. Love.az

Vayxirli Memmedcefer - Wikipedia - Love.az

Ana Səhifə - Vayxirli Memmedcefer

Vayxırlı Məmmədcəfər (XIX əsr, Türkeş, Şahbuz rayonu – XX əsr) — aşıq.

Vayxırlı Məmmədcəfər
Doğum tarixi XIX əsr
Doğum yeri
  • Türkeş, Şahbuz rayonu, Azərbaycan
Vəfat tarixi XX əsr
Fəaliyyəti aşıq, şair
Vikimənbənin loqosu Vayxırlı Məmmədcəfər Vikimənbədə

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
    • 2.1 Yaradıcılığının bədii istiqaməti
  • 3 Ədəbiyyat
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Həyatı

redaktə

Şahbuz rayonunun Tirkeş kəndində anadan olub.[1]

Vayxırlı Məmmədcəfər XIX əsrin ikinci yarısı-XX əsrin 30-cu illərində yaşayıb.

Yaradıcılığı

redaktə

Yaradıcılığının bədii istiqaməti

redaktə

Ədəbi irsindən bir neçə qoşma,təcnis, satirik şeir və "Məmmədcəfər-Səhnə xanım" dastanının deyişmə hissəsi qalmışdır. Əldə olan nümunələrdən Vayxırlı Məmmədcəfər orijinal üslüba malik sənətkar olduğu görünür. İctimai mövzulara daha çox meyl etmiş,şeirlərində ancaq şəxs mənfəətini düşünən ruhanilərin, hakim təbəqələrin bəd əməllərini ifşa etmişdir. Onun tənqid hədəfləri real həyati şəxslərdir (Dəmirçi kəndinin koxası haqqında həcvsayağı şeiri və s.). Bu cəhət Vayxırlı Məmmədcəfəri XIX əsrin realist-satirik Azərbaycan şairlərinə yaxınlaşdırır.[2]

Ədəbiyyat

redaktə
  • Qədimov Ə., Aşıq Məmmədcəfər,Şərq qapısı qəzeti,1977,7 dekabr;
  • Azərbaycan folkloru antologiyası.c.1, Naxçıvan folkloru,Bakı.,1994

Xarici keçidlər

redaktə
  Vikimənbədə Müəllif:Aşıq Məmmədcəfər ilə əlaqəli mətnlər var.
  • Naxçıvan musiqi mədəniyyəti tarixindən-musiqi təhsili kitabından

İstinadlar

redaktə
  1. ↑ Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05.
  2. ↑ Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 572. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vayxırlı_Məmmədcəfər&oldid=6827402"
LOVE.AZ