Zaur Zeynalabdul oğlu Rüstəmov (1975, Kürdmaşı, İsmayıllı rayonu) — Azərbaycan hərbçisi, general-mayor (2022), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini — Hava Döyüş komandiri (2024-cü ildən).
Zaur Rüstəmov | |
---|---|
Vəzifədədir | |
7 noyabr 2024-cü ildən | |
Əvvəlki | Namiq İslamzadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1975 |
Doğum yeri | |
Təhsili |
Türkiyə Hərbi Hava Qüvvələri Akademiyası (1992–1996), Cəmşid Naxçıvanski adına hərbi lisey (1989–1992) |
Fəaliyyəti | pilot |
Hərbi xidmət | |
Xidmət illəri | 1996-cı ildən |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi |
Rütbəsi |
![]() General-mayor |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci ildə İsmayıllı rayonunun[1] Kürdmaşı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Əvvəlcə İsmayıllı rayonunun Kürdmaşı orta məktəbində, ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. Hərbi liseydən sonra, 1992-ci ildə dövlətimiz tərəfindən Türkiyə Respublikasına hərbi təhsil almaq üçün göndərilmişdir. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçilərindən biri olaraq vətənə qayıtmış Azərbaycan Respublikası Silahlı qüvvələrinində xidmətə davam etmişdir. Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin general-mayoru olan Zaur Rüstəmov[2] xidməti dövründə dövlətimiz tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Azərbaycan Ordusun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında paraddan keçən təyyarəçilərə öndərlik etmişdir.
Z. Rüstəmov 2022-ci ilin may ayında Bakıda keçirilən "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn "Baykar Texnologiya"nın rəhbəri Selçuk Bayraktar ilə birlikdə Azarbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçuş edib. Belə ki, S. Bayraktarı uçuş zamanı pilot polkovnik Zaur Rüstəmov müşayiət edib.
25 iyun 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Zaur Rüstəmova general-mayor ali hərbi rütbəsi verilmişdir.[3]
7 noyabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunmuşdur.
İngilis, rus dillərini bilir.