. Love.az

Vasif Xelilov - Wikipedia - Love.az

Ana Səhifə - Vasif Xelilov

Xəlilov Vasif Tofiq oğlu (26 oktyabr 1974, Zərqava, Quba rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Vətən müharibəsi iştirakçısı. Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi.

Vasif Xəlilov
Xəlilov Vasif Tofiq oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 26 oktyabr 1974(1974-10-26) (50 yaş)
Doğum yeri
  • Zərqava, Quba rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Flag of Azerbaijan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili
  • Cəmşid Naxçıvanski adına hərbi lisey,
  • H. Əliyev adına AAHM
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Ordusu
Qoşun növü Rabitə qoşunları
Xidmət illəri 1992-
Rütbəsi

General-mayor
Vəzifəsi Baş İdarə rəisi
Döyüşlər
  • İkinci Qarabağ müharibəsi,
  • Qarabağda döyüşlər
Təltifləri "Hərbi xidmətlərə görə" medalı

Həyatı və fəaliyyəti

redaktə

Vasif Xəlilov 26 oktyabr 1974-cü ildə Quba rayonunun Zərqava kəndində anadan olmuşdur. 2005-ci ildən 2016-cı ilin dekabr ayınadək cəbhə bölgəsində xidmət etmişdir. 2020-ci ildə Vətən müharibəsi zamanı Suqovuşan, Cəbrayıl, Zəngilan və Füzuli istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişdir.

2022-ci ilədək müxtəlif vəzifələrdə xidmət etmiş, taqım komandirindən şöbə rəisi vəzifəsinədək yüksəlmişdir. 2022–2024-cü illərdə xüsusi xidmət orqanlarında idarə rəisi vəzifəsində çalışmışdır. Xüsusi xidmət orqanlarında fəaliyyəti dövründə lokal antiterror əməliyyatlarında iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021 tarixli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə iki dəfə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

2025-ci ilin 25 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib.

Təhsili

redaktə

1992-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1996-cı ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmişdir. 2005-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasını, 2021-ci ildə isə Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu müvəffəqiyyətlə tamamlamışdır.

İstinadlar

redaktə

[1]

[2] [3] [4]

  1. ↑ "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2025-06-26.
  2. ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2025-06-26.
  3. ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2025-06-26.
  4. ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2025-06-26.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vasif_Xəlilov&oldid=8232387"
LOVE.AZ