. Love.az

Yoqa Felsefe - Wikipedia - Love.az

Ana Səhifə - Yoqa Felsefe
Bu səhifədə iş davam etməkdədir.
Müdaxilə etməyə tələsməyin!
  • Əgər kömək etmək istəyirsinizsə, ya da səhifə yarımçıq qalıbsa, səhifəni yaradan istifadəçi ilə əlaqə qura bilərsiniz.
  • Səhifənin tarixçəsində səhifə üzərində işləmiş istifadəçilərin adlarını görə bilərsiniz.
  • lərinizi mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Mehdisoy88 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Yoqa fəlsəfəsi — Hindu fəlsəfəsinin altı əsas qolundan biridir. Lakin Hind mətnlərində Yoqa müstəqil bir fəlsəfi məktəb kimi yalnız eramızın birinci minilliyinin sonunda, Samkhy sistemindən fərqli şəkildə qeyd olunmağa başlanmışdır.[1] Qədim, orta əsr və müasir ədəbiyyatda yoqa fəlsəfəsinə tez-tez sadəcə "yoqa" deyə istinad edilir.[2] Yoqaya aid sistemli şəkildə cəmlənmiş ideyalar isə Patanjalinin Yoqa Sutralarında yığılmışdır. Həmin əsər yoqanın əsas mətni hesab olunur və Hindistanın digər fəlsəfi məktəblərinə güclü təsir etmişdir.[3]

Yoqa metafizikası Samkhya fəlsəfəsinin dualizminə əsaslanır.[4] Canlı varlıq,yəni Jiva, o zaman meydana gəlir ki, Puruşa adlı şüurlu varlıq Prakriti ilə, yəni təbiətlə, müxtəlif elementlər, duyğular, zehni hallar və fəaliyyət formaları vasitəsilə birləşir. [5]Cəhalət və daxili tarazlığın pozulduğu vəziyyətlərdə bəzi komponentlər digərlərini üstələyir. Bu da insanı mənəvi və zehni baxımdan bir növ əsarətə salır.Hind fəlsəfəsinin Yoqa və Samkhya məktəblərində bağlılıqdan qurtuluş halı "mokşa"adlanır.Bu azadlıq vəziyyətinə fərdin daxili idrakı və nəfsə nəzarəti nəticəsində nail olunması mümkündür.[6]Yoqa fəlsəfəsinin etik nəzəriyyəsi Yama və Niyama prinsiplərinə,eləcə də Samkhya sisteminin Guna nəzəriyyəsinin müəyyən elementlərinə əsaslanır.Fəlsəfənin epistemologiyası,Samkhya məktəbində olduğu kimi,etibarlı bilik əldə etməyin vasitəsi olaraq altı pramanadan yalnız üçünə əsaslanır.[7]Yoqa fəlsəfəsi,Samkhya kimi çox oxşar prinsiplərə malik olsa da,bir əsas fərqlə seçilir:Samkhya sistemində tanrı anlayışı yoxdur,halbuki Yoqa,İşvara adlanan şəxsi,lakin fəaliyyətsiz bir tanrı konsepsiyasını daxil edir.[8]

Mündəricat

  • 1 Tarixi
  • 2 Metafizika
  • 3 Soteriologiya
  • 4 İstinadlar

Tarixi

redaktə

Yoqa müstəqil fəlsəfi məktəb kimi Hind mətnlərində yalnız eramızın birinci minilliyinin sonlarından etibarən qeyd olunur.[9]Hind fəlsəfəsində Yoqa məktəbinə məxsus müxtəlif tətbiqlər və əsas ideyalar Patanjalinin Yoqa Sutraları əsərində sistemli şəkildə ifadə olunmuşdur.Eramızın birinci minilliyinin ilk yarısında geniş yayılmasından sonra,bir çox hind alimləri bu əsəri təhlil etmiş və ona dair Bhaşya(şərhlər və izahlar) yazmışlar.[10]Vyasa tərəfindən yazıldığı qəbul edilən şərhin əslində Patanjali tərəfindən qələmə alınmış olması ehtimal olunur.Bu halda,həmin şərh Patanjalayogasastra("Patanjalinin Yoqa Traktatı")adlı birləşdirilmiş mətnin tərkib hissəsini təşkil edir.[11]

Tədqiqatçı Larsosun vurğuladığına görə,eramızdan əvvəl II əsrlə eramızın I əsri arasında Samkhya,Yoqa və Buddizmin bəzi formaları arasında anlayış baxımından bir çox paralel və oxşarlıq müşahidə olunur.[12]Yoqa Sutraları,Samakhya fəlsəfəsinin bir sıra əsas fikirlərini mənimsəyir.Bunlara prakriti və puruşa arasındakı "ayırd etmə bacarığı"(adhyavasaya),sistemli və məntiqi metafizik yanaşma,eləcə də biliyin üç əsas əldəetmə üsulu daxildir.[13]Larsonun irəli sürdüyü kimi,Yoqa Sutraları Buddist praktikasındakı nirodhasamadhi təcrübəsindən dəyişmiş şüur halının axtarışını mənimsəmişdir.Lakin Buddizmdən fərqli olaraq,burada sabit "öz" anlayışı rədd edilmir.[14]Əksinə,Yoqa,Samkhya məktəbi kimi,hər bir fərdin sabit bir mənlik və ruha sahib olduğunu qəbul edən fizikalist yanaşmanı müdafiə edir.Yoqa Sutralarının əsaslandığı üçüncü konsepsiya qədim asketik ənənələrdən gəlir.[15]Bu,insanın cəmiyyətdən uzaqlaşması,meditasiya etməsi və öz daxili dünyasına yönəlməsi üzərində quruludur.

Metafizika

redaktə

Samkhya ilə Yoqa fəlsəfəsinin müqayisəli təhlili Yoqa fəlsəfəsi,mahiyyət etibarilə Samkhya ilə eynidir.Hər iki sistemdə əsas anlayışlar iki reallığa:Puruşa və Prakritiyə əsaslanır.Puruşa,saf şüur olan və heç bir fikir və ya keyfiyyətlə çirklənməyən gerçəklik kimi təsvir olunur.[16]Prakriti,zehni,hiss orqanlarını və mənlik hissini əhatə edən empirik və fenomenal reallıqdır.Həm Samkhya,həm də Yoqa məktəblərinə görə,canlı varlıq maddə və şüurun birliyindən ibarətdir.Yoqa fəlsəfəsi,Puruşanın mahiyyəti,dəyərləriin mənası və azadlığın yolu ilə bağlı məsələlərdə Samkhya fəlsəfəsindən fərqli düşünür.[17]

Yoqa və Samkhya fəlsəfələri iki əsas varlıq növünü tanıyır:biri şüur,digəri isə maddə.Onlara görə,bunlar bir-birindən tamamilə fərqli reallıqlardır.[18]

Samkhya və Yoqa fəlsəfələri,şüur və mədəni iki ayrı və müstəqil varlıq kimi qəbul edir.Onlar inanır ki,kainat Puruşa(şüur) və Prakriti(maddə) adlanan iki əsas və dəyişməz reallıqdan ibarətdir.Prakriti tək bir varlıq kimi qəbul olunsa da,Samkhya-Yoqa məktəbləri bu dünyada Puruşaların çoxluğunu qəbul edirlər.[19]Ağıl sahibi olmayan,aşkarlanmamış,səbəbsiz,daim fəaliyyət göstərən,hiss olunmayan və əbədi olan Prakriti,obyektlər aləminin yeganə son mənbəyi sayılır.Puruşa şüurlu prinsip,yəni passiv müşahidəçi və həzz alan(bhokta) kimi qəbul olunur,Prakriti isə həzz mənbəyi,yəni həzz verilən(bhogya) sayılır.[20]Samkhya-Yoqa fəlsəfəsinə görə,Puruşa cansız dünyanın mənbəyi ola bilməz,çünki şüurlu bir varlıq özü şüursuz bir dünyaya çevrilə bilməz.Bu metafizika dualist əsas üzərində qurulmuş,plüralist mənəviyyatçılıq və realist fəlsəfə formasıdır.

Yoqa fəlsəfəsi,Samkhya sistemindən gələn Guna nəzəriyyəsini əsas tutur.Bu anlayışa görə,insan təbiətini formalaşdıran üç əsas güc var:

• Sattva - müsbətlik və daxili tarazlıq

• Rajas - fəaliyyət və ehtiras

• Tamas - durğunluq və nizamsızlıq

Bu üç hal hər bir insanda fərqli dərəcədə mövcuddur və davranışları,düşüncələri formalaşdırır. Hər bir varlıqda sattvanın işığı,rajasın atəşi və tamasın kölgəsi vardır.[21]Lakin bu rənglər hamıda eyni şəkildə qarışmır.İnsanın daxili dünyası və zehni yönləri,bu üç halın nisbi üstünlüyü ilə rənglənir.Əgər bir insanda sattva daha çoxdursa,o şəxs adətən ağıllı,sakit,yaradıcı və harmonik olur.Əgər rajas üstünlük təşkil edirsə,həmin insanda istək,ehtiras,fəaliyyətə audəlik və narahatlıq ön plandadır.Tamas çox olanda isə insan cahil,çaşqın,dağıdıcı,tənbəl olur və əziyyət çəkir.Bu guna anlayışı,yoqa fəlsəfəsində insan zehninin necə işlədiyini izah edən əsas modeldir.[22]

Yoqa fəlsəfəsinin erkən dövr alimləri qeyd edirlər ki,Puruşa(şüur) təbiəti etibarilə sattva(yaradıcı və ahəngdar),Prakriti(maddə) isə təbiəti etibarilə tamas(qarmaqarışıq və nizamsız) xüsusiyyət daşıyır.Onlar əlavə olaraq qeyd edirlər ki,fərdlər doğulduqda buddhi ilə təchiz olunurlar.Həyat prosesində bu buddhi "çevrildikcə" və dəyişdikcə,asmita və ya ahamkara yaranır.[23]Eqo da həyatın təsiri ilə "çevrildikdə",manas meydana gəlir.Yoqa məktəbinə görə,buddhi(zəka),ahamkara(eqo) və manas(əhval-ruhiyyə) qarşılıqlı təsirdə olaraq cittanı formalaşdırır.Cittanın nəzarətsiz dəyişiklikləri insanın əzab və iztirab yaşamasına səbəb olur.İnsanın içindəki şüur və mənəviyyat,buddhi vasitəsilə inkişaf edir.[24]Bu xüsusiyyətləri oyadan və gücləndirən bir həyat tərzi,insanı daha azad,daha sakit və potensialını tam reallaşdırdığı bir həyata aparır.Patanjalinin Yoqa Sutrları isə bunu belə ifadə edir: "Yoqa - cittanın dəyişən hallarının nəzarət altına alınmasıdır".

Soteriologiya

redaktə

Yoqa fəlsəfəsinə görə,insanın əzab çəkməsinin və təkrar doğumlar yaşamasının səbəbi onun cahil olmasıdır.Bu cahillikdən qurtulmaq,yəni aydınlanmaq və azad olmaq,yalnız doğru ilə yanlış arasında fərq qoymaq bacarığı,bilik əldə etmək və özünü tanımaq yolu ilə mümkündür.[25]Patanjalinin Yoqa Sutraları,insanın cahillikdən azad olub həqiqi mənliyinə çatması üçün izləməli olduğu yol xəritəsini təqdim edir.Bu yolda əsas dönüş nöqtəsi samadhi adlanan şüurluluq halıdır.Burada insan daxili sakitlik və aydın idrak əldə edir və öz ruhani mənliyini hiss etməyə başlayır.Yoqa təliminə görə,əldə olunan bu şüurluluq əbədi xarakter daşıyır.İnsan bir dəfə həqiqi "mən"i dərk etdikdən sonra,artıq heç vaxt cahil vəziyyətə qayıtmır.Bu vəziyyət mokşa,yənii azadlıq və xilasa çatmaq halı sayılır.

Patanjalinin "Yoqa Sutraları"nın III kitabı,aştanqa yoqanın son üç mərhələsinə həsr olunmuşdur.Bu üç mərhələ III.4 - III.5-ci beytlərdə "samyama" adı altında təqdim olunur və "ayırd etmə qabiliyyəti"nin inkişafı,cittaya hakimiyyəti və özünübilmə üçün bir "texnologiya" kimi xarakterizə edilir.[26]Yoqa Sutralarının III.12-ci beytində qeyd olunur ki,aydın idrak insana diqqətini cəmləyərək həm daxili sakitliyi,həm də aydın düşüncəni mükəmməlləşdirmək imkanı verir.Bu da yoqanın zehni və ruhani kamillik məqsədinə xidmət edir.Bu mərhələ,şəxsin sabda(söz),artha(mənası) və pratyaya(anlayış) arasındakı fərqi ayırd etmə qabiliyyətini inkişaf etdirməsinə gətirib çıxarır.Bu qabiliyyət sayəsində insan bütün canlı varlıqların səsini və mesajını dərk etmək kimi bir empati və anlayış səviyyəsinə yüksəlir.Yoqi,samyama vasitəsilə intuisiya,özünü dərindən tanıma,azadlıq və ən ali məqsəd olan kaivalya,tam mənəvi xilas halına çatır.[27]

Yoqa Sutralarının III.46 - III.55-ci beytlərində yoqa yolunun bədən və zehinə təsirləri ümumiləşdirilir.Aştanqa yoqanın ilk beş mərhələsi (yama,niyama,asana,pranayama,pratyahara) gözəllik,cazibə,güc və dözümlülük kimi fiziki kamilliklərə;son üç mərhələsi isə (dharana,dhyana,samadhi) samyama vasitəsilə insanı zehni və psixoloji mükəmməlliklərə - dərrakəlilik,təbiətin mahiyyətini dərk etmə,eqoya qalib gəlmə,təmizlik və ruhla bağlı ayırd etmə biliyinə aparır.Bu bilik bir dəfə əldə edildikdə,artıq geriyə dönüş mümkün deyil.[28]

Yoqa Fəlsəfəsində Tanrı(Hinduizm kontekstində)

Samkhya fəlsəfəsi Tanrının mövcudluğunu qəbul etməsə də,Yoqa məktəbi Tanrı anlayışına icazə verir.Buna görə də həm tarixi Hindu alimləri(məsələn Adi Şankara),həm də müasir tədqiqatçılar Yoqanı "Tanrı qəbul edən Samkhya" adlandırırlar.[29]

Patanjali "İshvara" sözünü Yoqa Sutralarında cəmi 11 dəfə işlətmişdir:bu istinadlar I.23-I.29,II.1,II.2,II.32 və II.45-də yer alır.Sutranın yazıldığı gündən bəri alimlər bu anlayışı müxtəlif formalarda:şəxsi Tanrı,xüsusi mənlik yaxud insan üçün ruhani dəyər daşıyan hər hansı varlıq kimi şərh ediblər.Müasir tədqiqatçı Whicher-in fikrincə,Patanjalinin fikirləri istər Tanrıya inanan,istərsə də inanmayan yoqilər üçün açıqdır.Lakin İshvara burada yoqiyə daxili dəstək verən və onu azadlığa aparan rəhbər rolunu oynayır.[30]

Hazırlayıcı Etik Qaydalar

Hindu fəlsəfəsinin Yoqa məktəbinə aid mətnlərdəki hazırlayıcı etik qaydalar,həm müsbət dəyərlərin tətbiqi,həm də mənfi davranışlardan çəkinmə yolu ilə dəyərlər nəzəriyyəsini ehtiva edir.Bu yolda nələrə yaxın durmaq,nələrdən uzaqlaşmaq lazım olduğunu göstərən əxlaqi qaydalar təqdim olunur.Hansı ki,insanı həm nurlandırır,həm də zahirdə ahəng və gözəllik yaradır.Əməl olunmalı dəyərlər "Niyama",tərk edilməli davranışlar isə "Yama" adlanır.Bu iki qrup birlikdə etik və estetik kamilliyin təməlini qoyur.

Altmışdan çox qədim və orta dövrə aid yoqa mətni,insanın mənəvi inkişafında mühüm yer tutan Yama və Niyama qaydalarını təsvir edir.Bu mətnlərdə təqdim olunan dəyərlər sistemi və nəzəriyyələr müxtəliflik görsə də,əksəriyyətində etik prinsiplər önə çıxır.Bunlara: Ahimsa(zərər verməmək),Satya(dürüstlük),Asteya(oğurlamamaq),Svadhyaya(özünü öyrənmək),Kşhama(bağışlama) və Daya(rəhm və mərhəmət) aiddir.

Patanjalinin Yoqa Sutraları 2.30-cu sutrasında sadalanan beş Yama aşağıdakılardı:

1. Ahimsa - Zorakılıq etməmək,digər canlılara zərər verməmək.

2. Satya - Dürüstlük,yalan danışmamaq.

3. Asteya - Oğurluq etməmək,başqasının haqqına girməmək.

4. Brahmacarya - Tərki-dünya həyat tərzi və ya həyat yoldaşına xəyanət etməmək.

5. Aparigraha - Acgözlük etməmək,sahibkarlıq və maddi bağlılıqlardan uzaq durmaq.

Patanjali,Yoqa Sutralarının 2-ci kitabında,özünü tənzimləmə qaydalarının(Yamaların) insanın mənəvi və şəxsi inkişafına nece töhfə verdiyini izah edir.Məsələn,II.35-ci beytdə deyilir ki,zorakılıqdan çəkinmək(ahimsa) yoqini düşmənçilik hissini tamamilə buraxmağa aparır.Bu isə yoqinin daxili və xarici harmoniya halına çatmasına,hər kəslə və hər şeylə sülh içində yaşamasına səbəb olur.

Yoqa məktəbinə aid digər klassik mətnlərdə aşağıdakı əxlaqi keyfiyyətlərə də yer verilir:

  • Kşama - Bağışlama.
  • Dhrti - Mətanət,çətinliklərdə təslim olmamaq.
  • Daya - Mərhəmət və şəfqət.
  • Arjava - İkiüzlülükdən uzaq olmaq,səmimiyyət.
  • Mitahara - Qidalanmada ölçülü və nəzarətli olmaq.

Yoqa fəlsəfəsində dəyərlər nəzəriyyəsinin bir hissəsi olan Niyamalar,əxlaqlı vərdişləri,davranış formalarını və gündəlik mənəvi öhdəlikləri əhatə edir."Yoqa Sutralarında" qeyd olunan beş əsas niyama aşağıdakılardır:

1. Sauce - Təmizlik;bədənin,nitqin və zehnin saflığı

2. Santoşa - Qaneçilik;başqalarını və mövcud şəraiti olduğu kimi qəbul etmək,onları aşmaq və ya dəyişmək üçün daxili sakitlik və nikbinlik.

3. Tapas - Səbr və davamlılıq;nizam-intizam,inadkarlıq,daxili güc və mənəvi intizam.

4. Svadhyaya - Özünü öyrənmə;daxili müşahidə,düşüncə və davranışların təhlili.

5. Isvarapranidhana - Tanrıya(İshvara,yəni Brahman,əsl mənlik,dəyişməz reallıq) yönəlmiş təfəkkür və təslimiyyət.

Yamalar kimi,Patanjali Niyamaların da insanın şəxsi inkişafına necə və niyə töhfə verdiyini izah edir.Məsələn,II.42-ci beytdə,o bildirir ki,qaneçilik və başqalarını olduqları kimi qəbul etmək(Santoşa) insanı daxili sevinc mənbələrinə yönəldir və nəticədə xoşbəxtliyi yalnız xarici amillərdə axtarmaq ehtiyacı aradan qalxır.Yoqa məktəbin aid digər klassik mətnlərdə,Niyama kateqoriyasındakı dəyərlərin siyahısı genişləndirilmiş və mənəvi keyfiyyətlər də daxil edilmişdir:

  • Astika - Tanrıya və öz ruhuna inanmaq,müqəddəs mətnlərdə(Veda və Upanişadlarda) bilik olduğuna inanmaq.
  • Dana - Paylaşmaq,başqalarına yardım etmək,sədəqə vermək.
  • Hri - Keçmiş səhvləri qəbul etmək,utanmaq və nəfsini tənqid edə bilmək.
  • Mati - Ağılla düşünmək,fikir aylıqlarını dərk edib uzaqlaşdırmaq.
  • Vrata - Oruc,mənəvi niyyətlər və əhdlərə sadiq qalmaq.


İstinadlar

redaktə
  1. ↑ https://books.google.az/books?id=LNlZAAAAMAAJ&pg=PA8&redir_esc=y (#bare_url_missing_title).
  2. ↑ https://www.britannica.com/topic/Samkhya (#bare_url_missing_title).
  3. ↑ https://archive.org/details/yogadaranasutra00patagoog/page/n112/mode/2up?view=theater (#bare_url_missing_title).
  4. ↑ https://archive.org/details/yogadaranasutra00patagoog/page/n126/mode/2up?view=theater (#bare_url_missing_title).
  5. ↑ https://archive.org/details/yogadaranasutra00patagoog/page/n144/mode/2up?view=theater (#bare_url_missing_title).
  6. ↑ https://archive.org/details/yogaphilosophyb00tatygoog/page/n182/mode/2up?view=theater (#bare_url_missing_title).
  7. ↑ https://archive.org/details/yogaphilosophyb00tatygoog/page/n6/mode/2up?view=theater (#bare_url_missing_title).
  8. ↑ https://archive.org/details/yogadaranasutra00patagoog/page/n4/mode/2up?view=theater (#bare_url_missing_title).
  9. ↑ https://archive.org/stream/yogasutrasofpata00pata#page/n5/mode/2up (#bare_url_missing_title).
  10. ↑ https://books.google.az/books?id=VCwmmWXJBqEC&pg=PA142&redir_esc=y (#bare_url_missing_title).
  11. ↑ https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC3331325/ (#bare_url_missing_title).
  12. ↑ https://www.jstor.org/stable/3270048 (#bare_url_missing_title).
  13. ↑ https://archive.org/details/patanjaliyoga/page/%E0%A5%A7%E0%A5%A6%E0%A5%AA/mode/2up?view=theater (#bare_url_missing_title).
  14. ↑ https://www.yogajournal.com/article/philosophy/polishing-the-mirror (#bare_url_missing_title).
  15. ↑ https://books.google.az/books?id=uqlRAAAAcAAJ&pg=PA740&redir_esc=y#v=onepage&q&f=false (#bare_url_missing_title).
  16. ↑ https://archive.org/details/thevaiasesikasut00kanauoft/page/166/mode/2up?view=theater (#bare_url_missing_title).
  17. ↑ https://archive.org/details/NyayaSutra/page/n161/mode/2up?view=theater (#bare_url_missing_title).
  18. ↑ https://books.google.az/books?id=HEI6QwSxrjsC&redir_esc=y (#bare_url_missing_title).
  19. ↑ https://books.google.az/books?id=V9Z0dFN3DN0C&q=Consciousness+matter+dualism+sankhya&pg=PA339&redir_esc=y#v=snippet&q=Consciousness%20matter%20dualism%20sankhya&f=false (#bare_url_missing_title).
  20. ↑ Larson, Gerald James. Classical Sāṃkhya: An Interpretation of Its History and Meaning (ingilis). Motilal Banarsidass Publ. 2001. ISBN 978-81-208-0503-3.
  21. ↑ https://books.google.az/books?id=p6pURGdBBmIC&redir_esc=y (#bare_url_missing_title).
  22. ↑ https://iep.utm.edu/yoga/ (#bare_url_missing_title).
  23. ↑ https://www.jstor.org/stable/27795868 (#bare_url_missing_title).
  24. ↑ https://www.jstor.org/stable/20106474 (#bare_url_missing_title).
  25. ↑ https://www.jstor.org/stable/1399335 (#bare_url_missing_title).
  26. ↑ https://www.jstor.org/stable/1397492 (#bare_url_missing_title).
  27. ↑ https://www.jstor.org/stable/41692051 (#bare_url_missing_title).
  28. ↑ https://www.jstor.org/stable/41693676 (#bare_url_missing_title).
  29. ↑ https://www.jstor.org/stable/2108256 (#bare_url_missing_title).
  30. ↑ https://www.jstor.org/stable/1399829 (#bare_url_missing_title).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yoqa_(fəlsəfə)&oldid=8237114"
LOVE.AZ