İsveç–Şimali Koreya münasibətləri – İsveç ilə Şimali Koreya arasındakı mövcud ikitərəfli əlaqələr. Ölkələr arasında diplomatik əlaqələr 7 aprel 1973-cü ildə qurulub. İsveç digər Qərb dövlətlərinə nəzərən Şimali Koreya ilə daha yaxın münasibətləri var. İsveç Şimali Koreyada əsas humanitar yardım tərəfdaşlarından biridir.[1]
İsveç–Şimali Koreya münasibətləri | |||||
---|---|---|---|---|---|
![]() | |||||
|
|||||
![]() |
İsveç Cənubi Koreyanın müstəqilliyini 1959-cu ildə tanıdığı üçün ölkəki solçu siyasətçilər Şimali Koreyanın müstəqilliyini tanımaq üçün hərəkat başlatmışdırlar. Şimali Koreya 1970-ci ildə Stokholmda informasiya bürosu yaratmış və ABF Evində Şimali Koreyanı tanıdan sərgi keçirmişdir.[2] İki ölkə arasındakı formal diplomatik əlaqələr 7 aprel 1973-cü ildə qurulmuşdur.[3]
1970-ci illərdə[4] Şimali Koreya diplomatlarının Qərbi Avropada siqaret və içki qaçaqmalçılığı ilə məşğul olduğu aşkar edilmişdir. Bu qaçaqmalçılıq şəbəkələrindən ən böyüyü İsveçdə idi.[5]
İsveç baş naziri Göran Persson 2001-ci ildə Şimali Koreyaya səfər etmiş və Şimali Koreyaya səfər etmiş ilk Qərb lideri olmuşdur. O, Kim Çen İr ilə danışıqlar aparmaq üçün göndərilmiş Avropa İttifaqı nümayəndəliyinə başçılıq etmişdir.[1][6]
2018-ci ildə Şimali Koreyanın xarici işlər naziri müavi İsveçə səfər edərək ABŞ–Şimali Koreya sammiti haqqında müzakirə aparmaq üçün İsveçin xarici işlər naziri Marqot Vallström və baş nazir Stefan Löfven ilə görüşmüşdür. Bu görüşdən sonra 2018-ci ilin martında Şimali Koreyanın xarici işlər naziri Ri Yon Ho İsveçə səfər etmişdir.[7]
İsveçin Pxenyanda, Şimali Koreyanın Stokholmda səfirliyi yerləşir.[8] İsveçdə 1975-ci ildə Pxenyanda səfirlik açmış ilk və 2001-ci ilə qədər yeganə Qərb dövləti olmuşdur. İsveçin Şimali Koreyadakı səfirliyi Avstraliya, Kanada, İtaliya, Skandivaniya ölkələri və ABŞ vətəndaşları üçün də xidmətlər göstərir.[1][7]
1970-ci illərdə İsveç Şimali Koreyanı gəlirli bazar hesab etməyə başlamışdır.[1] "Volvo", "ASEA", "Kockums", "Atlas Copco" və "Alfa Laval" kimi İsveç şirkətləri məhsullarını Şimali Koreyaya ixrac etmək istəmiş və Pxenyanda sərgi keçirmişdir.[2] Şimali Koreya bu dövrdə İsveçdən bir çox məhsul idxal etmişdir. Şimali Koreya İsveçdən idxal etdiyi təxminən 1000 "Volvo" avtomobili üçün heç vaxt ödəniş etməmiş və bu hadisə sovet diplomatları tərəfindən "bəşəriyyət tarixinin ən böyük maşın oğurluğu" adlandırılmışdır. 2010-cu illərə qədər Pxenyan küçələrində tez-tez "Volvo" maşınlarına rast gəlmək mümkün idi.[9] Şimali Koreya hələ də İsveçə 2,2 milyard İsveç kronoru borcludur və İsveçə ən çox borcu olan ölkədir.[10]
İsveç Milli Bankının keçmiş vitse-direktoru Villi Bergström 1971-ci ildə jurnalist kimi Şimali Koreyaya səfər etmiş və "Şimali Koreyadan şəkillər" (isv. Bilder från Nordkorea) kitabını yazmışdır. Kitab həmin dövrdə antikoreyaçı mövqeyinə görə və ölkəni çox təndiq etdiyi üçün tənqid olunmuşdur.[11]