. Love.az

Paster - Wikipedia - Love.az

Ana Səhifə - Paster

Pərviz Quluzadə və ya səhnə adı ilə Paster (18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi.[1]

Paster
Pərviz Quluzadə
Ümumi məlumatlar
Ləqəbləri Nifrət, Difai
Doğum tarixi 18 oktyabr 1991(1991-10-18) (33 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan
Həyat yoldaşı Natavan Əfəndiyeva (e. 2023)
Uşağı 1
Musiqiçi məlumatları
Fəaliyyəti solo ifaçı
Fəaliyyət illəri 2009-cu ildən
Janrlar rep, hip-hop[d]
Əlaqəsi Synaps Production

Mündəricat

  • 1 Həyatı və karyerası
    • 1.1 Erkən illəri
    • 1.2 Məşhurlaşması
    • 1.3 Sonrakı illər
    • 1.4 Şəxsi həyatı
  • 2 Diskoqrafiya
    • 2.1 Sinqllar
    • 2.2 Albomlar
    • 2.3 Solo konsertlər
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı və karyerası

redaktə

Erkən illəri

redaktə

1991-ci il oktyabr ayının 18-də Bakıda anadan olub.[2] O, talışəsillidir.[3] Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Onun Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib.

Məşhurlaşması

redaktə

2016-cı ildə karyerasında yeni mərhələ başayır. Onun Dost və OD ilə birgə ifa etdiyi "1st class" treki böyük diqqət cəlb edir. 2017-ci ildə ilk albomu olan "Puldan baha" işıq üzü görür. 2018-ci ildə "Dorian Gray" sinqlını ərsəyə gətirib. 2018-ci ildə Xpertlə birgə ölkənin müxtəlif bölgələrinə tura çıxıb. 2019-cu ilin sonunda "Kəllə-Kəlləyə" layihəsi çərçivəsində rep-batlda etdiyi çıxışı ilə ölkədə böyük səs-küy yaratmışdır.[4] 2020-ci ildə sayca ikinci solo albomu olan "Bina" albomunu təqdim edib. 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki qələbəyə həsr olunmuş "Yaşma" trekini oxuyub. 2021-ci ildə "Pulumu doğ" adlı trekini təqdim edib. 2023-cü ildə "Çirkin" albomu, bir il sonra isə RZZA ilə birlikdə "Lotos" mini-albomu işıq üzü görüb.

Sonrakı illər

redaktə

2019-cu il dekabrın 26-da Binəqədi Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.[2] Bəzi ictimai fəalların sözlərinə görə, onun saxlanmasına səbəb dekabrın 9-da yazdığı "Gang" adlı mahnısında "Paşa Bank" haqqında ifa etməsi olub.[2] 2020-ci il yanvarın 21-də gündüz saatlarında cəza müddətini başa vuraraq azadlığa çıxıb.[5]

O, müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib.

Şəxsi həyatı

redaktə

21 yanvar 2023-cü ildə Natavan Əfəndiyeva ilə ailə həyatı qurmuşdur.[6] Albert adlı bir oğlu var.[7][8]

Diskoqrafiya

redaktə

Sinqllar

redaktə
  • Artıq sabahdır (2009)
  • Mən gedirəm
  • Cavab ver
  • Newschool
  • Heyatın oyunu
  • Marshal ve biz
  • Forever
  • Smackdown
  • Music note
  • Love and peace
  • Küçələr bizimdir (2013)
  • Huk
  • Klick klick baau
  • Pis teatr
  • Like 10
  • Meqabaytlar
  • TTM
  • Fransızsayağı işgəncə
  • North west
  • Bang bang
  • Demo
  • X noise
  • Label 3
  • Ağır metal
  • İri çaplı
  • 1st class (2016)
  • Dorian Gray (2017)
  • Phenom (2018)
  • Yolunda (2019)
  • Gang (2019)
  • Diss (2020)
  • Ya indi, ya heç vaxt (2020)
  • Gəzirəm (2020)
  • Yenidən (2020)
  • Chain (2020)
  • Qayıt gəl (2020)
  • Yaşma (2020)
  • Pulumu doğ (2021)
  • Bi skmə döül (2021)
  • 6 AM (2022)
  • Ayka (2022)
  • Six-Six (2023)
  • LLC (2023)
  • İgid Ölər, Adı Qalar (2023)
  • Ömür kömür kimi (2023)
  • Vid ver (2023)

Albomlar

redaktə

Onun diskoqrafiyasına 3 studiya albomu daxildir.

Ad İl Albomun üz qabığı Qeyd
Puldan baha 2016
Trek siyahısı
№BaşlıqMüddət
Bina 2020
Trek siyahısı
№BaşlıqMüddət
1."Ya indi, ya heç vaxt"2:42
2."Gəzirəm"4:14
3."Yenidən"3:31
4."Chain" (feat. Saybu Swag)4:39
5."Qayıt gəl" (feat. OD)3:22
Çirkin 2023
Trek siyahısı
№BaşlıqMüddət
1."Spinner"1:44
2."Easy Job"2:44
3."Malakan" (feat. OD)2:57
4."Zəngəzur" (feat. OD)3:55
5."Wake Up" (feat. OD)2:37
6."Aydınlandım"3:25
7."Oh No" (feat. Rio)3:20
8."Qan Pul" (feat. OD)2:29
9."Taksist"1:20
10."Bane"3:30
11."Loo"3:07
12."Amen" (feat. RZZA)3:19
13."Surfing"4:03
14."Jameson" (feat. RZZA)3:15

Solo konsertlər

redaktə
  • 2023-cü il iyulun 1-də Elektra Events Hall-da Çirkin adlı solo konsert[9][10]
  • 2023-cü il sentyabrın 9-da Elektra Events Hall-da Bakı Tərpən adlı solo konsert[11]

İstinadlar

redaktə
  1. ↑ "Rapper arrested in Azerbaijan for criticising bank owned by first lady's family". jam-news.net. jam-news.net. 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2020.
  2. ↑ 1 2 3 "Repçi Pərviz Quluzadə həbs edilib". www.azadliq.org. www.azadliq.org. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2020.
  3. ↑ Replərində söyüş söydü, iki dəfə həbs olundu, "battle"də uduzdu - Özünü repin atası sayan Paster
  4. ↑ ""Pərviz çox söyüş söydü" — "Kəllə Kəlləyə"də dava". qafqazinfo.az (az.). 16 dekabr 2019. 7 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2021.
  5. ↑ "Reper Paster azadlığa buraxıldı". www.azerbaycan24.com. www.azerbaycan24.com. 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2020.
  6. ↑ "Pasterin toyu oldu". qafqazinfo.az. 2023-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-21.
  7. ↑ Paster oğul atası oldu
  8. ↑ Paster bu dəfə həyat yoldaşı üçün mahnı yazdı
  9. ↑ "Paster - Çirkin in Elektra Events Hall buy tickets online. | iTicket.AZ — Online ticket sales". Paster - Çirkin in Elektra Events Hall buy tickets online. | iTicket.AZ — Online ticket sales (ingilis). İstifadə tarixi: 2024-03-27.
  10. ↑ ""Regionları unutmadıq" - Paster bölgələrdə silsilə konsert verəcək". Sputnik Azərbaycan (az.). 2023-06-16. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-02.
  11. ↑ "Bakı Tərpən - Paster in Elektra Events Hall buy tickets online. | iTicket.AZ — Online ticket sales". Bakı Tərpən - Paster in Elektra Events Hall buy tickets online. | iTicket.AZ — Online ticket sales (ingilis). İstifadə tarixi: 2024-03-27.

Xarici keçidlər

redaktə
  • Paster — Facebook səhifəsi
  • Paster — Twitter səhifəsi
  • Paster — Instagram səhifəsi
  • iTunes — Paster
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Paster&oldid=8254023"
LOVE.AZ