. Love.az

Namiq Ciriyev - Wikipedia - Love.az

Ana Səhifə - Namiq Ciriyev

Namiq Cırıyev (4 noyabr 1980, İsmayıllı) — ilahiyyatçı, ərəbşünas

Namiq Cırıyev
Doğum tarixi 4 noyabr 1980 (44 yaş)
Doğum yeri Azərbaycan Azərbaycan SSR İsmayıllı rayonu, Qalacıq
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
  • Bakı Dövlət Universiteti

Həyatı

redaktə

Namiq Zeynəddin oğlu Cırıyev 4 noyabr 1980-ci ildə İsmayıllı rayonu Qalacıq kəndində anadan olub. 1987-98-ci illərdə İsmayıllı rayonu Taryel Xanadanov adına orta məktəbdə oxuyub.

1998-99-cu illərdə Türkiyənin İzmir şəhərindəki Doqquz Eylül Universitetində İlahiyyat fakültəsində təhsil alıb. 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsilini davam etdirib.

2003-cü ildə M.Füzuli adına Əlyazmalar İnstitutunun aspiranturasına qəbul olunub, elə həmin il institutda əmək fəaliyyətinə başlayıb. 2005-2007-ci illərdə müxtəlif mətbu orqanlarında çalışıb, 2008-ci ildən isə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışır.

100-ə yaxın elmi, publisist və tədqiqat əsərlərinin müəllifidir.

İstinadlar

redaktə
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Namiq_Cırıyev&oldid=5525130"
LOVE.AZ