Məncə qalsınlar. Çünki belə başa düşürəm ki, Akademiyanın bölməsi və İnstitut fərqli şeylərdir. Məsələn, əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibində olmuş bəzi İnstitutlar artıq AMEA-nın tərkibində deyillər, Elm və Təhsil Nazirliyinə tabedirlər, amma AMEA-da müvafiq bölmələr qalıb. Zohrab Javad (müzakirə) 02:42, 13 mart 2025 (UTC)[cavabla]
@Zohrab Javad, mən demirəm ki, silinsinlər. Mən deyirəm ki, bunlar AMEA-nın Naxçıvan MR bölməsinin kiçik institutlarıdı deyə elə o bölmə məqaləsinə bölüm (başlıq) kimi köçürək. Sovet vaxtından bizim ağlımızda elə qalıb ki, sanki “institut” varsa bir qurumun adında deməli böyük və mühüm bir şeydir. Çünki sovet vaxtı Azərbaycandakı demək olar ki, bütün faktiki universitetlər (ADU (BDU) və akademiyalar istisna) hamısı institut (APİ, AZİ, AMİ, Medİ, ATİ və s.) adlanırdı. Müstəqillikdən sonra haqlı olaraq hamısının adını dəyişib universitet etdilər. Tədqiqat/araşdırma mərkəzləri institut kimi qaldı. AMEA və təzəlikcə ETN tərkibinə verilənlər çoxu enaiklopedikdir, bəli. Amma AMEA-nın hansısa region (Gəncə, Naxçıvan, Şəki və s.) bölmələrinin (həmçinin nazirlik və başqa MİH) tərkibindəki institutları ensiklopedik (VP:EƏ) edən heç bir məqam yoxdur. samralmüzakirə15:29, 17 iyun 2025 (UTC)[cavabla]
Başa düşürəm ki balaca institut ola bilər. Amma ayrı institutdurlar axı. Yəni AMEA-nın tərkibində olmuş Bakıdakı institutlardan fərqi odur ki, Naxçıvanda yerləşir. AMEA-da gedən islahatların davamı olaraq nəzəri olaraq sabah Naxçıvan bölməsində də oluna bilər, bununla həmin institutları məsələn Naxçıvan MR-nın Elm və Təhsil nazirliyinə (əgər orada bu adda qurum varsa) və ya məsələn Azərbaycanın Elm və Təhsil nazirliyinə də verilə bilər. Zohrab Javad (müzakirə) 21:31, 17 iyun 2025 (UTC)[cavabla]
İlk dəfədir görürəm ki, bir SNS müzakirəsində mümkün olan 4 təklifin (silinsin, qalsın, köçürülsün, birləşdirilsin) hamısı verilsin. Neynəyək? Nemoralis (müzakirə) 23:35, 15 iyun 2025 (UTC)[cavabla]