulmazsa çox təhlükəlidir. Dəri xərçəngindən ölümlərin əksəriyyəti (75%) melanoma ilə bağlıdır. Dünyada hər il 160.000 yeni melanoma halı aşkar edilir. Qadınlarda kişilərə nisbətən daha tez-tez görülür. Qadınlarda ən çox ayaqlarda, kişilərdə isə ən çox arxada görünür.[2][3][4][5]