Transelectrica — Elektrik enerjisinin istehsalı və paylanması ilə məşğul olan Rumıniya elektrik şirkəti. Buxarest Birjasında öz səhmlərinin siyahısına malikdir. Şirkət 2000-ci ildə qurulmuşdur. Şirkətin səhmdarları: Rumıniyanın İqtisadiyyat, Ticarət və İşgüzar Ətraf Mühit Nazirliyi (58,69%), Rumıniya Əmlak Fondu (13.5%), Buxarest Birjası və digər investorların (27.81%). Şirkətə səkkiz ərazi filialı və başqa bir şöbə - bazarda satılan elektrik enerjisinin uçotu operatoru daxildir. Filiallar müxtəlif inzibati işlərdə iştirak edirlər.
Transelectrica | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Tipi | Elektrik enerjisinin istehsalı və paylanması |
Məhsulu | Elektrik |
Təsis tarixi | 2000 |
Baş qərargahın yeri |
![]() |
İqtisadi göstəriciləri | |
Ümumi kapital | ▲ RON2,46 mlrd. (2011)[1] |
Ümumi aktivlər | ▲ RON5,57 mlrd. (2011))[1] |
Ümumi gəliri | ▲ RON90,9 mln. (2011)[1] |
Xalis mənfəəti |
|
Struktur | |
İşçi sayı | 2197 (2011)[2] |
transelectrica.ro |
Transelektrika Rumıniya Hökuməti tərəfindən kapital bazarında ictimai şirkətlərə dəstək olaraq başladılan Güclü Bazar proqramı çərçivəsində Buxarest Birjasında səhmlərinin siyahısı olan bir dövlətə məxsus ilk açıq şirkətdir. Şirkətin kapitallaşması təxminən 1,1 milyard avrodur.
2014-cü ilin iyul ayında Rumıniya Hesablama Palatası Transelectricanın əmlakına vurulmuş 132,2 milyon Rumıniya leyi miqdarında ziyan aşkar etdi. Pulun böyük hissəsi - 80,1 milyon ley - maliyyə zəmanəti verilməmiş enerji əməliyyatları üzrə müqavilələrin icrasından qalan borclardır[8].