Zivər Sübhan qızı Ağayeva (1934, Qarasu – 22 iyun 2015, Bakı) — Azərbaycan şairəsi.[1]
Zivər Ağayeva | |
---|---|
Doğum tarixi | 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 22 iyun 2015(2015-06-22) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, mahnı yazarı[d] |
Əsərlərinin dili | Azərbaycan dili |
Zivər Ağayeva 1934-cü ildə Qazıməmməd rayonunun (indiki Hacıqabul rayonu) Qarasu kəndində dəmiryolçu ailəsində anadan olub.[2] O, Qazıməmməd rayonunda yeddi illik məktəbi bitirdikdən sonra 1951-ci ilə qədər Bakı Tibb Texnikumunda təhsilini davam etdirib. Daha sonra 1962–1967-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb.[3]
Əmək fəaliyyətinə 1968-ci ildə "Azərbaycan qadını" jurnalında başlamış, poeziya, müxbir məktubları şöbələrinin redaktorları vəzifələrində çalışmışdır.[3] 1993-cü ildə təqaüdə çıxıb.[3]
Zivər Ağayeva ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərib və dövri mətbuatda şeirləri ilə çıxış edib. 1965-ci ildə "Ana" və "Oğul istəyirəm" şeirləri "Azərbaycan qadını" jurnalında dərc edilib.[3] Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.[4] O, 9 kitabın müəllifidir.[5]
Zivər Ağayeva "Yaşa, mənim xalqım", "Ana torpaq", "Mən baharın qızıyam", "Necə unudum səni", "Aldatmayaq bir-birimizi", "Axtarır gözüm səni", "Darıxıram", "Dünya", "Sən olmasan", "Xoşum gəlir", "Unuda bilmirəm" və "Bülbülüm" də daxil olmaqla 200-ə yaxın mahnının sözlərinin müəllifidir.[5][6] Zeynəb Xanlarova, Flora Kərimova, Şövkət Ələkbərova və Məmmədbağır Bağırzadə də daxil olmaqla Azərbaycanın bır çox tanınmış müğənniləri onun sözlərinə yazılan mahnılar oxuyublar.[1][6]