Striboq — qədim slavyan mifologiyasında mühüm tanrılardan biri hesab olunur. O, küləklərin, tufanların və müharibələrin tanrısı kimi qəbul edilirdi. Lakin müasir tədqiqatçılar onun mənşəyini daha dərin şəkildə izah edirlər. Striboq qədim Rusiyada tanrılar panteonunda mühüm yer tutur, Vladimir tərəfindən Kiyevdə qurulan əsas tanrı heykəlləri arasında onun da adı çəkilir.[1]
Striboq | |
---|---|
![]() | |
Cinsi | kişi[d] |
![]() |
Striboq adının mənşəyi barədə bir neçə versiya mövcuddur:
Ən çox yayılan baxışa görə, Striboq küləklərin tanrısı sayılırdı. Bu fikir, xüsusilə "İqor dəstəsi haqqında dastan" (Слово о польку Игореве) əsərindəki məhşur sitatdan qaynaqlanır:
Вот ветры, стрибожьи внуки, веют с моря на храбрые полки Игоря |
Lakin bir çox müasir tədqiqatçılar bu sitatı Striboqun bilavasitə küləklərin tanrısı olması deyil, onların ulu əcdadı, yəni üstün tanrı olaraq qəbul edilməsinin göstəricisi kimi izah edirlər.
Alternativ nəzəriyyəyə görə, Striboq müxtəlif küləklərin və təbiət hadisələrinin deyil, Göyün və ilahi qüdrətin təcəssümüdür, yəni o, ilkin və ali simvoludur.[2]
Striboq Vladimir Svyatoslaviç tərəfindən Kiyevdə qurulan əsas tanrı panteonuna daxil idi. O dövrdə Perun, Xors, Dajdboq və s. ilə birlikdə xalqın rəsmi tanrılarına çevrilmişdi. Onlara qurbanlar verilir, ibadətlər edilirdi.
Striboqun ayrıca heykəlinin qurulması, lakin Svaroq və Rodun heykəllərinin qurulmaması onun bu tanrılardan biri olması faktını dəstəkləyir. Məhşur slavist alim Boris Rıbakov da bu versiyanı dəstəkləyir və Striboqu Svaroq və Rod ilə eyniləşdirir.[3]
Tədqiqatçılar T.V.Qamkrelidze və V.V.İvanov Striboq adını hind-Avropa köklü dievas-peter "Tanrı ata" ifadəsi ilə əlaqələndirirlər. bu erimoloji xətdə dievas("göy"), tədricən baga ("tanrı") ilə, peter isə stroy ilə əvəz olunmuş ola bilər. Bu izah Striboqun sadəcə "külək tanrısı" deyil, tanrıların tanrısı, ilk və son tanrı olduğunu göstərir.