Qazaxlar bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999 - 2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.
Bələdiyyə | |
Qazaxlar bələdiyyəsi | |
---|---|
Azərbaycan Respublikasının Füzuli rayonunun Qazaxlar bələdiyyəsi | |
Ölkə | |
Daxildir | Füzuli rayonu |
İnzibati mərkəz | Qazaxlar |
Bələdiyyə sədri (sonuncu) | Bayramov Nürəddin Heydər oğlu |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1999 |
Ləğv edilib | 2024 |
Əhalisi | |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Statistik kodu | 60605027 |
Bələdiyyə ödənişləri üçün vergi kodu | 7515 |
VÖEN | 7500085041 |
Telefon kodu | 994 26 |
Avtomobil nömrəsi | 19 |
07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının[1] "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Qazaxlar bələdiyyəsi olub.
2014–2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[2] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi)[3] və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.
18.07.2000-ci il tarixli 07 nömrəli Protokolunda təsbit eidlmiş Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib və onun 28.07.2022-cü il tarixli 07 nömrəli Protokolunda[4] təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.
Bu Bələdiyyə 2000-ci ildə "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə[5] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[6] uyğun olaraq, həmin Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olub.
2020–2024-cü illərdə bu Bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi)[7], Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilirİdarəsi[8].
28.07.2022-cü il tarixli 07 nömrəli Protokolunda[4] təsbit edilmiş 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizmanaməsi qəbul edilib və Füzuli rayonunun Əhmədalılar bələdiyyəsinin 28.04.2025-ci il tarixli 03 nömrəli Protokolunda[9] təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun[10] 18-ci hissəsinə əsasən: "18.2. Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar və Mollaməhərrəmli bələdiyyələrinin əhatə etdiyi Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndlərində Əhmədalılar bələdiyyəsi" yenidən təşkil edilib.
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə — "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" 18.11.2024-cü il tarixli 51-VIIQD nömrəli Qanunla[11] təsdiq edilmiş Siyahının "Füzuli rayonu" bölməsində birinci cədvəldə sadalanan 7 bələdiyyənin adı qeyd olunub.
Nizamnaməsinin[4] 1.5-ci bəndinə əsasən Bələdiyyənin mərkəzi Füzuli rayonunun Qazaxlar kəndi olmuşdur.
"Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunun[1] əvvəlki redaksiyasına əsasən həmin bələdiyyənin ərazisinə aşağıdakılar daxil edilib:
Bələdiyyənin adı[1] | İnzibati ərazi dairəsinin adı | İƏD statistik kodu[12] | İnzibati ərazi vahidinin adı[13] | İƏV statistik kodu[12] |
---|---|---|---|---|
Füzuli rayonunun Qazaxlar bələdiyyəsi[4] | Əhmədalılar kənd iəd | 60605005 | Qazaxlar kəndi | 60605028 |
Mirzənağılı kəndi | 60605038 |