. Love.az

Qervend Belediyyesi - Wikipedia - Love.az

Ana Səhifə - Qervend Belediyyesi

Qərvənd bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Bələdiyyə
Qərvənd bələdiyyəsi
Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd bələdiyyəsi
Ölkə
  •  Azərbaycan
Daxildir Ağdam rayonu
İnzibati mərkəz Ayaq Qərvənd
Bələdiyyə sədri (sonuncu) Şükürov Ələmdar Sabir oğlu
Tarixi və coğrafiyası
Yaradılıb 1999
Ləğv edilib 2024
Əhalisi
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Statistik kodu 60910007
Bələdiyyə ödənişləri üçün vergi kodu 3208
VÖEN 3200032271
Telefon kodu +994 26
Avtomobil nömrəsi 02
İnzibati nəzarət orqanı: Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi, habelə 2000-2020-ci illərdə Bərdə Regional Ədliyyə İdarəsi, 2020-2024-cü illərdə Qarabağ Regional Ədliyyə İdarəsi

Tarixi

redaktə

07.12.1999-cu il tarxili 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun[1] ilkin redaksiyasının "Ağdam rayonu" bölməsində nəzərdə tutulmuş 8 bələdiyyədın biri də Ağdam rayonunun Qərvənd bələdiyyəsi olmuşdu. Həmin vaxt bu Bələdiyyənin ərazisinə aşağıdakı kəndlər aid edilmişdi: Orta Qərvənd, Ayaq Qərvənd, Çıraxlı, Əhmədağalı, Kolqışlaq və Mirəşelli kəndləri.

Bələdiyyəyə VÖEN verilmiş[2], o statistik ərazi təsnifatına daxil edilmişdir[3].

2000-ci il tarixli Protokolunda təsbit edilmiş Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi təsdiq edilib və onun 21.09.2005-ci il tarixli 09 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv olunub.

18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla[4] təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq bu Bələdiyyə Quzanlı qəsəbəsində yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.

2003 - 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[5] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi[6] və Bərdə Regional Ədliyyə İdarəsi[7] vasitəsilə həyata keçirilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[8] uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla "Qərvənd bələdiyyəsinin əhatə etdiyi Əhmədağalı, Çıraxlı, Kolqışlaq və Mirəşelli kəndlərində Əhmədağalı bələdiyyəsi" yaradılmış, həmin kəndlər Qərvənd bələdiyyəsinin tabeliyindən çıxarılmışdı.

21.09.2005-ci il tarixli 09 nömrəli Protokolunda təsbit edilmiş 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi qəbul olunub və Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin 10.04.2025-ci il tarixli 04 nömrəli Protokolunda[9] təsbit eidlmiş 3-cü Qərarı ilə ləğv edilib.

2020 - 2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[5] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi[6] və Qarabağ Regional Ədliyyə İdarəsi[7] vasitəsilə həyata keçirilib.

10.09.2024-cü il tarixli 09 nömrəli Protokolunda təsbit olunmuş Qərara əsasən əhali sayının Qanunla müəyyən edilmiş minimum həddən aşağı olması ilə əlaqədar Ağdam rayonunun Qərvənd bələdiyyəsi tərəfindən Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinə birləşmə qərarı verilib.

18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla[10][11][12][13] "7.4. Əhmədağalı, Qərvənd və Təzəkənd bələdiyyələrinin əhatə etdiyi Bənövşələr, Birinci Dördyol, İkinci Dördyol, Təzəkənd qəsəbələrində və Ayaq Qərvənd, Çıraxlı, Əhmədağalı, Kolqışlaq, Mirəşelli, Orta Qərvənd, Təzəkənd kəndlərində Əhmədağalı bələdiyyəsi" yaradılıb. Bununla da Qərvənd bələdiyyəsinin fəaliyyətinə xitam verilib, aktivləri yeni yaradılan Əhmədağalı bələdiyyəsinə təhvil verilib.

Mərkəzi və ərazisi

redaktə

"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[1] əsasən Ağdam rayonunun Qərvənd bələdiyyəsinin mərkəzi Ağdamın Qərvənd inzibati ərazi dairəsində yerləşən Ayaq Qərvənd kəndi olub.

Bu Bələdiyyələnin ərazisinə aşağıdakılar aid edilib:

Bələdiyyənin tam adı VÖEN[14] Bələdiyyə ödəyiciləri üçün vergi kodu[15] Bələdiyyənin statistik kodu[16] İnzibati ərazi dairəsi İƏD

statistik kod[17]

İnzibati ərazi vahidi İƏV

statistik kod

Ağdam rayonunun Qərvənd bələdiyyəsi 3200032271 3208 60910007 Qərvənd kənd iəd 60910005 Ayaq Qərvənd kəndi 60910038
Orta Qərvənd kəndi 60910028
Əhmədağalı kənd iəd 60927005 Əhmədağalı kəndi 60927018
Çıraxlı kəndi 60927028
Kolqışlaq kəndi 60927038
Mirəşelli kəndi 60927048

Hesab olunub ki, həmin dövrdə Ermənistan SQ-nin işğalı altında olan aşağıdakı kəndləri azad olunduqda, onlar bu Bələdiyyənin ərazisinə qatılacaqdır:

İnzibati ərazi dairəsi İƏD

statistik kod[17]

İnzibati ərazi vahidi İƏV

statistik kod

Qərvənd kənd iəd 60910005 Baş Qərvənd kəndi 60910018
Şıxlar kəndi 60910048

İstinadlar

redaktə
  1. ↑ 1 2 Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2025-07-07.
  2. ↑ Azərbaycan Respublikası Vergi Xidmətinin rəsmi saytı. "Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi". new.e-taxes.gov.az (az.). İstifadə tarixi: 2025-07-07.
  3. ↑ Dövlət Statistika Komitəsinin rəsmi sənədi. "Bələdiyyələrin statistik ərazi Təsnifatı, 2015" (PDF). stat.gov.az.
  4. ↑ Hüquqi Aktların Dövlət Reyestri. ""Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2024-11-27.
  5. ↑ 1 2 Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanun". e-qanun.az (az.). 2024-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  6. ↑ 1 2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Bələdiyyələrlə iş baş idarəsi". www.justice.gov.az. İstifadə tarixi: 2025-03-18.
  7. ↑ 1 2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Regional ədliyyə idarələri". www.justice.gov.az. 2025-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  8. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi barədə Qanun". e-qanun.az (az.). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-17.
  9. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin Nizamnaməsi". e-qanun.az (az.). İstifadə tarixi: 2025-07-07.
  10. ↑ Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi. ""Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə – "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Qanun". president.az (az.). İstifadə tarixi: 2024-11-27.
  11. ↑ Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi. "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Qanun". president.az (az.). İstifadə tarixi: 2024-11-27.
  12. ↑ Hüquqi Aktların Dövlət Reyestri. ""Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2024-11-27.
  13. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2024-11-27.
  14. ↑ VÖEN üzrə Axtarış, Dövlət Vergi Xidməti. "https://new.e-taxes.gov.az/etaxes/taxpayer-info". new.e-taxes.gov.az (az.). 2025-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-30.
  15. ↑ TAXES.GOV.AZ. "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxslərin uçota alınması üçün bələdiyyələr üzrə müəyyən edilmiş kodların siyahısı". Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxslərin uçota alınması üçün bələdiyyələr üzrə müəyyən edilmiş kodların siyahısı - Taxes.Gov.Az (az.). 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  16. ↑ "BƏLƏDİYYƏLƏRİN STATİSTİK ƏRAZİ TƏSNİFATI, 2015" (PDF). www.stat.gov.az. 27.10.2025. 2022-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-04. (#first_missing_last)
  17. ↑ 1 2 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi,, Kollegiyasının 16.02.2024-cü il tarixli 2/2 nömrəli Qərarı. "Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024" (PDF). www.stat.gov.az. 16.02.2024.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qərvənd_bələdiyyəsi&oldid=8246216"
LOVE.AZ