Silovik (rus. силови́к) — Rusiyada keçmiş kəşfiyyat (KQB), təhlükəsizlik və təhlükəsizlik orqanlarının əməkdaşları kimi xidmət etmiş siyasətçilərə və bürokratlara verilmiş ad. Vladimir Putin və Boris Yeltsinin hakimiyyətləri dövründə onlar dövlət vəzifələrinə, xüsusən də xarici əlaqələr və təhlükəsizliklə bağlı vəzifələrə yerləşdirilmişdirlər.[1] Onlar müntəzəm olaraq Qərb qəzetləri tərəfindən mühafizəkar və əsasən konspirasiya nəzəriyyələrinə inanan (məsələn: Qərb dövlətlərinin Rusiya Federasiyasını məhv etmək üçün xüsusi planlarının olması kimi) şəxslər kimi səciyyələndirilirlər.[2][3]
Siloviklər Rusiya hökumətinin bütün sahələrində aktiv deyildirlər. Onlar əsasən xarici əlaqələr və təhlükəsizliklə əlaqədar olan məsələlər üzərində işləyirlər.[4]
Siloviki (azərb. siloviklər) termini hərfi mənada "gücü olan adamlar" və ya "güclü adamlar" (Rus dilindən tərcümədə сила, "güc" və ya "qüvvət" deməkdir) kimi tərcümə olunur. Bu termin, Boris Yeltsin erasının əvvəllərində (1990-cı illərin əvvəlləri) hərbi uniformalı xidmətləri, yəni hərbi, polis (Daxili İşlər Nazirliyi), milli təhlükəsizlik (FSB) və bəzi digər strukturları ifadə etmək üçün istifadə olunan "güc institutları" (rus. силовые структуры) ifadəsindən yaranmışdır.[5]
Buna oxşar olan digər termin isə "sekkurokrat"dır (hüquq-mühafizə və kəşfiyyat orqanlarının əməkdaşları). Daniel Treysman öz növbəsində "silovarx" (silovik və oliqarx) terminini təklif etmişdir.[6]
[...] the supreme leader, who firmly relies on the structures of force (the army, state security, the Ministry of Internal Affairs) [...]