. Love.az

Ziver Agayeva - Wikipedia - Love.az

Ana Səhifə - Ziver Agayeva
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Ağayeva.

Zivər Sübhan qızı Ağayeva (1934, Qarasu – 22 iyun 2015, Bakı) — Azərbaycan şairəsi.[1]

Zivər Ağayeva
Doğum tarixi 1934
Doğum yeri
  • Qarasu, Azərbaycan
Vəfat tarixi 22 iyun 2015(2015-06-22)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti şair, yazıçı, mahnı yazarı[d]
Əsərlərinin dili Azərbaycan dili

Mündəricat

  • 1 Həyatı
  • 2 Əmək fəaliyyəti
  • 3 Yaradıcılığı
  • 4 Kitabları
  • 5 İstinadlar

Həyatı

redaktə

Zivər Ağayeva 1934-cü ildə Qazıməmməd rayonunun (indiki Hacıqabul rayonu) Qarasu kəndində dəmiryolçu ailəsində anadan olub.[2] O, Qazıməmməd rayonunda yeddi illik məktəbi bitirdikdən sonra 1951-ci ilə qədər Bakı Tibb Texnikumunda təhsilini davam etdirib. Daha sonra 1962–1967-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb.[3]

Zivər Ağayeva 22 iyun 2015-ci ildə Bakıda vəfat edib.[1]

Əmək fəaliyyəti

redaktə

Əmək fəaliyyətinə 1968-ci ildə "Azərbaycan qadını" jurnalında başlamış, poeziya, müxbir məktubları şöbələrinin redaktorları vəzifələrində çalışmışdır.[3] 1993-cü ildə təqaüdə çıxıb.[3]

Yaradıcılığı

redaktə

Zivər Ağayeva ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərib və dövri mətbuatda şeirləri ilə çıxış edib. 1965-ci ildə "Ana" və "Oğul istəyirəm" şeirləri "Azərbaycan qadını" jurnalında dərc edilib.[3] Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.[4] O, 9 kitabın müəllifidir.[5]

Zivər Ağayeva "Yaşa, mənim xalqım", "Ana torpaq", "Mən baharın qızıyam", "Necə unudum səni", "Aldatmayaq bir-birimizi", "Axtarır gözüm səni", "Darıxıram", "Dünya", "Sən olmasan", "Xoşum gəlir", "Unuda bilmirəm" və "Bülbülüm" də daxil olmaqla 200-ə yaxın mahnının sözlərinin müəllifidir.[5][6] Zeynəb Xanlarova, Flora Kərimova, Şövkət Ələkbərova və Məmmədbağır Bağırzadə də daxil olmaqla Azərbaycanın bır çox tanınmış müğənniləri onun sözlərinə yazılan mahnılar oxuyublar.[1][6]

Kitabları

redaktə
  • "Sürəyyanın yuxusu", Bakı: Gənclik, 1971
  • "Özün seç, özün bəyən", Bakı: Gənclik, 1975
  • "İlk baharda gəlmişəm", Bakı: Gənclik, 1979
  • "Dənizlə görüş", Bakı: Gənclik, 1984
  • "Kimlərə qaldı dünya", Bakı: Şirvannəşr, 2001
  • "Axar sular geri dönməz", Bakı: Azərnəşr, 2009

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Azərbaycanın tanınmış şairəsi vəfat edib". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2025-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-06-11.
  2. ↑ Azərbaycan qadın şairlərinin poeziya antologiyası (PDF). 2014. 218. ISBN 978-9952-8086-5-0.
  3. ↑ 1 2 3 4 Azərbaycan Yazıçılar Birliyi. "Zivər Ağayeva". Ədəbiyyat qəzeti. İstifadə tarixi: 2025-06-11.
  4. ↑ "Debüt: Zivər AĞAYEVA (Hacıqabul). Yeni şeir" (az.). edebiyyat-az.com. July 11, 2013. İstifadə tarixi: 20-03-2014.
  5. ↑ 1 2 Əsədova, İradə. "Bahar duyğulu şairə". Mədəniyyət. 2012-06-15. 13. İstifadə tarixi: 2025-06-11.
  6. ↑ 1 2 Xəlilzadə, Flora. "Sənə "əlvida" demək çox çətindir, Zivər xanım!". Kaspi. 2015-06-24. İstifadə tarixi: 2025-06-11.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zivər_Ağayeva&oldid=8222316"
LOVE.AZ