. Love.az

Zeki Sukurov - Wikipedia - Love.az

Ana Səhifə - Zeki Sukurov

Zəki Ruhulla oğlu Şükürov (1 yanvar 1905, Ərdəbil – 1987, Bakı) — neftayıran, Sosialist Əməyi Qəhrəmanı (1959).

Zəki Şükürov
Doğum tarixi 1 yanvar 1905(1905-01-01)
Doğum yeri
  • Ərdəbil, Mərkəz bəxşi[d], Ərdəbil şəhristanı, Ərdəbil ostanı, İran
Vəfat tarixi 1987
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni

Həyatı

redaktə

Zəki Ruhulla oğlu Şükürov 1 yanvar 1905-ci ildə Cənubi Azərbaycanın Ərdəbil mahalının Mərəlli kəndində anadan olub.

Əmək fəaliyyətinə 1920-ci ildə başlamışdır[1]. 1930-cu ildən Vanno Sturua ad. Neftayırma zavodunda operator köməkçisi, 1933-cü ildən operator, 1936-cı ildən baş operator, 1941-ci ildən qurğu rəisi, 1982-ci ildən operator vəzifəsində çalışmışdır. 1986-cı ildən pensiyadadır.

Azərbaycan Kommunist Partiyası 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. İki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir.

Şükürov haqqında sənədli film çəkilmişdir (1974).

Filmoqrafiya

redaktə
  • Mənim həyatım (film, 1971)

İstinadlar

redaktə
  1. ↑ "ŞÜKÜROV ZƏKİ RUHULLA OĞLU". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-10.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zəki_Şükürov&oldid=7045944"
LOVE.AZ