Qluq-qluq(ing. Glugging ) – mayelərin hərəkəti zamanı yaranan fiziki hadisədir. Bu proses adətən dar ağızlı qabdan, məsələn butulkadan maye tökülərkən baş verir.
Butulkadan maye töküldükdə, qabın içindəki hava təzyiqi azalır. Xaricdən hava qabın içində baloncuklar şəklində daxil olur. Bu zaman maye axını bir müddətlik dayanır. Hava daxil olduqdan sonra maye yenidən axır. Bu proses təkrarlanır və "qluq-qluq" səsləri yaranır. Bu səslər onomatopeyik xarakter daşıyır.[1]
Bu hadisə yüksək sürətli fotoqrafiya vasitəsilə öyrənilmişdir. Fiziki prosesin başa düşülməsi maye dinamikası sahəsində əhəmiyyət kəsb edir.