Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Naxçıvan Olimpiya İdman Kompleksi — Azərbaycan Respublikasının Naxçıvan şəhərində yerləşən, dövlətə məxsus idman qurğusudur. Kompleks rəsmi olaraq İlham Əliyevin adını daşıyır və müxtəlif idman növləri üzrə fəaliyyət göstərir.
Kompleks 2002-ci ildə istifadəyə verilmişdir.[1] 2019-cu ildə əsaslı təmir işlərinə başlanılıb.[2]
Kompleks Naxçıvan Muxtar Respublikasında gənclərin idmana cəlb olunması, peşəkar idmançıların yetişdirilməsi və regionda idmanın inkişafı baxımından mühüm obyektlərdən biridir.[1]
Kompleksdə 2 böyük idman zalı mövcuddur. Hər bir zal 40x24 m ölçüsündədir və 378 tamaşaçı yeri ilə təchiz olunub. Həmçinin yardımçı otaqlar, geyinib-soyunma və sanitar sahələr, kafe, tədris otaqları, məşq zalı, üzgüçülük mərkəzi və digər sahələr fəaliyyət göstərir.[1]
Kompleksin direktoru bir neçə dəfə dəyişdirilmişdir. 2022-ci ildə əvvəlki direktor vəzifədən azad edilmiş,[3] 2023-cü ildə isə kompleksə yeni direktor təyin olunmuşdur.[4]
2023-cü ildə Naxçıvan Üzgüçülük Mərkəzi kompleksin tərkibinə birləşdirilmişdir.[5]