. Love.az

Vanderlei De Lima - Wikipedia - Love.az

Ana Səhifə - Vanderlei De Lima

Vanderlei de Lima (11 avqust 1969[1], Kruzeyru-du-Uesti[d], Parana ştatı) — Braziliyanı təmsil edən, uzun məsafəli qaçışçı. 1996-cı ildə Tokio Beynəlxalq Marafonunun və 2004-cü ildə Hamburq Marafonunun qalibi olub.

Vanderlei de Lima
port. Vanderlei Cordeiro de Lima
Şəxsi məlumatlar
Vətəndaşlığı
  •  Braziliya
Doğum tarixi 11 avqust 1969(1969-08-11)[1] (55 yaş)
Doğum yeri
  • Kruzeyru-du-Uesti[d], Parana ştatı, Braziliya
Boyu 168 sm
Çəkisi 55 kq
İdman növü yüngül atletika, marafon
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Karyerası
    • 1.1 2004 Yay Olimpiya Oyunları
    • 1.2 Olimpiadadan sonrakı karyerası
  • 2 İstinadlar

Karyerası

redaktə

Vanderlei de Lima peşəkar karyerasına 1989 və 1992-ci illərdə IAAF kross qaçışı kimi başlamışdır.[2] O, 1995-ci ildə yarışda qalib gəlməzdən əvvəl 1993-cü ildə Cənubi Amerika Kros Çempionatında bürünc medal qazamışdı. 1996-cı ildə Tokio Beynəlxalq Marafonu titulunu qazanıb. Elə həmin ildə Yay Olimpiya Oyunlarına qatıldı, 1996-cı ildə Atlanta Oyunlarında marafonda qaçaraq 47-ci yeri tutub. O, 1998-ci ildə Tokio marafonunda Alberto Juzdadodan sonra ikinci olaraq 2:08:31-vaxtı göstəricisi ilə yarışı bitirmişdi. 2004-cü il mövsümündə Hamburq marafonunda qalibiyyət (2:09:39) əldə etmişdi.

2004 Yay Olimpiya Oyunları

redaktə

29 avqust 2004-cü ildə Afinada keçirilən 2004 Yay Olimpiya Oyunlarında qızıl medalını qazanan ilk braziliyalı olmağa çalışırdı, Lakin 35 km məsafəni qət etdikdən sonra, irlandiyalı keşiş Neil Horan onu qacış zolağının kənarına itələdi. Bu hadisə Vanderlei de Limanı zamanlamada (5–10 saniyə) geri saldı və 2:12:11 nəticə ilə üçüncü olaraq bürünc medal qazandı.[3]

Olimpiadadan sonrakı karyerası

redaktə

2007-ci ildə Pan Amerika Oyunlarında titulunu qorumağ üçünyarışa cıxdı, lakin 37 kilometrlik məsafədə əzələ problemi ilə yarışı tərk etdi. O, 2009-cu ilin aprelində Paris Marafonunda qaçdıqdan sonra marafonçu kimi təqaüdə çıxdı. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı Olimpiya məşəlini alovlandırmaq şərəfini layiq görülüb .[4]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Vanderlei de Lima // World Athletics database.
  2. ↑ Continental Cross Country Championships and Cups. GBR Athletics. Retrieved 2 March 2010.
  3. ↑ World Marathon Rankings for 1998. Association of Road Racing Statisticians. Retrieved 3 March 2010.
  4. ↑ [1]. The Irish Times online 20 January 2005. Retrieved 7 August 2016.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vanderlei_de_Lima&oldid=8230027"
LOVE.AZ