Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Yoqa fəlsəfəsi — Hindu fəlsəfəsinin altı əsas qolundan biridir. Lakin Hind mətnlərində Yoqa müstəqil bir fəlsəfi məktəb kimi yalnız eramızın birinci minilliyinin sonunda, Samkhy sistemindən fərqli şəkildə qeyd olunmağa başlanmışdır.[1] Qədim, orta əsr və müasir ədəbiyyatda yoqa fəlsəfəsinə tez-tez sadəcə "yoqa" deyə istinad edilir.[2] Yoqaya aid sistemli şəkildə cəmlənmiş ideyalar isə Patanjalinin Yoqa Sutralarında yığılmışdır. Həmin əsər yoqanın əsas mətni hesab olunur və Hindistanın digər fəlsəfi məktəblərinə güclü təsir etmişdir.[3]
Yoqa metafizikası Samkhya fəlsəfəsinin dualizminə əsaslanır.[4] Canlı varlıq,yəni Jiva, o zaman meydana gəlir ki, Puruşa adlı şüurlu varlıq Prakriti ilə, yəni təbiətlə, müxtəlif elementlər, duyğular, zehni hallar və fəaliyyət formaları vasitəsilə birləşir. [5]Cəhalət və daxili tarazlığın pozulduğu vəziyyətlərdə bəzi komponentlər digərlərini üstələyir. Bu da insanı mənəvi və zehni baxımdan bir növ əsarətə salır.Hind fəlsəfəsinin Yoqa və Samkhya məktəblərində bağlılıqdan qurtuluş halı "mokşa"adlanır.Bu azadlıq vəziyyətinə fərdin daxili idrakı və nəfsə nəzarəti nəticəsində nail olunması mümkündür.[6]Yoqa fəlsəfəsinin etik nəzəriyyəsi Yama və Niyama prinsiplərinə,eləcə də Samkhya sisteminin Guna nəzəriyyəsinin müəyyən elementlərinə əsaslanır.Fəlsəfənin epistemologiyası,Samkhya məktəbində olduğu kimi,etibarlı bilik əldə etməyin vasitəsi olaraq altı pramanadan yalnız üçünə əsaslanır.[7]Yoqa fəlsəfəsi,Samkhya kimi çox oxşar prinsiplərə malik olsa da,bir əsas fərqlə seçilir:Samkhya sistemində tanrı anlayışı yoxdur,halbuki Yoqa,İşvara adlanan şəxsi,lakin fəaliyyətsiz bir tanrı konsepsiyasını daxil edir.[8]
Yoqa müstəqil fəlsəfi məktəb kimi Hind mətnlərində yalnız eramızın birinci minilliyinin sonlarından etibarən qeyd olunur.[9]Hind fəlsəfəsində Yoqa məktəbinə məxsus müxtəlif tətbiqlər və əsas ideyalar Patanjalinin Yoqa Sutraları əsərində sistemli şəkildə ifadə olunmuşdur.Eramızın birinci minilliyinin ilk yarısında geniş yayılmasından sonra,bir çox hind alimləri bu əsəri təhlil etmiş və ona dair Bhaşya(şərhlər və izahlar) yazmışlar.[10]Vyasa tərəfindən yazıldığı qəbul edilən şərhin əslində Patanjali tərəfindən qələmə alınmış olması ehtimal olunur.Bu halda,həmin şərh Patanjalayogasastra("Patanjalinin Yoqa Traktatı")adlı birləşdirilmiş mətnin tərkib hissəsini təşkil edir.[11]
Tədqiqatçı Larsosun vurğuladığına görə,eramızdan əvvəl II əsrlə eramızın I əsri arasında Samkhya,Yoqa və Buddizmin bəzi formaları arasında anlayış baxımından bir çox paralel və oxşarlıq müşahidə olunur.[12]Yoqa Sutraları,Samakhya fəlsəfəsinin bir sıra əsas fikirlərini mənimsəyir.Bunlara prakriti və puruşa arasındakı "ayırd etmə bacarığı"(adhyavasaya),sistemli və məntiqi metafizik yanaşma,eləcə də biliyin üç əsas əldəetmə üsulu daxildir.[13]Larsonun irəli sürdüyü kimi,Yoqa Sutraları Buddist praktikasındakı nirodhasamadhi təcrübəsindən dəyişmiş şüur halının axtarışını mənimsəmişdir.Lakin Buddizmdən fərqli olaraq,burada sabit "öz" anlayışı rədd edilmir.[14]Əksinə,Yoqa,Samkhya məktəbi kimi,hər bir fərdin sabit bir mənlik və ruha sahib olduğunu qəbul edən fizikalist yanaşmanı müdafiə edir.Yoqa Sutralarının əsaslandığı üçüncü konsepsiya qədim asketik ənənələrdən gəlir.[15]Bu,insanın cəmiyyətdən uzaqlaşması,meditasiya etməsi və öz daxili dünyasına yönəlməsi üzərində quruludur.
Samkhya ilə Yoqa fəlsəfəsinin müqayisəli təhlili Yoqa fəlsəfəsi,mahiyyət etibarilə Samkhya ilə eynidir.Hər iki sistemdə əsas anlayışlar iki reallığa:Puruşa və Prakritiyə əsaslanır.Puruşa,saf şüur olan və heç bir fikir və ya keyfiyyətlə çirklənməyən gerçəklik kimi təsvir olunur.[16]Prakriti,zehni,hiss orqanlarını və mənlik hissini əhatə edən empirik və fenomenal reallıqdır.Həm Samkhya,həm də Yoqa məktəblərinə görə,canlı varlıq maddə və şüurun birliyindən ibarətdir.Yoqa fəlsəfəsi,Puruşanın mahiyyəti,dəyərləriin mənası və azadlığın yolu ilə bağlı məsələlərdə Samkhya fəlsəfəsindən fərqli düşünür.[17]
Yoqa və Samkhya fəlsəfələri iki əsas varlıq növünü tanıyır:biri şüur,digəri isə maddə.Onlara görə,bunlar bir-birindən tamamilə fərqli reallıqlardır.
Samkhya və Yoqa fəlsəfələri,şüur və mədəni iki ayrı və müstəqil varlıq kimi qəbul edir.Onlar inanır ki,kainat Puruşa(şüur) və Prakriti(maddə) adlanan iki əsas və dəyişməz reallıqdan ibarətdir.Prakriti tək bir varlıq kimi qəbul olunsa da,Samkhya-Yoqa məktəbləri bu dünyada Puruşaların çoxluğunu qəbul edirlər.Ağıl sahibi olmayan,aşkarlanmamış,səbəbsiz,daim fəaliyyət göstərən,hiss olunmayan və əbədi olan Prakriti,obyektlər aləminin yeganə son mənbəyi sayılır.Puruşa şüurlu prinsip,yəni passiv müşahidəçi və həzz alan(bhokta) kimi qəbul olunur,Prakriti isə həzz mənbəyi,yəni həzz verilən(bhogya) sayılır.Samkhya-Yoqa fəlsəfəsinə görə,Puruşa cansız dünyanın mənbəyi ola bilməz,çünki şüurlu bir varlıq özü şüursuz bir dünyaya çevrilə bilməz.Bu metafizika dualist əsas üzərində qurulmuş,plüralist mənəviyyatçılıq və realist fəlsəfə formasıdır.
Yoqa fəlsəfəsi,Samkhya sistemindən gələn Guna nəzəriyyəsini əsas tutur.Bu anlayışa görə,insan təbiətini formalaşdıran üç əsas güc var:
• Sattva - müsbətlik və daxili tarazlıq
• Rajas - fəaliyyət və ehtiras
• Tamas - durğunluq və nizamsızlıq
Bu üç hal hər bir insanda fərqli dərəcədə mövcuddur və davranışları,düşüncələri formalaşdırır. Hər bir varlıqda sattvanın işığı,rajasın atəşi və tamasın kölgəsi vardır.Lakin bu rənglər hamıda eyni şəkildə qarışmır.İnsanın daxili dünyası və zehni yönləri,bu üç halın nisbi üstünlüyü ilə rənglənir.Əgər bir insanda sattva daha çoxdursa,o şəxs adətən ağıllı,sakit,yaradıcı və harmonik olur.Əgər rajas üstünlük təşkil edirsə,həmin insanda istək,ehtiras,fəaliyyətə audəlik və narahatlıq ön plandadır.Tamas çox olanda isə insan cahil,çaşqın,dağıdıcı,tənbəl olur və əziyyət çəkir.Bu guna anlayışı,yoqa fəlsəfəsində insan zehninin necə işlədiyini izah edən əsas modeldir.
Yoqa fəlsəfəsinin erkən dövr alimləri qeyd edirlər ki,Puruşa(şüur) təbiəti etibarilə sattva(yaradıcı və ahəngdar),Prakriti(maddə) isə təbiəti etibarilə tamas(qarmaqarışıq və nizamsız) xüsusiyyət daşıyır.