. Love.az

Tatami - Wikipedia - Love.az

Ana Səhifə - Tatami

Tatami (yap. 畳, hərfi mənada "qatlanan") – Yaponiyada evlərin döşəmələrini (ənənəvi tip) örtmək üçün istifadə olunan həsirlərdir. Onlar iqusa qamışından toxunur və düyü samanı ilə doldurulur[1]. Son dövrlərdə doldurma üçün sintetik pambıq da istifadə olunur[2]. Tataminin uzun tərəfi parça ilə üzlənir.

Tatami
Mənşə ölkəsi
  •  Yaponiya
Sahəsi
  • 1 jō
Sectional view
İmage of front side
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Tataminin düzülmə sxemləri
Tataminin en kəsiyi

Tatami həsirlərinin sayını və döşəməyə yerləşdirilməsini tənzimləyən qaydalar var. Adətən tatami döşəkləri elə düzülür ki, dörd künc bir nöqtədə birləşməsin[3]. Bu cür düzülüş əlverişli adlanır. Dəfn və ya yas mərasimləri zamanı isə əksinə, elə düzülür ki, künclər kəsişsin[3]. Yaponların inancına görə, tatamini düzgün yerləşdirməmək evə bədbəxtlik gətirir .

Tataminin ciddi şəkildə müəyyən edilmiş sahəsi və forması var. Yaponiyada otaqların sahəsi ənənəvi olaraq tatami ilə ölçülür (yap. -畳-jo:) və ev tikərkən nəzərə alınır. Yaponiyanın qərbində (Kansai) tataminin ölçüsü 95,5 x 191 sm (6 şaku 3 sun x 3 şaku 1 sun 5 bu) təşkil edir. Hündürlüyü 5 sm-dir. Bəzən ənənəvi ölçünün yarısı olan tatamilər də rast gəlinir – 90x90 sm (ryukyudatami). Tokioda və Yaponiyanın şərqində hazırlanan tatamilər adi olanlardan bir qədər ensizdir — 88 x 176 sm[1].

Müasir yapon evlərinin əksəriyyətində, hətta Avropa tipli evlərdə də ən azı bir tatami otağı (vaşitsu) var.

İstinadlar

redaktə
  1. ↑ 1 2 An Illustrated guide to Japanese Traditional Architecture and Everyday Things. 京都: 淡交社. 2018. səh. 30,82. ISBN 978-4-473-04237-8.
  2. ↑ "Understanding Tatami". kyo-tatami.com (ingilis). Motoyama Tatami shop. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-31.
  3. ↑ 1 2 "Всё о татами — традиционных соломенных японских матах-циновках". konnichiwa.ru (rus). 03/05/2018. 2020-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-19.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tatami&oldid=8243917"
LOVE.AZ