Əlahəzrət Yasmin Pəhləvi (fars. یاسمین پهلوی, qızlıq soyadı Etimad-Əmini, d. 26 iyul 1968) İran vəliəhdi Rza Pəhləvinin həyat yoldaşı, Pəhləvilər sülaləsinin üzvü.
Yasmin Pəhləvi | |
---|---|
Yasmin Etimad-Əmini | |
![]() | |
Doğum tarixi | (56 yaş) |
Doğum yeri | Tehran |
Həyat yoldaşı |
|
Milliyyəti | Fars |
İxtisası | Hüquqşünas |
Təhsili | Corc Vaşinqton Universiteti, Corc Vaşinqton Universitetinin Hüquq Məktəbi |
Fəaliyyəti | vəkil, aktivist |
![]() |
26 iyul 1968-ci ildə Tehranın Pars xəstəxanasında anadan olub. İran İslam İnqilabı zamanı artan gərginlikdə İranı tərk etməyə məcbur oldu. Əvvəldə əri ilə ABŞ-da, San Fransisko körfəzində yaşamışdır.[2]
Ali təhsili Corc Vaşinqton Universitetində (siyasi elmlər bakalavrı, 1990 il) və Corc Vaşinqton Universitetinin Hüquq Məktəbində (hüquq elmləri doktoru, 1998 il) aldı.[2] Hüquq fakültəsini bitirdikdən sonra Vaşinqtonda, Dünya Bankının əmək hüququ məsələləri üzrə Hüquq Departamentində çalışmışdır. Sonra Vaşinqtonun Ali Məhkəmənin hakimi vəzifəsində çalışdı, bundan sonra Vaşinqtondakı Uşaq Hüquq Mərkəzində hüquqşünas kimi işləmişdir.[2]
2023-cü ildə Azərbaycana qeyri-rəsmi şəkildə gəldi. Öz İnstaqram hesabında Bakıdan video paylaşaraq yazıb: "İlk dəfə Xəzər dənizinə ayaq basdım. Öz ölkəmin sahillərindən cəmi bir neçə saatlıq məsafədə olduğumu bilmək çox qəribə idi. Vətənimə yaxın olmaq məni çox sevindirdi. Kaş ki, İran sahillərinin qumuna ayaq basa biləydim".[3]
Üç qız övladı var: şahzadə Nur Pəhləvi, şahzadə İman Pəhləvi və şahzadə Fərəh Pəhləvi.