Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Rasim İsmayılov (tam adı:İsmayılov Rasim Mustafa oğlu;7 fevral 1973) tv jurnalisti, redaktor, ssenarist — Azərbaycan Respublikası əməkdar jurnalisti
Rasim İsmayılov | |
---|---|
Doğum tarixi | 7 fevral 1973(1973-02-07) (52 yaş) |
Təhsili | |
Fəaliyyəti | jurnalist, redaktor, ssenarist |
Mükafatları |
![]() |
Rasim Mustafa oğlu İsmayılov 7 fevral 1973-cü ildə Borçalıda anadan olmuşdur. 1990-1995-ci illərdə Bakı Dövlət Univeristetinin jurnalistika fakültəsində televiziya jurnalistikası ixtisası üzrə təhsil almışdır. 1996-1999-ci illərdə AMEA-nın Milli Münasibətlər İnstitutunun aspiranturasında oxuyub.
Junrnalistlik fəaliyyətinə 1990-cı ildə "7 gün" qəzetində müxbir kimi başlamışdır. 1994-1995-cı illərdə ilk canlı yayım tok-şousu olan (AzTV) "3 nöqtə" proqramının aparıcısı olmuşdur. Uzun illər Azərbaycanın müxtəlif media orqanlarında işləmişdir. 2003-2022-ci illərdə Space TVdə şef redaktor, böyük redaktor, baş redaktor vəzifələrində işləyib. Hazırda İTV-də sənədli filmlər üzrə böyük redaktor vəzifəsində çalışır. Son illər əsasən sənədli film ssenaristliyi və redaktorluğu ilə məşğuldur. "Şuşa, sən azadsan", (Xüsusi Təyinatlı Qüvvələr tərəfindən Şuşa şəhərinin azad olunmasına həsr edilib), "Hadrut, sən azadsan" (Xüsusi Təyinatlı Qüvvələrin digər qoşun növləri ilə birgə Hadrut şəhərinin azad olunmasına həsr edilib), "Baş tutmayan tələ", "Qrossmeyster" (Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib, 3 seriya), "Kişi sözü" (İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 illiyinə həsr edilib), "Görünməyən qəhrəmanlar - Dövlət Təhlükəsizliyi Xidməti" (DTX-nin Vətən Müharibəsində fəaliyyətinə həsr edilib), "Davam edən missiya", "Səbrin sonu" (antiterror əməliyyatına həsr edilib), "Günəşi görməyənlər", "Sükutda addım" (minaxtaran qadınlara həsr edilib) və s. sənədli filmlərinin ssenaristi, "Görünməyən qəhrəmanlar - "Həkimin gündəliyi (Hərbi həkimlər)" "Heydər Əliyev Azərbaycandır!" sənədli filminin, "Sarı gəlin" tarixi-sənədli filmlərinin və s. redaktorudur.
6 noyabr 2019-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidenti tərəfindən Əməkdar jurnalist adına layiq görülmüşdür.[1]