Vanderlei de Lima (11 avqust 1969[1], Kruzeyru-du-Uesti[d], Parana ştatı) — Braziliyanı təmsil edən, uzun məsafəli qaçışçı. 1996-cı ildə Tokio Beynəlxalq Marafonunun və 2004-cü ildə Hamburq Marafonunun qalibi olub.
Vanderlei de Lima | |
---|---|
port. Vanderlei Cordeiro de Lima | |
![]() | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 11 avqust 1969(1969-08-11)[1] (55 yaş) |
Doğum yeri |
|
Boyu | 168 sm |
Çəkisi | 55 kq |
İdman növü | yüngül atletika, marafon |
Rəsmi saytı | |
![]() |
Vanderlei de Lima peşəkar karyerasına 1989 və 1992-ci illərdə IAAF kross qaçışı kimi başlamışdır.[2] O, 1995-ci ildə yarışda qalib gəlməzdən əvvəl 1993-cü ildə Cənubi Amerika Kros Çempionatında bürünc medal qazamışdı. 1996-cı ildə Tokio Beynəlxalq Marafonu titulunu qazanıb. Elə həmin ildə Yay Olimpiya Oyunlarına qatıldı, 1996-cı ildə Atlanta Oyunlarında marafonda qaçaraq 47-ci yeri tutub. O, 1998-ci ildə Tokio marafonunda Alberto Juzdadodan sonra ikinci olaraq 2:08:31-vaxtı göstəricisi ilə yarışı bitirmişdi. 2004-cü il mövsümündə Hamburq marafonunda qalibiyyət (2:09:39) əldə etmişdi.
29 avqust 2004-cü ildə Afinada keçirilən 2004 Yay Olimpiya Oyunlarında qızıl medalını qazanan ilk braziliyalı olmağa çalışırdı, Lakin 35 km məsafəni qət etdikdən sonra, irlandiyalı keşiş Neil Horan onu qacış zolağının kənarına itələdi. Bu hadisə Vanderlei de Limanı zamanlamada (5–10 saniyə) geri saldı və 2:12:11 nəticə ilə üçüncü olaraq bürünc medal qazandı.[3]
2007-ci ildə Pan Amerika Oyunlarında titulunu qorumağ üçünyarışa cıxdı, lakin 37 kilometrlik məsafədə əzələ problemi ilə yarışı tərk etdi. O, 2009-cu ilin aprelində Paris Marafonunda qaçdıqdan sonra marafonçu kimi təqaüdə çıxdı. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı Olimpiya məşəlini alovlandırmaq şərəfini layiq görülüb .[4]