. Love.az

Menzis Yalanci Tsuqasi - Wikipedia - Love.az

Ana Səhifə - Menzis Yalanci Tsuqasi

Menzis yalançı tsuqası (lat. Pseudotsuga menziesi) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin yalançı tsuqa cinsinə aid bitki növü.

Menzis yalançı tsuqası
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Laricoideae
Cins:
Yalançı tsuqa
Növ:
Menzis yalançı tsuqası
Beynəlxalq elmi adı
  • Pseudotsuga menziesii Franco, 1950[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  183424
NCBI  3357
EOL  1061712

Şimali Amerikanın Sakit okean sahillərində yayılmışdır. Uzunluğu 2-3,5 sm, eni 1-1,5 mm, hamar, ensiz-neştərvari, ucu küt və ya biz, üstü parlaq-yaşıl, alt tərəfi açıq, içi göyümtül-ağ zolaqlı yarpaqları budaqlarda qeyri-bərabər, daraqvarı yerləşmişdir. Bu cins tez böyüyəndir, çox miqdarda yüksək keyfiyyətli oduncaq verir. Orta isti və rütubətli iqlimdə yaxşı bitir. Qışda sərt soyuqdan əziyyət çəkir. İşıqsevəndir, ancaq cavan yaşda xüsusilə kölgələnməyə ehtiyacı var. Dərin, yüngül gillicə və ya qumluca torpaqlarda yaxşı böyüyür, quru, qumlu, daşlıq və ya yaş torpaqlarda pis böyüyür. Bu bitki kiçik massivlərdə, qrup, alleya əkinləri və qazonda tək bitki kimi istifadə edilə bilər. Tək halda enli çətiri torpağın səthindən başlayaraq budaqlanır. Cavan yaşda təmiz meşələr yaradır. Təxminən 200 yaşında 50–115 m hündürlüyə və gövdəsinin diametri 120-450 sm-ə çatır. 1000 və daha çox il yaşayır. Bəzən budaqları qışda zədələnir, ancaq sonra yazda bərpa olunur. Böyümə sürətinə görə mülayim iqlimdə bitən bütün iynəyarpaqlı cinslərdən üstündür. Toxumları sentyabrın əvvəllərində yetişir. Azərbaycanda Gəncə, Lənkəran, Bakı şəhərlərinin yaşıllıqlarında təsadüf edilir.

İstinadlar

redaktə
  1. ↑ Australian Plant Name Index (ing.).

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Menzis_yalançı_tsuqası&oldid=7514705"
LOVE.AZ