. Love.az

Sancaqburnu Qalasi - Wikipedia - Love.az

Ana Səhifə - Sancaqburnu Qalasi

Sancaqburnu qalası (türk. Sancakburnu Kalesi) və ya Yenikale — Türkiyənin İzmir şəhərində yerləşən qala. Bu gün Balçova səmtinin İnciraltı məhəlləsində yerləşən qala 1666-cı ildə vəzir Körpülü Mehmed Paşanın əmri ilə tikilmişdir.

Sancaqburnu qalası
türk. Sancakburnu Kalesi
Xəritə
38°25′02″ şm. e. 27°01′04″ ş. u.HGYO
Ölkə Türkiyə Türkiyə
Şəhər İzmir
Yerləşir Balçova səmti, İnciraltı məhəlləsi
Layihə müəllifi jk
Sifarişçi Körpülü Mehmed Paşa
Əsas tarixlər
  • Yenilənmə tarixləri: 1668-1691
    1828
Tikilmə tarixi 1666
Üslubu qala

Tarixi

redaktə

Sancaqburnu qalası 1666-cı ildə sədrəzəm Körpülü Mehmed Paşanın göstərişi ilə İzmir körfəzinin cənubundakı Sancaqburnuda inşa edilmişdir. Qalanın tikintisində şəhərdəki əntiq teatrının daşlarından istifadə edilib. Gediz çayının lili ilə formalaşan çayın mənbəyi ilə qarşı sahildəki Sancaqburnu arasındakı ərazi körfəzin ən dar nöqtəsi olduğu üçün qalanın inşası körfəzdə gəmilərin hərəkətinə nəzarət etməyə kömək etdi. Şəhərin müdafiəsi ilə yanaşı, İzmir limanına gələn gəmilərin gömrük rüsumunu ödəmədən getməsinin qarşısı alınmış oldu. Yeni tikilmiş qalaya Manisa qalasından əsgərlər göndərildi. Qalanın inşası ilə, İzmir Liman qalasının əhəmiyyəti azaldı.[1]

İstinadlar

redaktə
  1. ↑ Ünlü, Evren. "Yıkıldı ama ismi yaşıyor İzmir Liman Kalesi". İzmir Kültür ve Turizm Dergisi. Aralık 2013 - Ocak 2014. İstifadə tarixi: 23 Nisan 2019.

Ədəbiyyat

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sancaqburnu_qalası&oldid=8235381"
LOVE.AZ