Tövhidə İlhami xanım (ərəb. توحيده إلهامي; 1860, İstanbul – 1882, Qahirə) — Kavalalı ailəsinin bir üzvü, Misir şahzadəsi.
Tövhidə İlhami xanım | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1860 |
Doğum yeri | |
Vəfat tarixi | 1882 |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Kavalalı İbrahim Hilmi Paşa |
1860-cı ildə İstanbulda dünyaya gəldi. Atası Misir valisi I Abbas Hilmi Paşanın oğlu İbrahim İlhami Paşa[1], anası isə onun xanımlarından Aşiqbayran Qadınəfəndidir.[2][3] Ancaq doğulduğu il atası Bosfor boğazındakı bir dəniz qəzasında həlak oldu və cənazəsi ailə üzvləriylə birlikdə Qahirəyə aparıldı.[4]
29 dekabr 1880-ci ildə Mehmed Nəcib Paşanın (Nədim Paşanın atası) nəvəsi Davud Fəthi Paşa ilə evləndirildi.[3] Cütlüyün bu nigahdan Mustafa Davud bəy adlı bir oğlu dünyaya gəldi. Ancaq çox keçmədən Tövhidə xanım 1882-ci ildə Qahirədə vəfat etdi.[3]