Təzəbinə (əvvəlki adları: Keşişkənd; Noraküh) – Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd.[4]
Təzəbinə | |
---|---|
![]() Xocalı rayonunun Təzəbinə kəndi, 2025-ci ilin iyul ayı[1][2] | |
39°56′ şm. e. 46°47′ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | Xocalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 634 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
| |
![]() |
Təzəbinə kəndi dağ ətəyində yerləşir.
Qədimdə bu kəndin yerində yerləşən kəndin adı Keşişkənd olmuş, sonralar isə ermənilər tərəfindən Noragüğ və ya Noraküh (ermənicə: Təzəkənd) adlandırılmışdı.
1990-cı ildə Ermənistandan Azərbaycana gələn qaçqınların yerləşdirilməsi məqsədilə Ağdam tikinti trestinin köməyi ilə kənd yenidən salınmış, lahiyə sənədlərində adı Təzəbinə kimi rəsmiləşdirilmişdir.[5]
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Noraküh kəndi Təzəbinə kəndi adlandırılmışdır.[6]
1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin tərəfindən işğal edilmişdir[1][2].
19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində kənd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır[1][2].
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Təzəbinə kəndinin əhalisinin sayı 1334 nəfər, daimi əhalinin sayı 1396 nəfər təşkil edirdi.[7]
Xocalı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |