. Love.az

Yaxsi Timsah - Wikipedia - Love.az

Ana Səhifə - Yaxsi Timsah

Yaxşı timsah (ing. mənası Lafaek Diak ) yerlilər tərəfindən yaradılmış mifdir.

Şərqi Timorda əfsanənin təqdimatı

Mündəricat

  • 1 Əfsanənin məzmunu
  • 2 Əfsanənin simvolikası
  • 3 İnanclar
  • 4 Müasir dünyaya əfsanənin təsiri
  • 5 İstinadlar

Əfsanənin məzmunu

redaktə

Əfsanənin ən geniş yayılmış versiyası: bir gün timsah böyük səyahətə çıxmaq istəyir. Səyahətə hazırlaşır, lakin çox zəif olduğu üçün gücdən düşür. Ölüm ayağında olarkən, bir oğlan onu xilas edərək su və qida verir. Timsah oğlanın onu xilas etməyini qarşılıqsız qoymayacağını söyləyir.

Bir müddət sonra timsah oğlanın yaxşılığına təşəkkür etmək məqsədilə, ona səyahət təklif edir. Timsah suda böyüyərək nəhəng olur və oğlanı belində daşıyaraq səyahət etməyə başlayırlar.

Uzun illər birgə səyahət etdikdən sonra, timsah qocalıb ömrünün bitmək üzrə olduğunu görür. O, oğlana deyir ki, ölümündən sonra onun bədəni oğlan və onun nəsli üçün torpağa çevriləcək. Əfsanənin sonunda timsah ölür, bədəni isə Timor adasına çevrilir. [1]

Əfsanənin simvolikası

redaktə

Əfsanən Şərqi Timorda insan və təbiət arasında hörmətə əsaslanan ənənəvi dünya görünüşünü əks etdirir. Timor folklorunda timsah müqəddəs hesab olunur və bir çox insan özünü onun nəvəsi hesab edir.[2]

İnanclar

redaktə

Timorlular timsaha "lulik" deyirlər ki, mənası "müqəddəs" və "toxunulmaz" deməkdir. Timsaha çox vaxt "Abo Lafaek" (Böyük ata timsah) deyə müraciət edirlər.

Xalq arasında belə bir inanc var ki, çaydan keçərkən "mən sənin nəvənəm, məni yemə" deyə timsahla danışmaq lazımdır.

Bəzi bölgələrdə insanlar timsahlara qurbanlar verir, hətta ailə daxilində timsaha xüsusi hörmətlə yanaşırlar. Bəzi yerlərdə qızların "timsahla evləndirilməsi" kimi qədim mərasimlər olduğu da deyilir (simvolik mənada).

Müasir dünyaya əfsanənin təsiri

redaktə

Bu əfsanə eyni zamanda bir təşkilatın da adıdır: Fundação Lafaek Diak ("Yaxşı timsah fondu") –2005-ci ildə yaradılmış qeyri-hökumət təşkilatıdır. Təşkilat əsasən Timorun Baucau, Viqueque və Lautém bölgələrində fəaliyyət göstərir. Onlar səhiyyə, ana-uşaq sağlamlığı, təhsil və kiçik sahibkarlıq sahələrində layihələr həyata keçirirlər.

Təşkilatın devizi belədir: "Bir-birimizə kömək etsək, çətinliklərdən çıxarıq".[3]

İstinadlar

redaktə
  1. ↑ "East Timor;s Crcodile Legend". www.etan.org.
  2. ↑ Paunovic, Vincent. "Crocodiles: The deadly totems of Timor-Leste". RNZ (ingilis). 3 may 2018.
  3. ↑ "English". lafaekdiaks Webseite! (ingilis).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yaxşı_timsah&oldid=8231895"
LOVE.AZ