Teodoros Kolokotronis (yun. Θεόδωρος Κολοκοτρώνης; 3 aprel 1770 – 4 fevral 1843[1], Afina[2]) — Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı aparıcı rol oynamış Yunan marşal. O, Yunanıstan tarixinin ən mühüm və məşhur milli qəhrəmanlarından biri hesab olunur.[3][4]
Teodoros Kolokotronis | |
---|---|
yun. Θεόδωρος Κολοκοτρώνης | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 aprel 1770(1770-04-03) |
Vəfat tarixi | 4 fevral 1843(1843-02-04)[1] (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Britaniya Ordusu, Yunanıstan Quru Qoşunları |
Rütbəsi | Feldmarşal |
Döyüşlər | |
Təltifləri |
![]() |
![]() |
|
![]() |
Yunanıstanın Osmanlı imperiyasının işğalından azad edilməsi üçün mübarizə aparan Philiki Hetaireia (Filiki Eterya) adlı inqilabi təşkilatın üzvü olmuşdur. O, İstiqlaliyyət müharibəsi zamanı Peloponnesdə türklərə qarşı mübarizə aparan üsyançılara rəhbərlik etmişdir. 1821-ci ildə yunan üsyanı baş verən zaman Sultan II Mahmud Dramalı Mahmud paşanı Osmanlı ordularına komandan təyin edərək ona yunan üsyanını yatızdırmağı əmr etmişdir. Dramalı Mahmud paşa təxminən 42.000 nəfərlik böyük bir ordu ilə Peloponnes yarımadasına daxil olub sürətlə Arqos istiqamətində irəliləmişdir. Lakin 26 iyul 1822-ci ildə Dervenakiyada yunan qüvvələri komandir Teodoros Kolokotronisin rəhbərliyi altında həyata keçirdikləri hərbi taktika ilə Osmanlı ordusunun böyük bir hissəsini məhv etmişdir. Belə bir ağır məğlubiyyətdən sonra Dramalı Mahmud paşa Korinf istiqamətində geri çəkilmiş və burada yüksək qızdırma və tif xəstəliyindən vəfat etmişdir.[5]
Üsyan etdiyinə görə Hidra adasında həbs olunsa da, daha sonra Misirlilərə qarşı Moranın müdafiəsində iştirak etməsi üçün sərbəst buraxılmışdır. 1825-ci ildə Yunanıstanda İngilis protektoratının yaradılmasını tələb edən sənədi imzalayanlardan biri olmuş və Ser Riçard Çörçə yunan ordularının komandanlığını öz üzərinə götürməsi üçün çağırış etmişdir. 1828-ci ildə Yunanıstana gəlmiş müvəqqəti prezident Qraf İoannis Kapodistriası dəstəkləyən Kolokotronis ölkədə Rusiya tərəfdarı olan qrupun liderlərindən biri olmuşdur. 9 oktyabr 1831-ci ildə Kapodistriasın öldürülməsindən sonra yeni yaradılmış Yunanıstan krallığının taxtına 17 yaşlı gənc olan Bavariya şahzadəsi Ottonu keçirmək məqsədi ilə rəqib hökumət yaratmışdır. Bavariya şahzadəsi Ottonun Otho adı ilə taxta çıxmasından sonra əksəriyyəti bavariyalı olan regentləri hakimiyyətdən uzaqlaşdırmaq məqsədi ilə çox böyük səylər göstərmişdir. Buna görə 1834-cü il iyun ayının 7-də edam cəzasına məhkum edilmiş olsa da, sonradan əfv edilərək general rütbəsinə layiq görülmüş və Dövlət Şurasının üzvü təyin edilmişdir.[6]
Vikisitatda Teodoros Kolokotronis ilə əlaqədar sitatlar var. |
Vikianbarda Teodoros Kolokotronis ilə əlaqəli mediafayllar var. |