. Love.az

Natiq Memmedli - Wikipedia - Love.az

Ana Səhifə - Natiq Memmedli
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Natiq Adil oğlu Məmmədov (5 may 1977, Birinci Şahsevən, Jdanov rayonu) — azərbaycanlı yazıçı, jurnalist, tarixçi.[1]

Natiq Məmmədli
Doğum tarixi 5 may 1977(1977-05-05) (48 yaş)
Doğum yeri
  • Birinci Şahsevən, Jdanov rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti tarixçi, jurnalist, yazıçı
Mükafatları Azərbaycan Respublikasının əməkdar jurnalisti

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Əsərləri
  • 4 Mükafatları
  • 5 İstinadlar

Həyatı

redaktə
  • 1977-ci il mayın 5-də Azərbaycan SSR Jdanov rayonunda (Azərbaycan Respublikası Beyləqan rayonu) Birinci Şahsevən kəndində anadan olub.
  • 1998-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Tarix fakültəsinin əyani aspiranturasında təhsil alıb.
  • 2006-cı ildə "Mərkəzi Asiyada müastəqil türk dövlətlərinin yaranması və Türkiyə ilə qarşılıqlı əlaqələri (1991–2001-ci illə)" mövzüsunda namizədlik dissertasiyasını müdafiə edib (tarix üzrə fəlsəfə doktoru)

Fəaliyyəti

redaktə
  • 1990-cə illərin ikinci yarısından jurnalistika sahəsində çalışır. Müxtəlif KİV-lərdə baş redaktorun müavini, baş redaktor və s. vəzifələrdə çalışıb. Mətbuat tarixinə dair araşdırmaların, oçerklərin müəllifidir. Onun təşəbbüsü və redaktorluğu ilə Azərbaycan mətbuat irsinə, ictimai fikir tarixinə dair bir sıra nəşrlər işıq üzü görüb.
  • "Ləyaqət düsturu" (hekayələr toplusu, 2012), "Körpüdə ümid" (roman, 2014) kitabları işıq üzü görüb.
  • "Dolma" hekayəsi 2010-cu ildə Nəsimi Milli ədədbiyyat mükafatına layıq görülüb.
  • "Bekketə salam" hekayəsi 2014-cü ildə türkdilli ölkələrin yazarları arasında keçirilən Mahmud Kaşğarlı beynəlxalq hekayə müsabiqəsinin milli seçim turunda ikinci mükafatı qazanıb.
  • "Körpüdə ümid" romanı 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəsr nominasiyası üzrə "Qızıl kəlmə" mükafatını alıb.

Əsərləri

redaktə
  • 2012 — "Ləyaqət düsturu" – hekayələr toplusu
  • 2014 — "Körpüdə ümid" – roman
  • 2016 — "Dumana bürünmüş" – pyes
  • 2017 — "Əmanət" — pyes
  • 2017 — "Bekketə salam" – hekayələr toplusu
  • 2018 — "Müqəvva" — pyes

Mükafatları

redaktə
  • 2009-cu il "Nəsimi" Milli ədəbiyyat mükafatı.
  • 2010-cu il Azərbaycan respublikasının Əməkdar jurnalisti.
  • 2012-ci il Azərbaycan Mətbuat Şürasının Ali Media Mükafatı.
  • 2015-ci il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatı[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Natiq Məmmədlinin "Ləyaqət düsturu"". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Natiq_Məmmədli&oldid=8240171"
LOVE.AZ