. Love.az

Sanama Oyun - Wikipedia - Love.az

Ana Səhifə - Sanama Oyun

Sanama — Azərbaycanda uşaqlar və gənclər arasında yazqabağı günlərdə, şənlik və bayramlarda dəstələrə bölünmədən oynanılan oyunlarda "başçı" ("aparıcı" və ya "işçi") seçmək üçün sadalanan şeir.

Mündəricat

  • 1 Ümumi məlumat
  • 2 Oyunun qaydaları
  • 3 Sanamalar
    • 3.1 Motal-motal
    • 3.2 İynə-iynə
    • 3.3 Əmim oğlu
  • 4 Mənbə
  • 5 Xarici keçidlər

Ümumi məlumat

redaktə

Dəstələrə bölünməklə oynanılan bütün oyunlar Halay qurmaqla başlanır. Lakin bir çox oyunlarımız dəstələrə bölünmədən oynanılır. Ənzəli, Eşşək beli sındırdı, Yeddi ağac buna misal ola bilər. Bu oyunları başlayarkən, "başçı", "aparıcı" və ya "işçi" seçmək üçün sanamadan istifadə edirlər.

Oyunun qaydaları

redaktə

Püşk yolu ilə yaxud oyunçuların ümumi razılığı ilə (oyunda və ya uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənən) bir nəfər seçilir. O bütün oyunçuları sıraya düzür. Sanama yolu ilə oyunçuları bir-bir sıradan azad edir. Axıra qalan oyunçu "başçı" ("aparıcı" və ya "işçi") seçilmiş olur. Sanamanı aparmaq üçün müxtəlif sanamalardan istifadə edirlər. "İynə-iynə", "Motal-motal", "Əmim oğlu" və s. bu kimi sanamalar uşaqların sevimli nəğmələridir.

 
Sanama oyunu

Sanamalar

redaktə

Motal-motal

redaktə

Motal-motal
Tərsə motal,
Qıl atar,
Qaymağ tutar
Ağ quşum,
Ağarçınım,
Göy quşum,
Göyərçinim.
Qarğa qara,
Durna çala,
Çiləmə çilik,
Bircə əmlik,
Əmrəqulu, vur nağara,
Çıx qırağa.

İynə-iynə

redaktə
  • Iynə-iynə

İynə-iynə,
Ucu düymə
Bal ballıca,
Ballı keçi,
Şam ağacı,
Şatır keçi.
Qoz ağacı,
Qotur keçi.
Hoppan-hoppan,
Yarıl-yırtıl,
Su iç qurtul.

Əmim oğlu

redaktə

Əmim oğlu,
Üzü buğlu,
Haldırım dedi,
Huldurum dedi,
Göyə bir ağac atdı.
Kərki sapı.
Gül budağı.

[1]

Bəzən bu məqsədlə düzgülərdən də istifadə edilir.

Mənbə

redaktə
  1. ↑ Şifahi xalq ədəbiyyatı, Uşaq folkloru. "Altun kitab" nəşriyyatı, Bakı-2007. səh. 40-48.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sanama_(oyun)&oldid=8250779"
LOVE.AZ