Mian Məhəmməd Nəvaz Şərif (pənc. میاں محمد نواز شریف, 25 dekabr 1949[1][2][…], Lahor, Pakistan dominionu) — 2013-cü ildən 2017-ci ilə qədər Pakistan İslam Respublikasının Baş naziri olmuş pakistanlı biznes maqnatı və siyasi xadim. O, buna qədər iki dəfə (1990–93 və 1997–99-cu illərdə) bu vəzifəni icra etmiş, 1985-ci ildən 1990-cı ilə qədər isə Pəncab əyalətinin baş naziri olmuşdur. Pakistan tarixində ən uzun müddət baş nazir vəzifəsində xidmət etmiş şəxsdir.[3]
Nəvaz Şərif | |
---|---|
urdu میاں نواز شریف | |
![]() | |
5 iyun 2013 – 28 iyul 2017 | |
Əvvəlki | Mir Xəzər Xan Xoso |
Sonrakı | Şahid Xaqan Abbasi |
17 fevral 1997 – 12 oktyabr 1999 | |
Əvvəlki | Malik Merac Xalid |
Sonrakı | Zəfərulla Xan Camali[d] |
6 noyabr 1990 – 18 aprel 1993 | |
Əvvəlki | Qulam Mustafa Jatoi |
Sonrakı | Moinuddin Əhməd Qureşi[d] |
7 iyun 2013 – 26 noyabr 2013 | |
Əvvəlki | Mir Xəzər Xan Xoso |
Sonrakı | Xavaca Məhəmməd Asif[d] |
17 fevral 1997 – 12 oktyabr 1999 | |
Əvvəlki | Şahid Həmid[d] (i. e.) |
Sonrakı | Pərviz Müşərrəf |
6 noyabr 1990 – 10 sentyabr 1991 | |
Əvvəlki | Bənazir Bhutto |
Sonrakı | Qus Əli Şah[d] |
6 avqust 1993 – 7 noyabr 1998 | |
Əvvəlki | Sərtac Əziz[d] |
Sonrakı | Məhəmməd İshaq Dar[d] |
19 oktyabr 1993 – 5 noyabr 1996 | |
Əvvəlki | Bənazir Bhutto |
Sonrakı | Bənazir Bhutto |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 dekabr 1949(1949-12-25)[1][2][…] (75 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, kriketçi, sahibkar, vəkil |
Uşaqları | |
Dini | Əhlis-Sünnə, İslam |
|
|
Təltifləri |
![]() ![]() ![]() |
![]() |
|
![]() |
Nəvaz Şərif Lahor şəhərində Şərif ailəsində anadan olmuşdur. Atası "İttifaq" və "Şərif Group" şirkətlərinin sahibi olan Məhəmməd Şərif ölkədə məşhur biznesmen olmuşdur. Pakistan Seçki Komissiyasının verdiyi məlumata əsasən Nəvaz Şərifin şəxsi gəliri 15 milyon ABŞ dolları həcmindədir. Şərif Lahorda yerləşən Dövlət Kollecində və Pəncab Universitetində təhsil aldıqdan sonra 1970-ci illərin sonlarında siyasətə daxil olmuşdur. O, 1981-ci ildə Ziya ül Həqq tərəfindən Pəncab əyalətinin Maliyyə naziri vəzifəsinə təyin olunmuşdur. 1985-ci ildə mühafizəkarlar koalisiyası tərəfindən dəstəklənmiş və Pəncab əyalətinin baş naziri vəzifəsinə təyin olunmuşdur.
Şərif ilk baş nazirliyi dövründə o dövrkü prezident Qulam İshaq Xan tərəfindən korrupsiyada şübhəli bilinərək vəzifədən azad edilmişdir.[4][5] Lakin, Pakistan Ali Məhkəməsi onun günahsız olması barədə qərar qəbul etmişdir. O, hakimiyyətdə olduğu ikinci dövr ərzində 1998-ci ildə general Cahangir Karamatı ordu komandiri vəzifəsindən azad etmiş və onu Pərviz Müşərrəflə əvəz etmişdir.[6] Buna baxmayaraq, Kargil müharibəsi onun Müşərrəflə əlaqələrinin pisləşməsinə səbəb oldu. 12 oktyabr 1999-cu ildə Müşərrəfin başçılığı altında baş vermiş dövlət çevrilişinin ardınca o, Səudiyyə Ərəbistanına sürgün olunmuşdur.
2013-cü ildə baş tutmuş seçkilər nəticəsində ölkədə koalisiya hökuməti təşkil olunmuşdur. Nəticədə, Şərif Parlament tərəfindən baş nazir vəzifəsinə təyin olunmuşdur.[7][8] Onun verdiyi tapşırıqlardan sonra ordu 2015-ci ildə ölkə ərazisində yerləşən ekstremist qruplaşmalara qarşı mübarizəsini kəskinləşdirmişdir.[9][10] Şərifin üçüncü baş nazirliyi dövründə Çinlə qarşılıqlı investisiya qoyuluşları və BVF-dən alınan kreditlər sayəsində ölkədə makroiqtisadi sabitlik yaranmışdır.[11][12] Lakin, həmin dövrdə dövlət borcu 35%-ə qədər qalxmış və bu da onun nüfuzunun azalmasına səbəb olmuşdur.[13][14]
28 iyul 2017-ci ildə Pakistan Ali Məhkəməsi korrupsiya ittihamlarının istintaqı çərçivəsində Baş Nazir Nəvaz Şərifi vəzifəsindən uzaqlaşdırmışdır.[15]
Vikianbarda Nəvaz Şərif ilə əlaqəli mediafayllar var. |