Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Zahid Hamil oğlu Şöyübov (22 oktyabr 1924, Ərəbbəsra, Yevlax rayonu – 6 may 2006, Xaldan, Yevlax rayonu) ― Prezident təqaüdçüsü, Azərbaycan SSR Əməkdar müəllimi (1960), SSRİ Xalq müəllimi (1981), "Qırmızı əmək bayrağı", "Şöhrət" (1999) ordeni laureatı.[1][2][3]
Zahid Şöyübov | |
---|---|
Zahid Hamil oğlu Şöyübov | |
Doğum tarixi | 22 oktyabr 1924(1924-10-22) |
Doğum yeri | |
Vəfat tarixi | 6 may 2006(2006-05-06) (81 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Mükafatları |
![]() ![]() ![]() ![]() |
Zahid Şöyübov 22 oktyabr 1924-cü ildə Yevlax rayonunun Ərəbbəsrə kəndində anadan olub.[1]
Zahid Şöyübov 1942-ci ildə sovet ordusunda hərbi xidmətdə olub. Belə ki, o, 416-cı Azərbaycan diviziyasının 1368-ci polkunun tərkibində Şimali Qafqazda hitlerçilərlə aparılan döyüşlərin iştirakçısı olub. Taqanroq və Ukrayna torpaqlarındakı Mariopol şəhəri uğrunda gedən döyüşlərdə iştirak edib. Həmçinin, Almaniya uğrunda gedən döyüşlərdə də cəsur döyüşçü kimi fərqlənərək bir sıra orden və medallarla təltif olunub. O, 1946-cı ildə ordudan tərxis olunub.[1]
Zahid Şöyübov ordudan tərxis olunduqdan sonra yaşadığı kəndə qayıdıb. O, 1949-cu ildə Şəki pedaqoji məktəbini bitirib. Şəki pedaqoji məktəbini bitirən vaxtdan Xaldan kənd orta məktəbinə təyinat alıb. Zahid Şöyübov burada müəllim işləyərkən 1949–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika-riyaziyyat fakültəsində qiyabi təhsil alıb.[1]
Zahid Şöyübov 1949–1955-ci illərdə Xaldan kənd orta məktəbində fizika-riyaziyyat müəllimi, dərs hissə müdiri, direktor vəzifələrində çalışıb. 1955–1962-ci illərdə Xaldan rayon, Mingəçevir şəhər maarif şöbələrində müdir vəzifəsində çalışıb. Zahid Şöyübov 1962-ci ildə Xaldana qayıdıb. Burada əvvəlcə müəllim, 3 il sonra isə həmin məktəbə direktor təyin olunub və ömrünün sonuna kimi bu məktəbdə çalışıb.[1]
Zahid Şöyübovun rəhbərlik etdiyi məktəb ölkədən kənarda tanınıb. Belə ki, o zaman İttifaq miqyasında Ukraynanın Boqdanovka kənd orta məktəbinin qabaqcıl işi barədə tez-tez məqalələr dərc olunurdu. Tezliklə Zahid Şöyübovun rəhbərlik etdiyi Xaldan kənd kompleks orta məktəbi həmin tədris müəssisəsi ilə yaxın dostluq əlaqələri yaradıb. Zahid Şöyübovun yaratdığı bu məktəb barədə həm Azərbaycan, həm də Belçika, Çexoslovakiya, Moskva, Kiyev, Alma-Atanın kino və telestudiyalarının əməkdaşları sənədli fimlər çəkib, bu məktəbi daha geniş şəkildə tanıdıblar. 1972-ci ildə Xaldan kənd orta məktəbi ilə Ukraynanın Kirovoqrad vilayətindəki Boqdanovka kənd orta məktəbi arasında yaranmış ənənəvi dostluq əlaqələrinə həsr olunan "Ürək dostluğu" filmi çəkilib.[1]