. Love.az

Yasmin Pehlevi - Wikipedia - Love.az

Ana Səhifə - Yasmin Pehlevi

Əlahəzrət Yasmin Pəhləvi (fars. یاسمین پهلوی‎, qızlıq soyadı Etimad-Əmini, d. 26 iyul 1968) İran vəliəhdi Rza Pəhləvinin həyat yoldaşı, Pəhləvilər sülaləsinin üzvü.

Yasmin Pəhləvi
Yasmin Etimad-Əmini
Doğum tarixi 26 iyul 1968 (56 yaş)
Doğum yeri Tehran
Həyat yoldaşı
  • Rza Pəhləvi (1986–)
Milliyyəti Fars
İxtisası Hüquqşünas
Təhsili Corc Vaşinqton Universiteti, Corc Vaşinqton Universitetinin Hüquq Məktəbi
Fəaliyyəti vəkil, aktivist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

26 iyul 1968-ci ildə Tehranın Pars xəstəxanasında anadan olub. İran İslam İnqilabı zamanı artan gərginlikdə İranı tərk etməyə məcbur oldu. Əvvəldə əri ilə ABŞ-da, San Fransisko körfəzində yaşamışdır.[2]

Ali təhsili Corc Vaşinqton Universitetində (siyasi elmlər bakalavrı, 1990 il) və Corc Vaşinqton Universitetinin Hüquq Məktəbində (hüquq elmləri doktoru, 1998 il) aldı.[2] Hüquq fakültəsini bitirdikdən sonra Vaşinqtonda, Dünya Bankının əmək hüququ məsələləri üzrə Hüquq Departamentində çalışmışdır. Sonra Vaşinqtonun Ali Məhkəmənin hakimi vəzifəsində çalışdı, bundan sonra Vaşinqtondakı Uşaq Hüquq Mərkəzində hüquqşünas kimi işləmişdir.[2]

2023-cü ildə Azərbaycana qeyri-rəsmi şəkildə gəldi. Öz İnstaqram hesabında Bakıdan video paylaşaraq yazıb: "İlk dəfə Xəzər dənizinə ayaq basdım. Öz ölkəmin sahillərindən cəmi bir neçə saatlıq məsafədə olduğumu bilmək çox qəribə idi. Vətənimə yaxın olmaq məni çox sevindirdi. Kaş ki, İran sahillərinin qumuna ayaq basa biləydim".[3]

Övladları

redaktə

Üç qız övladı var: şahzadə Nur Pəhləvi, şahzadə İman Pəhləvi və şahzadə Fərəh Pəhləvi.

Istinadlar

redaktə
  1. ↑ veb-sayt. 1990.
  2. ↑ 1 2 3 "Her Highness Yasmine Pahlavi" (ingilis). Farahpahlavi.org. İstifadə tarixi: 6 iyul 2025.
  3. ↑ "Yasmin Pəhləvi Bakıya gəldi: İranla bağlı paylaşım etdi - FOTO". Bakupost.az. 3 iyul 2023. İstifadə tarixi: 6 iyul 2025.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yasmin_Pəhləvi&oldid=8232791"
LOVE.AZ