. Love.az

Rasim Ismayilov Jurnalist - Wikipedia - Love.az

Ana Səhifə - Rasim Ismayilov Jurnalist
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. (yanvar 2025)
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. (yanvar 2025)
(Learn how and when to remove this template message)

Rasim İsmayılov (tam adı:İsmayılov Rasim Mustafa oğlu;7 fevral 1973) tv jurnalisti, redaktor, ssenarist — Azərbaycan Respublikası əməkdar jurnalisti

Rasim İsmayılov
Doğum tarixi 7 fevral 1973(1973-02-07) (52 yaş)
Təhsili
  • Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi,
  • AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
Fəaliyyəti jurnalist, redaktor, ssenarist
Mükafatları Azərbaycan Respublikasının əməkdar jurnalisti

Mündəricat

  • 1 Həyatı və təhsili
  • 2 Fəaliyyəti
    • 2.1 Mətbuat fəaliyyəti
  • 3 Təltif və mükafatları
  • 4 İstinadlar

Həyatı və təhsili

redaktə

Rasim Mustafa oğlu İsmayılov 7 fevral 1973-cü ildə Borçalıda anadan olmuşdur. 1990-1995-ci illərdə Bakı Dövlət Univeristetinin jurnalistika fakültəsində televiziya jurnalistikası ixtisası üzrə təhsil almışdır. 1996-1999-ci illərdə AMEA-nın Milli Münasibətlər İnstitutunun aspiranturasında oxuyub.

Fəaliyyəti

redaktə

Mətbuat fəaliyyəti

redaktə

Junrnalistlik fəaliyyətinə 1990-cı ildə "7 gün" qəzetində müxbir kimi başlamışdır. 1994-1995-cı illərdə ilk canlı yayım tok-şousu olan (AzTV) "3 nöqtə" proqramının aparıcısı olmuşdur. Uzun illər Azərbaycanın müxtəlif media orqanlarında işləmişdir. 2003-2022-ci illərdə Space TVdə şef redaktor, böyük redaktor, baş redaktor vəzifələrində işləyib. Hazırda İTV-də sənədli filmlər üzrə böyük redaktor vəzifəsində çalışır. Son illər əsasən sənədli film ssenaristliyi və redaktorluğu ilə məşğuldur. "Şuşa, sən azadsan", (Xüsusi Təyinatlı Qüvvələr tərəfindən Şuşa şəhərinin azad olunmasına həsr edilib), "Hadrut, sən azadsan" (Xüsusi Təyinatlı Qüvvələrin digər qoşun növləri ilə birgə Hadrut şəhərinin azad olunmasına həsr edilib), "Baş tutmayan tələ", "Qrossmeyster" (Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib, 3 seriya), "Kişi sözü" (İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 illiyinə həsr edilib), "Görünməyən qəhrəmanlar - Dövlət Təhlükəsizliyi Xidməti" (DTX-nin Vətən Müharibəsində fəaliyyətinə həsr edilib), "Davam edən missiya", "Səbrin sonu" (antiterror əməliyyatına həsr edilib), "Günəşi görməyənlər", "Sükutda addım" (minaxtaran qadınlara həsr edilib) və s. sənədli filmlərinin ssenaristi, "Görünməyən qəhrəmanlar - "Həkimin gündəliyi (Hərbi həkimlər)" "Heydər Əliyev Azərbaycandır!" sənədli filminin, "Sarı gəlin" tarixi-sənədli filmlərinin və s. redaktorudur.

Təltif və mükafatları

redaktə

6 noyabr 2019-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidenti tərəfindən Əməkdar jurnalist adına layiq görülmüşdür.[1]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rasim_İsmayılov_(jurnalist)&oldid=8246795"
LOVE.AZ